AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 15.07.2011
Qeydiyyat nömrəsi: 190s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 15.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.180.030
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107150190
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydalarının 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası diplomatik nümayəndəliklərinin yerləşdirilməsi ilə bağlı daşınmaz əmlakla qarşılıqlı təmin olunması haqqında razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 13-cü iclasının 2011-ci il 18 mart tarixli protokolunu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təklifini nəzərə alaraq:

1. Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 31 ünvanında yerləşən binanın alınması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 4500000,0 (dörd milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən binanın alınmasını mövcud qanunvericiliyə uyğun həyata keçirsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ