AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

03.05.2019

Qeydiyyat nömrəsi

190500024

Adı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

14.05.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

070.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201905030024

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.05.2019

 

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

3. Bu Qərarın icrasına nəzarət nazir müavini M. Kərimliyə həvalə edilsin.

 

Kollegiyanın sədri                                                                Sahil Babayev

 


 

Azərbaycan Respublikasının Əmək

və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Kollegiyasının 03 may 2019-cu il

tarixli 190500024 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik

 

1. “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ üzrə:

1.1 “1.RƏHBƏRLƏR” bölməsinin “Kitabxana direktoru (müdiri); Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru (müdiri)” vəzifəsinin “Ödəniş dərəcələrinə ixtisas tələbləri” hissəsinin yeddinci abzasında “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.