AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 04.07.2011
Qeydiyyat nömrəsi: 177s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 04.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107010177
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən:

1. Bu sərəncamın əlavəsində göstərilən işlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan 29539000 (iyirmi doqquz milyon beş yüz otuz doqquz min) manat məbləğində vəsait ayrılsın və bu vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ