AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

11.07.2019

Qeydiyyat nömrəsi

16/1-6

Adı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-cü il 18 dekabr tarixli 25/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”da dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

24.07.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000; 100.060.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201907111616

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

23.07.2019

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A  A L I R:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-cü il 18 dekabr tarixli 25/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın 3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“3.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.”.

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                         Elman Rüstəmov