AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 15.07.2011
Qeydiyyat nömrəsi: 188s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 01.08.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.180.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107150188
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamənin 11-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının aparatının yeni inzibati binaya köçürülməsini və Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tərtib olunmuş üzv dövlətlərin dəniz administrasiyalarının mütəxəssislərinin say həddinə dair tələbləri nəzərə alaraq:

1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının aparatının işçilərinin say həddi cəmi 84 vahid müəyyən edilsin.

2. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının aparatı üçün xidməti minik avtomobillərinin limiti 1 vahid artırılaraq, cəmi 4 vahid müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Dövlət Dəniz Administrasiyasının aparatının ştat və xidməti minik avtomobillərinin sayının artırılması, yeni inzibati binasının saxlanılması və istismarı ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini müvafiq qaydada həyata keçirsin.

4. Bu sərəncam 2011-ci il avqustun 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ