AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 14.07.2011
Qeydiyyat nömrəsi: 184s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 14.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.180.050
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107140184
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"nin 13-cü hissəsinə əsasən:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 340s nömrəli sərəncamının 1-ci hissəsində Elman Əliyev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin immiqrasiya nəzarəti şöbəsinin müdiri sözləri Səbuhi Məmmədov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin İnformasiya təminatı idarəsinin miqrasiya vahid informasiya sisteminin təminatı şöbəsinin rəisi sözləri ilə əvəz edilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ