AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 13.07.2011
Qeydiyyat nömrəsi: 182s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 13.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 450.010.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107130182
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə təsdiq edilmiş Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının 2.8-ci bəndinə uyğun olaraq:

1. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Qoca oğlu Şərifova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sənədi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Qoca oğlu Şərifova verilməsi barədə Çin tərəfinə müvafiq bildiriş göndərsin.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ