AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

08.07.2019

Qeydiyyat nömrəsi

1

Adı

Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

18.07.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.020.140

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

24201907080001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

17.07.2019

 

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.1-ci və 12.0.13-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası

 

Q Ə R A R A  A L I R:

 

1. Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na aşağıdakı məzmunda 3.36-1-ci bənd əlavə edilsin:

“3.36-1. İnformasiya-kommunikasiya texnologiyalarının yeni imkanlarının və mütərəqqi üsulların tətbiqi, namizədlər üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə yazılı imtahanın birinci fazasının keçirilməsi bu Qaydaların 3.9-3.12, 3.15, 3.17, 3.21, 3.25, 3.34 və 3.36-cı bəndlərinin tələbləri gözlənilməklə Hakimlərin Seçki Komitəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin razılığı ilə həmin quruma həvalə edilə bilər. Bu halda sualların hazırlanması və ekspertizası, imtahanın kompüter vasitəsilə keçirilməsi və onun nəticələrinə dair arayışın dərhal namizədə təqdim edilməsi, habelə imtahanla bağlı digər təşkilati tədbirlərin görülməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş qaydada təmin olunur.”.

2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nı bu dəyişikliklə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

 

 

Sədr                                                                                                 Fikrət Məmmədov