AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 01.07.2011
Qeydiyyat nömrəsi: 176s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 01.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 190.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107010176
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirliklərin təkliflərini nəzərə alaraq:

1. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı müvafiq olaraq Təhsil Nazirliyi üzrə 14665 (o cümlədən, ödənişli əsaslarla 7177), Səhiyyə Nazirliyi üzrə 1500 (o cümlədən, ödənişli əsaslarla 985), Mədəniyyət və Turizm Nazirliyi üzrə 1022 (o cümlədən, ödənişli əsaslarla 697) müəyyən edilsin (əlavə olunur).

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ