AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 11.07.2011
Qeydiyyat nömrəsi: 181s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 11.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 450.010.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107110181
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.3.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə:

1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin fəaliyyətə başlaması, formalaşdırılması və aparılması ilə bağlı zəruri olan maddi-texniki təminat və maliyyələşdirilmə məsələlərinin həll edilməsi məqsədi ilə tələb olunan xərclərin ödənilməsi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu sərəncama əlavə olunmuş bölgüyə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə 906000 (doqquz yüz altı min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 11 iyul tarixli 181s nömrəli sərəncamına

əlavə

 

Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin fəaliyyətə başlaması, formalaşdırılması və aparılması ilə bağlı zəruri olan maddi-texniki təminat və maliyyələşdirilmə məsələlərinin həll edilməsi məqsədi ilə tələb olunan xərclərin

 

BÖLGÜSÜ

 

Kod

Xərc maddəsi

Məbləğ

(min manatla)

282300

Bank xərcləri

776

311220

Digər maşın və avadanlıqlar

638072

311320

Qeyri-maddi aktivlər

126732

314400

İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər

140420

 

CƏMİ

906000

 

 

Aparatın rəhbəri

 

Ağa-Bala Hacıyev