AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 15.07.2011
Qeydiyyat nömrəsi: 191s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 15.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 450.010.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107150191
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.11-ci bəndinə uyğun olaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 iyun tarixli 162s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətlərə əsasən imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında və Azərbaycan Respublikası ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond arasında aşağıdakı sazişlər təsdiq edilsin (əlavə olunur).

1.1. Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı (inkişaf naminə İslam Həmrəylik Fondunun sərəncamçısı kimi) arasında Azərbaycanda kənd yerlərinin kompleks inkişafı layihəsinin maliyyələşdirilməsi üzrə Kredit Sazişi;

1.2. Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Azərbaycanda kənd yerlərinin kompleks inkişafı layihəsi üzrə Ciddə Bəyannaməsi çərçivəsində İstisna Sazişi;

1.3. Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Azərbaycanda kənd yerlərinin kompleks inkişafı layihəsi üzrə Ciddə Bəyannaməsi çərçivəsində İstisna Agent Sazişi;

1.4. Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Azərbaycanda kənd yerlərinin kompleks inkişafı layihəsi üzrə İstisna Sazişi;

1.5. Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Azərbaycanda kənd yerlərinin kompleks inkişafı layihəsi üzrə İstisna Agent Sazişi;

1.6. Azərbaycan Respublikası ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond arasında Kənd yerlərinin kompleks inkişafı layihəsinin Maliyyələşdirilməsinə dair Saziş.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sazişlərin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.15-ci bəndinin icrası məqsədi ilə ayrılmış kreditlərin səmərəli və məqsədyönlü istifadəsinə dair hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli 263s nömrəli sərəncamı ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İslam İnkişaf Bankına və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fonda müvafiq bildirişlər göndərsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ