AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 15.07.2011
Qeydiyyat nömrəsi: 187s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 15.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.080.030
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107150187
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında və Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 451 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsaitin qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsündə göstərilən Qazax rayonunda Konserv zavodu ərazisində məskunlaşmış məcburi köçkün ailələri üçün 24 mənzilli evin tikintisini həyata keçirmək üçün sifarişçi təşkilat Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təyin edilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ