AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 07.07.2011
Qeydiyyat nömrəsi: 179s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 07.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 130.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107070179
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündəki və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsündəki obyektlərdən bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə yerinə yetiriləcək işlərin icrasına təcili başlanılmasının və 2011-ci il üçün nəzərdə tutulmuş tikinti proqramının icrasının təmin edilməsinin vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ