AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 15.07.2011
Qeydiyyat nömrəsi: 192s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 15.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 450.010.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107150192
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Dövlət zəmanəti ilə alman kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.11-ci bəndinə uyğun olaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 yanvar tarixli 22s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətlərə əsasən, 2011-ci il iyunun 14-də imzalanmış Azərbaycan Respublikası Hökuməti və Abu-Dabi İnkişaf Fondu arasında Cənub istilik elektrik stansiyasının maliyyələşdirilməsinə dair Kredit Sazişi təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərenerji Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən Kredit Sazişinin müddəalarının həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərenerji Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.15-ci bəndinin icrası məqsədi ilə ayrılmış kreditin səmərəli və məqsədyönlü istifadəsinə dair hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli 263s nömrəli sərəncamı ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən Kredit Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Abu-Dabi İnkişaf Fonduna müvafiq bildiriş göndərsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ