AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

16.07.2019

Qeydiyyat nömrəsi

1905000035

Adı

“Turizm müəssisələrinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi və “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli kollegiya qərarında dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

31.07.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

210.070.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201907160035

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

30.07.2019

 

 

“Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.6-cı bəndinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasının icrası olaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Turizm müəssisələrinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin ( 1 nömrəli əlavə).

2. “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli kollegiya qərarında dəyişiklik təsdiq edilsin. (2 nömrəli əlavə)

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

4. Bu Qərarın icrasına nəzarət nazir müavini M. Kərimliyə həvalə edilsin.

 

 

Kollegiyanın sədri                                                                              Sahil Babayev

 

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 iyul 2019-cu il tarixli 1905000035 nömrəli Kollegiya qərarına

 

1 nömrəli əlavə

 

 

Turizm müəssisələrinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

 

GİRİŞ

 

“Turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “Kitabça” adlandırılacaq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq turizm müəssisələrində qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər) əməyinin ödəniş dərəcəsinin müəyyən edilməsi üçün tətbiq edilir.

Kitabça turizm müəssisələrində olan qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətlərini özündə əks etdirir.

Kitabçada hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

- “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktlarını və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapmışdır.

Kitabça qulluqçu vəzifələrini tutan işçilərin əsas vəzifələrini, hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, qulluqçuların attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

Kitabçada rəhbərlərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir. Turizm müəssisələrinin rəhbərlərinin və müvafiq halda mütəxəssislərinin əməyinin ödəniş qrupları aşağıdakı göstəricilər üzrə müəyyən edilir:

 

- mehmanxanalar

 

Rəhbərlərin əməyinin ödəniş qrupları

Göstəricilər

I

İl ərzində xidmət göstərilən müştərilərin sayı 14 min nəfərdən çox olan

II

İl ərzində xidmət göstərilən müştərilərin sayı 7 min nəfərdən 14 min nəfərədək olan

III

İl ərzində xidmət göstərilən müştərilərin sayı 2800 nəfərdən 7 min nəfərədək olan

IV

İl ərzində xidmət göstərilən müştərilərin sayı 2800 nəfərədək olan

 

- turizm agentlikləri, turizm müəssisələri

 

Rəhbərlərin əməyinin ödəniş qrupları

Göstəricilər

I

İl ərzində xidmət göstərilən turistlərin sayı 1000 nəfərdən çox olan

II

İl ərzində xidmət göstərilən turistlərin sayı 500 nəfərdən 1000 nəfərədək olan

III

İl ərzində xidmət göstərilən turistlərin sayı 150 nəfərdən 500 nəfərədək olan

IV

İl ərzində xidmət göstərilən turistlərin sayı 150 nəfərədək olan

 

- qoruqlar

 

Rəhbərlərin əməyinin ödəniş qrupları

Göstəricilər

I

İl ərzində qoruğa gələn ziyarətçilərin sayı 20 min nəfərdən çox olan, qoruqda mühafizə olunan abidələr arasında əsasən dünya və ölkə əhəmiyyətli abidənin (abidələrinin) olması

II

İl ərzində qoruğa gələn ziyarətçilərin sayı 10 min nəfərdən 20 min nəfərədək olan, qoruqda mühafizə olunan abidələr arasında ölkə əhəmiyyətli bir neçə abidənin və yerli əhəmiyyətli abidələrin mövcud olması

III

İl ərzində qoruğa gələn ziyarətçilərin sayı 5 min nəfərdən 10 min nəfərədək olan, qoruqda mühafizə olunan abidələr arasında yerli əhəmiyyətli bir neçə abidənin mövcud olması

IV

İl ərzində qoruğa gələn ziyarətçilərin sayı 5 min nəfərədək olan, qoruqda mühafizə olunan abidələr arasında yerli əhəmiyyətli bir neçə abidənin mövcud olması

 

- qalereyalar

 

Rəhbərlərin əməyinin ödəniş qrupları

Göstəricilər

I

İl ərzində qalereyaya gələnlərin sayı 10 min nəfərdən, əsas ehtiyat eksponatlarının sayı 5 yüz vahiddən çox olan

II

İl ərzində qalereyaya gələnlərin sayı 5 min nəfərdən 10 min nəfərədək, əsas ehtiyat eksponatlarının sayı 2 yüzdən 5 yüz vahidədək olan

III

İl ərzində qalereyaya gələnlərin sayı 3 min nəfərdən 5 min nəfərədək, əsas ehtiyat eksponatlarının sayı 1 yüzdən 2 yüz vahidədək olan

IV

İl ərzində qalereyaya gələnlərin sayı 1 mindən 3 min nəfərədək, əsas ehtiyat eksponatlarının sayı 1 yüz vahidədək olan

 

Dövlət turizm müəssisələrinin rəhbərlərinin əməyinin ödəniş qruplarının müəyyənləşdirilməsi həmin müəssisələrin müraciəti əsasında onların fəaliyyətinin nəticəsi nəzərə alınmaqla bilavasitə tabe olduqları yuxarı idarəetmə orqanları tərəfindən həyata keçirilir. Turizm müəssisələrinin ödəniş qrupları son 3 ilin hesabat göstəricilərinə əsasən ən azı ildə bir dəfə müəyyən edilir. Bu zaman müəssisə müvafiq qrupa həmin qrup üzrə müəyyən edilmiş bütün göstəricilər olduqda aid edilir. Göstəricilərindən ən azı biri müvafiq qrupun göstəricisindən aşağı olan müəssisələrin ödəniş qrupu bir qrup aşağı, lakin ən aşağı qrupdan az olmamaqla müəyyənləşdirilir. Filialları olan turizm müəssisələrinin ödəniş qrupları müəyyənləşdirilərkən filialların göstəriciləri də nəzərə alınır.

Turizm müəssisələrində çalışan bu Kitabçada müvafiq vəzifələrin ixtisas tələblərində müəyyən edilmiş ixtisas təhsili olmayan qeyri-ixtisas təhsilli mütəxəssislərin əməyinin ödəniş dərəcəsi bir dərəcə aşağı müəyyən edilir.

İxtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirmiş rəhbər və mütəxəssis kateqoriyasına aid edilən vəzifələrdə çalışan işçilərin əməyinin ödəniş dərəcəsi bununla əlaqədar ixtisas tələblərində müvafiq tələb nəzərdə tutulmadıqda, müvafiq vəzifə üçün müəyyən edilmiş dərəcələr diapazonu çərçivəsində uyğun dərəcədən bir dərəcə yuxarı müəyyən edilir.

Rəhbərin müavininin aylıq vəzifə maaşı müvafiq rəhbərin aylıq vəzifə maaşından 10-20 faiz aşağı məbləğdə müəyyən edilir.

Dövlət turizm müəssisələrinin ödəniş qrupu göstəriciləri müəyyən qrup göstəricilərinə tam uyğun gəlməzsə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həmin müəssisələrin dünyəvi, elmi, geniş və səmərəli iş fəaliyyəti nəzərə alınaraq onların ödəniş qrupu bir qrup yuxarı müəyyənləşdirilir.

Fəaliyyət sahələri uyğunluq təşkil edən digər müəssisələrin ödəniş qrupları müvafiq turizm müəssisələrinin ödəniş qrupu göstəricilərinə əsasən müəyyən edilir.

Kitabçada böyük və aparıcı mütəxəssislər və rəhbərlərin müavinlərinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmamışdır. Bu vəzifələr üzrə əmək funksiyası, biliyə və ixtisasa olan tələblər onlara uyğun gələn müvafiq vəzifələr əsasında müəyyən edilir.

“Böyük” vəzifə adı işçi öz vəzifəsindən başqa ona tabe olan icraçıya rəhbərlik etdikdə verilir.

“Aparıcı” vəzifə adı mütəxəssisə o zaman verilir ki, mütəxəssis müəssisənin və ya onun struktur bölməsinin işini müəyyən bir sahədə istiqamətləndirsin və həmin bölmənin işçilərinə metodiki rəhbərlik etsin.

Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə bu Kitabçada müəyyən edilmiş ixtisas tələblərindəki təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda) və ya əlavə təhsilə (peşə hazırlığına) malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər müstəsna hallarda bu ixtisas tələblərinə malik işçilər kimi hər hansı bir vəzifəyə təyin edilə bilərlər.

 

Turizm müəssisələrində olan qulluqçu vəzifələrinin adı və ödəniş dərəcələri diapazonu

 

Sıra

¹-si

Vəzifələr

Ödəniş dərəcələri diapazonu

Səhifə

1

2

3

4

 

1. Rəhbərlər

 

 

1.

Turizm agentliyinin direktoru; Turizm müəssisəsinin direktoru

15-18

 

2

Mehmanxana müdiri

15-18

 

3

Turizm informasiya mərkəzinin direktoru

16; 17

 

4

Turizm müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini - baş mühasib

 

-

 

5

Qoruq direktoru

13-18

 

6

Qoruq direktorunun müavini

-

 

7

 Qalereya direktoru

13-18

 

8

Baş fond mühafizəçisi

12-17

 

9

Mehmanxana administratoru

6-9

 

 

2. Mütəxəssislər

 

 

10.

Təbiət üzrə mütəxəssis

13-14

 

11.

Marketinq üzrə mütəxəssis

13-14

 

12.

Ətraf mühit və dayanıqlı inkişaf üzrə mütəxəssis

13-14

 

13.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis

12-13

 

14.

Layihələrlə iş üzrə mütəxəssis

12-13

 

15.

Təlim işləri üzrə mütəxəssis

12-13

 

16.

Araşdırıcı-tədqiqatçı

12-13

 

17.

Arxeoloq

12-13

 

18.

Tarixçi

12-13

 

19.

Turizm məhsullarının yaradılması üzrə mütəxəssis

11-12

 

20.

Etnoqraf

10-13

 

21.

Bərpaçı rəssam

9-13

 

22.

Turizm üzrə mətbuat katibi

10-11

 

23.

Auditor.

7-11

 

24.

Əmlak məsələləri üzrə mütəxəssis

9-10

 

25.

Bələdçi; ekskursiyaçı

6-12

 

26.

Turist gəzintiləri üzrə bələdçi

7-9

 

27.

Muzey baxıcısı; Muzey nəzarətçisi; Abidə mühafizəçisi

5-8

 

28.

Turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent

4-5

 

29.

Porter

3-4

 

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

1.RƏHBƏRLƏR

 

Turizm agentliyinin direktoru;

Turizm müəssisəsinin direktoru

 

Əmək funksiyası. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq turist agentliyinin təsərrüfat-maliyyə və iqtisadi fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir. Tabeliyində olan struktur bölmələrin işinə rəhbərlik edir. Turist agentliyinin təsərrüfat-maliyyə fəaliyyəti, əmlakından səmərəli istifadə edilməsi ilə bağlı qəbul etdiyi qərarların nəticələrinə görə məsuliyyət daşıyır. Planlaşdırılmış maliyyə-iqtisadi göstəricilərin yerinə yetirilməsini təmin edir. Cari və perspektiv turizm xidmətlərinin göstərilməsi və məhsullarının realizə istiqamətlərinin və həcminin planlaşdırılması işinə rəhbərlik edir. Tabeliyində olan struktur bölmələrinin qarşılıqlı səmərəli fəaliyyətini təşkil edir, sosial-iqtisadi aspektlər və bazar iqtisadiyyatı prinsipləri nəzərə alınmaqla onların fəaliyyətini təkmilləşdirir və inkişaf etdirir. Milli və xarici bazarda rəqabət qabiliyyətli olmaq üçün əhalinin turist xidmətlərinə olan tələbatının öyrənilməsi, xidmət həcminin və mənfəətin artırılması, dünya standartlarına uyğun xidmətlər göstərməklə keyfiyyətin yüksəldilməsi istiqamətində struktur bölmələrlə birgə iş aparır.

Təsərrüfat və biznes planlarının, eləcə də turizm xidmətlərinin və məhsullarının sifarişçiləri qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görür. Turizm agentliyinə ixtisaslı kadrları işə qəbul edir, onların peşə biliklərinin və təcrübələrinin artırılması, həyat və sağlamlıqlarının qorunması, əmək haqlarının vaxtında ödənilməsi və işin nəticələrinə görə mükafatlandırılması, əmək intizamına riayət etmələri üçün müvafiq tədbirlər görür.

Tabeliyində olan struktur bölmələrin rəhbərləri (direktor müavinləri, filial rəhbərləri)arasında iş bölgüsü aparır. Maddi resurslardan səmərəli istifadə edilməsinə, görülən işlərin nəticələrinə və keyfiyyətinə, işçilər tərəfindən əmək intizamına riayət edilməsinə nəzarət edir və ümumilikdə turizm agentliyi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə qiymət verir. Turizm agentliyinin fəaliyyətinin bütün istiqamətləri üzrə əmrlər verir.

Qanunvericiliyə uyğun olaraq müəssisədaxili intizam qaydalarını, işçilərin məzuniyyət cədvəlini, vəzifə təlimatlarını və digər təşkilati-hüquqi sənədləri təsdiq edir. İşçilərin vəzifədə irəli çəkilməsi, işə qəbul edilməsi, işdən azad edilməsi, onlara inzibati tənbeh verilməsi üçün müvafiq qaydada qərar qəbul edir. Turizm agentliyində uçot işlərini təşkil edir və aidiyyəti qurumlara hesabatın verilməsini təmin edir.

Turizm agentliyini məhkəmələrdə, dövlət orqanlarında və ya digər təsərrüfat subyektləri ilə münasibətdə təmsil edir.

Bilməlidir: turizm işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının turizm fəaliyyəti üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; turizmin inkişaf konsepsiyasını; marketinq nəzəriyyəsini və metodlarını, turizm məhsullarının marketinqini; turizm xidmətləri bazarının konyunkturasını; turizm fəaliyyətinin iqtisadiyyatını və təşkilini; turizmdə nəqliyyat sistemlərini; vergitutmanın və mühasibat uçotunun əsaslarını; planlaşdırmanın əsalarını, strateji və operativ planlaşdırmanı; istehsalat menecmenti nəzəriyyəsinin əsaslarını; turizm agentliyinin maliyyə-təsərrüfat və biznes planlarının tərtib və təsdiq edilməsini; əmək müqaviləsinin və mülki-hüquqi müqavilələrin bağlanılması qaydasını; kargüzarlıq işlərinin aparılmasının əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; işçilərin əmək haqlarının ödənilməsi sistemini, maddi həvəsləndirmənin formalarını; psixologiyanın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil, “Turizmdə menecment və marketinq” üzrə əlavə hazırlıq, turizm sahəsində rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: IV qrupa aid olan turizm agentliyində (turizm müəssisəsində);

16-cı dərəcə: III qrupa aid olan turizm agentliyində (turizm müəssisəsində);

17-ci dərəcə: II qrupa aid olan turizm agentliyində (turizm müəssisəsində);

18-ci dərəcə: I qrupa aid olan turizm agentliyində (turizm müəssisəsində).

 

Mehmanxana müdiri

 

Əmək funksiyası. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq mehmanxananın istehsalat-təsərrüfat və iqtisadi-maliyyə fəaliyyətini idarə edir. Qəbul edilən qərarlara, mehmanxananın əmlakının saxlanılmasına və səmərəli istifadə edilməsinə görə tam məsuliyyət daşıyır. Mehmanxananın təsərrüfat-maliyyə fəaliyyəti, əmlakından səmərəli istifadə edilməsi ilə bağlı qəbul etdiyi qərarların nəticələrinə görə məsuliyyət daşıyır. Mehmanxananın struktur bölmələrinin qarşılıqlı fəaliyyətini təşkil edir. Onların fəaliyyətini işin keyfiyyətinin yüksəldilməsinə, göstərilən xidmətlərin satış həcminin və gəlirlərin artırılmasına, göstərilən xidmətlərin dünya standartlarına uyğun olmasına, rəqabət qabiliyyətli olmağa, bina və avadanlığın texniki təhlükəsizlik norma və qaydalarına uyğun olaraq istismar edilməsinə yönəldir. İşçi heyətin sanitar-gigiyenik və yanğından mühafizə norma və qaydalarına riayət etmələrini təmin edir. Müştərilərə göstərilən xidmətin keyfiyyətinə, yaşayış otaqlarının təmizliyinə, düzgün istifadə edilməsinə və pasport rejiminə riayət edilməsinə nəzarəti həyata keçirir. Mehmanxananın yerli büdcə və xidmət göstərən bank müəssisəsi qarşısında, biznes-planda, təsərrüfat və əmək müqavilələrində nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsini təmin edir.

Qabaqcıl yerli və xarici təcrübəni, yeni texnika və texnologiyanı öyrənməklə istehsalat-təsərrüfat işlərini təşkil edir. Mehmanxananı peşəkar kadrlarla təmin etmək məqsədilə tədbirlər həyata keçirir. İşçilər tərəfindən əmək intizamına riayət edilməsinə nəzarət edir və mehmanxanada göstərilən xidmətlərin keyfiyyətinə müəssisədaxili qiymət verir. Mehmanxanada işçilərin işə qəbul edilməsi, əmək intizamına riayət edilməsi, işdən azad edilməsi, onlara inzibati tənbeh verilməsi üçün müvafiq qaydada qərar qəbul edir. Təsərrüfat-maliyyə fəaliyyəti haqqında hesabatın aparılmasını və vaxtında təqdim olunmasını təmin edir. Mehmanxananın təsərrüfat fəaliyyəti və əmlakla bağlı maraqlarını məhkəmədə və dövlət idarəetmə orqanlarında müdafiə edir.

Bilməlidir: mehmanxana xidmətinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının mehmanxana işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; mehmanxananın nizamnaməsini, müəssisədaxili intizam qaydalarını, mehmanxananın inzibati-təsərrüfat fəaliyyətinə dair metodiki materialları; müştərilərə xidmətin təşkili qaydalarını; cari və perspektiv proqnozlaşdırmanı; qabaqcıl iş təcrübəsini; idarəetmənin və əmək qanunvericiliyinin əsaslarını; işçilərin əmək haqlarının ödənilməsi sistemini, maddi həvəsləndirmənin formalarını; psixologiyanın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və müvafiq sahə üzrə 3 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: IV qrupa aid olan mehmanxanalarda;

16-cı dərəcə: III qrupa aid olan mehmanxanalarda;

17-ci dərəcə: II qrupa aid olan mehmanxanalarda;

18-ci dərəcə: I qrupa aid olan mehmanxanalarda.

 

Turizm informasiya mərkəzinin direktoru

 

Əmək funksiyası. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq turizm informasiya mərkəzinin təsərrüfat-maliyyə və iqtisadi fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir. Turizm informasiya mərkəzinin təsərrüfat-maliyyə fəaliyyəti, əmlakından səmərəli istifadə edilməsi ilə bağlı qəbul etdiyi qərarların nəticələrinə görə məsuliyyət daşıyır. Turizm informasiya mərkəzinin iş planının hazırlanmasını təmin edir.

Turizm informasiya mərkəzinə ixtisaslı kadrları işə qəbul edir, onların peşə biliklərinin və təcrübələrinin artırılması, işinin nəticələrinə görə mükafatlandırılması və əmək intizamına riayət etmələri üçün müvafiq tədbirlər görür.

Tabeliyində olan rəhbər işçilər (direktor müavinləri, filial rəhbərləri) və mütəxəssislər arasında iş bölgüsü aparır. Turizm informasiya mərkəzinin sərəncamına verilmiş maddi-texniki təminat vasitələrini işçilərin iş həcminə uyğun olaraq bölüşdürür. Maddi resurslardan səmərəli istifadə edilməsinə, görülən işlərin nəticələrinə və keyfiyyətinə, işçilər tərəfindən əmək intizamına riayət edilməsinə nəzarət edir. Kargüzarlıq işinin aparılmasını təşkil edir. Öz səlahiyyətləri daxilində əmr və göstərişlər verir. Turizm informasiya mərkəzinin tabeliyində olan qurumların işini tənzimləyir.

Qanunvericiliyə uyğun olaraq müəssisədaxili intizam qaydalarını, işçilərin məzuniyyət cədvəlini, vəzifə təlimatlarını və digər təşkilati-hüquqi sənədləri təsdiq edir. İşçilərin vəzifədə irəli çəkilməsi, işə qəbul edilməsi, işdən azad edilməsi, onlara inzibati tənbeh verilməsi üçün müvafiq qaydada qərar qəbul edir.

Turizm informasiya mərkəzini məhkəmələrdə, dövlət orqanlarında və ya digər təsərrüfat subyektləri ilə münasibətdə təmsil edir.

Bilməlidir: turizm işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının turizm fəaliyyəti üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; turizmin inkişaf konsepsiyasını; marketinq nəzəriyyəsini və metodlarını, turizm məhsullarının marketinqini; turizm xidmətləri bazarının konyunkturasını; turizm fəaliyyətinin iqtisadiyyatını və təşkilini; turizmdə nəqliyyat sistemlərini; vergitutmanın və mühasibat uçotunun əsaslarını; planlaşdırmanın əsalarını, strateji və operativ planlaşdırmanı; istehsalat menecmenti nəzəriyyəsinin əsaslarını; turizm informasiya mərkəzinin maliyyə-təsərrüfat və biznes planlarının tərtib və təsdiq edilməsini; əmək müqaviləsinin və mülki-hüquqi müqavilələrin bağlanılması qaydasını; kargüzarlıq işlərinin aparılmasının əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; işçilərin əmək haqlarının ödənilməsi sistemini, maddi həvəsləndirmənin formalarını; psixologiyanın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil, “Turizmdə menecment və marketinq” üzrə əlavə hazırlıq, turizm sahəsində rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

16-cı dərəcə: şəhər və rayonlarda (Bakı şəhəri istisna olmaqla) yerləşən turizm informasiya mərkəzlərində;

17-ci dərəcə: Bakı şəhərində yerləşən turizm informasiya mərkəzində.

 

Turizm müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini - baş mühasib

 

Əmək funksiyası. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir. Müəssisənin struktur bölmələri ilə əlaqəli surətdə maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, aidiyyəti maliyyə xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Əmək haqqı ödənişləri, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta ayırmaları, vergi ödənişləri, kapital qoyuluşu və qanunvericiliklə müəyyən edilmiş digər ödəmələr üzrə əməliyyatları vaxtında və keyfiyyətlə tərtib edir və yerinə yetirilməsini təmin edir.

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının mühasibat uçotu və hesabatının düzgün aparılmasına nəzarət edir.

Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir. Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə kitabxananın struktur bölmələrinin işçilərinə rəhbərlik edir. Əmək intizamının gücləndirilməsi üçün işçilərin maddi həvəsləndirilməsi, eləcə də zəruri hallarda onlara inzibati tənbeh verilməsi üçün tədbirlər görür.

İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: müəssisənin aid edildiyi sahə üzrə normativ hüquqi aktları və aidiyyəti dövlət proqramlarını; müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını; yuxarı orqanların müəssisənin işinə dair qərar, əmr, sərəncam və digər sənədlərini; müəssisənin inkişaf perspektivlərini və maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; mühasibat uçotunun təşkilini və mühasibat hesabatlarının və balansının tərtib edilməsi qaydalarını; maliyyə hesablarının forma və qaydalarını; pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması, silinməsi və xərclənməsi qaydalarını; debitor borclarının silinməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; yoxlama və təftişin aparılma qaydalarını; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: mühasibat uçotu üzrə ali təhsil və maliyyə-mühasibat işi üzrə 10 ildən az olmayaraq əmək stajı və milli status almış turizm müəssisəsinin direktorunun (müdirinin) iqtisadi məsələlər üzrə müavini - baş mühasib vəzifəsini yerinə yetirdikdə - aylıq vəzifə maaşı müəssisə direktorunun (müdirinin) vəzifə maaşından 10-20 faiz aşağı məbləğdə müəyyən olunur.

 

Qoruq direktoru

 

Əmək funksiyası. Qoruğa gəzintilərin təşkili ilə bağlı təbliğat və təşviqat işləri aparır. Bu işlərə vəsaitlərin cəlb edilməsi, marketinq kampaniyalarının idarə olunması, büdcənin tərtib edilməsi, layihələrin planlaşdırılması və maliyyə agentlikləri daxil edilmişdir. Dövlət və özəl sektora aid şirkətlərlə, donorlarla əlaqələrin qurulması, müştərilərlə sorğuların keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi işlərinin aparılmasına rəhbərlik edir. İş adamları, yerli əhali (hotel və ya mağaza rəhbərləri) və turistlər arasında mədəni və təbii irsin qorunması məsələləri ilə bağlı məlumatlandırma kampaniyalarının keçirilməsi, turistlərin cəlb edilməsi üçün mədəni irsin elementlərinin inkişaf etdirilməsi və ziyarətçilərin oranı ziyarət etmələri üçün imkanlar yaradır.

Yeni turizm nümayiş obyektlərinin inkişaf etdirilməsi - suvenir mağazaları, pərakəndə satış fəaliyyətlərinin təşkili, yerli əraziyə xas mədəniyyət-biznes tədbirlərinin keçirilməsi, restoran və kafelərin açılması, işçi heyətinin idarə olunması, yeni üzvlərinin və könüllülərin işə cəlb olunması, monitorinq və ixtisas artırma işinin təşkilini həyata keçirir.

Bilməlidir: Azərbaycan Respublikası Prezidentinin turizmin inkişafı ilə bağlı qəbul edilmiş fərman və sərəncamları; tarixi abidələrin mühafizəsi, qorunması və muzeylərin fəaliyyəti ilə bağlı qəbul edilmiş normativ aktları, qaydaları və təlimatları, iqtisadiyyat, biznesin idarə olunması, marketinq, maliyyə işlərini; sanitariya və gigiyena qaydalarını, yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: IV qrupa aid olan qoruqlarda;

14-cü dərəcə: III qrupa aid olan qoruqlarda;

15-ci dərəcə: II qrupa aid olan qoruqlarda;

16-cı dərəcə: I qrupa aid olan qoruqlarda, digər təşkilatlar üçün elmi-metodiki mərkəz sayılan qoruqlarda;

17-ci dərəcə: respublika əhəmiyyətli qoruqlarda;

18-ci dərəcə: müvafiq beynəlxalq təşkilatın üzvü olan, 40 ildən çox fəaliyyətdə olan elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı qoruqlarda və ya milli statusa malik qoruqlarda.

 

Qoruq direktorunun müavini

 

Əmək funksiyası. Qoruğun mühafizə qoruma işlərinə rəhbərlik edir. Qoruqda təsirə məruz qalan köhnə abidələrə və qoruğun ətrafındakı mühafizə zolağına nəzarət edir. Qoruğun ərazisində olan tarixi və mədəni abidələrin bərpa olunması ilə bağlı işlərin aparılmasını həyata keçirir. Yeni turizm nümayiş obyektlərinin inkişaf etdirilməsi - suvenir mağazaları, pərakəndə satış fəaliyyətlərinin təşkili, yerli əraziyə xas mədəniyyət-biznes tədbirlərinin keçirilməsi, restoran və kafelərin açılması, monitorinq və ixtisas artırma işinin təşkilini həyata keçirir.

Bilməlidir: Azərbaycan Respublikası Prezidentinin turizmin inkişafı ilə bağlı fərman və sərəncamlarını; tarixi abidələrin mühafizəsi, qorunması və bərpası ilə bağlı normativ aktları və qaydaları; iqtisadiyyatı və idarəetməni; biznesin idarə olunması, marketinq, maliyyə işlərini; əmək qanunvericiliyini; sanitariya və gigiyena qaydalarını; yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 10% aşağı məbləğdə müəyyən edilir.

 

Qalereya direktoru

 

Əmək funksiyası. Qoruq ərazilərində fəaliyyət göstərən qalereyalara rəhbərlik edir. Qaleriyanın sənətkarlıq və mədəni irs siyasətini müəyyənləşdirir, gündəlik işləməsini və onun ziyarətçilər üçün maraqlı olmasını təmin edir. Sənətkarlar, mədəniyyət nümayəndələri ilə əlaqə quraraq qalereyanın yerli və beynəlxalq səviyyədə tanınmasını təmin edir. İşçilərin yaradıcı təşəbbüsünün inkişafına, onların ixtisaslarının artırılmasına kömək edir. Elmi əlaqələri, yerli və xarici qalereyalarla təcrübə mübadiləsini təşkil edir. Qalereya fondunun təkmilləşdirilməsini, onların öyrənilməsini və mühafizəsini təmin edir.

Bilməlidir: qalereya işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ aktları, dövlət proqramlarını; muzey işi üzrə qərar, sərəncam, əmr və sair sənədləri; qalereyanın qeydiyyatını və mühafizəsini; qalereyanın elmi-tədqiqat, elmi-təbliğat, metodik, bərpa və nəşriyyat işlərinin aparılması üsullarını;

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda.

13-cü dərəcə: IV qrupa aid olan qalereyalarda;

14-cü dərəcə: III qrupa aid olan qalereyalarda;

15-ci dərəcə: II qrupa aid olan qalereyalarda;

16-cı dərəcə: I qrupa aid olan qoruqlarda, digər təşkilatlar üçün elmi-metodiki mərkəz sayılan qalereyalarda;

17-ci dərəcə: respublika əhəmiyyətli qalereyalarda;

18-ci dərəcə: müvafiq beynəlxalq təşkilatın üzvü olan və ya milli statusa malik qalereyalarda.

 

Baş fond mühafizəçisi

 

Əmək funksiyası. Qoruq və muzey ekspozisiyasında yerləşən muzey fondlarının mühafizəsini təmin edir. Qoruq və muzey fondlarının tam uçotunu, eksponatların elmi təsvirinin verilməsini (pasportlaşdırılmasını) təşkil edir. Fond xəzinəsini muzey təchizatı ilə təmin edir. Mühafizə rejiminə riayət edilməsinə, həmçinin muzey eksponatlarının vaxtlı-vaxtında və keyfiyyətli konservasiyasına nəzarət edir. Bərpaya ehtiyacı olan eksponatların aşkar edilməsi işini təşkil edir. Muzey fondunun mühafizəsinin və uçotunun mükəmməlləşdirilməsi, bərpa işlərinin təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayır. Fond xəzinəsi işlərinin asanlaşdırılması üzrə tədbirlər görür, bərpa işlərinin aparılması cədvəlini hazırlayır. Materialların vaxtında alınması üçün sifarişin verilməsini təşkil edir. Fondun uçotunun və mühafizənin təşkili üsullarını müəyyənləşdirən, müəssisə və təşkilatların ərizələri əsasında sərgi ekspozisiyaları üçün muzey eksponatlarının verilməsini tənzimləyən, həmçinin gələnlərin fond xəzinəsinə buraxılışını müəyyənləşdirən qaydaları işləyib hazırlayır. Kolleksiya kataloqlarını, fond materiallarının icmalını, metodik tövsiyələri nəşrə hazırlayır. Elmi-tədqiqat işi aparır, keçirilən müşavirə, konfrans və seminarlarda mühazirə və məruzələrlə çıxış edir, məsləhətlər verir. Müəyyən olunmuş forma üzrə uçot və hesabat işlərini təşkil edir. İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: yuxarı dövlət orqanlarının muzey işi üzrə qərar, sərəncam, əmr və digər sənədlərini; muzey fondunun uçot və mühafizə qaydalarını; eksponatların bərpası texnologiyasını; fond xəzinəsinin təchizatını; xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini; əmək qanunvericiliyinin əsasları; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda.

12-ci dərəcə: IV qrupa aid olan muzeylərdə və yaxud muzey tipli müəssisələrdə;

13-cü dərəcə: III qrupa aid olan muzeylərdə və yaxud muzey tipli müəssisələrdə;

14-cü dərəcə: II qrupa aid olan muzeylərdə və yaxud muzey tipli müəssisələrdə;

15-ci dərəcə: I qrupa aid olan muzeylərdə və yaxud muzey tipli müəssisələrdə, muxtar respublika miqyaslı muzeylərdə, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

16-cı dərəcə: respublika əhəmiyyətli muzeylərdə və yaxud muzey tipli müəssisələrdə (təsdiq edilmiş siyahı üzrə);

17-ci dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə və yaxud muzey tipli müəssisələrdə.

 

Mehmanxana administratoru

 

Əmək funksiyası. Mehmanxanaya gələn müştəriləri qəbul edir və qeydiyyata alır, onları mehmanxanada göstərilən xidmətlər barədə məlumatlandırır. Mehmanxanada yerləşdirilən müştərilərin xahişlərinin nəzərə alınmasına və yerinə yetirilməsinə nəzarət edir. Rəhbərliyin aidiyyəti tapşırıqlarını yerinə yetirir. Müştərilərə və qonaqlara mədəni xidmətin göstərilməsini və rahat şərait yaradılmasını təmin edir. Mövcud olan xidmətlər, keçirilən tədbirlər barədə müştəriləri məlumatlandırır. Mehmanxana xidmətləri üçün sifarişləri qəbul edir və bu barədə rəhbərliyi vaxtaşırı məlumatlandırır. Telefon zənglərini qəbul edir və telefon vasitəsi ilə xəbərdarlıq etməklə nömrələrin bronlaşdırılmasını təmin edir. Otaqları yığışdıran xadimələrin işinə və otaqların təmizliyinə nəzarət edir. Kiçik mehmanxanalarında müştərilərlə hesablaşaraq xəzinədarın əmək funksiyalarını yerinə yetirir. Müştərilərlə yaranan mübahisəli halların qarşısını almaq üçün tədbirlər görür, müştərilərə qeyri-kafi xidmətlə əlaqədar mübahisələrə baxır.

Müştərilərə xidmət sahəsində mövcud olan çatışmamazlıqlar və qüsurlar barəsində rəhbərliyi məlumatlandırır və onların aradan qaldırılması üçün tədbir görür. Binanın, material və avadanlıqların mühafizəsinə, binanın önündə və daxilində reklamların yerləşdirilməsinə, binanın xarici görünüşünə və daxili tərtibatına nəzarəti həyata keçirir. İşçilərin daxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yançından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: mehmanxananın inzibati-təsərrüfat fəaliyyətinə dair normativ hüquqi aktları, yuxarı dövlət orqanlarının mehmanxana işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; mehmanxananın nizamnaməsini, müəssisədaxili intizam qaydalarını, müştərilərə xidmətin təşkili qaydalarını; qabaqcıl mehmanxanaların xidmət sahəsində iş təcrübəsini; əməyin təşkilini və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını; mehmanxana işçilərinin vəzifələrini və səlahiyyətlərini; müştərilərə xidmət prosesinin təşkili qaydaları və üsullarını, göstərilən xidmətlərin növlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili.

6-cı dərəcə: IV qrupa aid olan mehmanxanalarda;

7-ci dərəcə: III qrupa aid olan mehmanxanalarda;

8-ci dərəcə: II qrupa aid olan mehmanxanalarda;

9-cu dərəcə: I qrupa aid olan mehmanxanalarda.

 

2. MÜTƏXƏSSİSLƏR

Təbiət üzrə mütəxəssis

 

Əmək funksiyası. Təbiət qoruqlarına dair işin təşkili, fauna və flora təbiət abidələrinə ekspert nəzarəti, tədqiq olunan qalıqların, qatların analizi və təhlilində iştirak edir. Təbiət elmləri, ətraf mühit və ya digər əlaqədar sahədə beynəlxalq təcrübənin tətbiqi, təbiət qoruqlarının ekoloji və sosial təhlükəsizlik qaydalarının monitorinqinin keçirilməsini, illik planın və təhlilinin aparılması işlərini həyata keçirir. Ətraf mühitin monitorinqinin aparılması və bununla bağlı hesabatların hazırlanması işini aparır.

Bilməlidir: təbiət elmlərini və qoruq işinin əsas istiqamətlərini, ətraf mühit və ya digər əlaqədar sahədə beynəlxalq proqramları, qərarları; təbiət qoruqlarının fəaliyyətini tənzimləyən normativ aktları, dövlət proqramlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə bakalavriat və ya magistratura təhsili.

13-cü dərəcə: 3 ilədək əmək stajı olduqda;

14-cü dərəcə: 3 ildən çox əmək stajı olduqda; fəlsəfə doktoru elmi dərəcəsi olan.

 

Marketinq üzrə mütəxəssis

 

Əmək funksiyası. Qoruqların illik marketinq planlarını tərtib edir, vəzifə və resursları müəyyənləşdirir, qoruqlar üçün maraq doğuran sahələrdə marketinq araşdırmaları aparır, qoruqların xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsinə dair təkliflər hazırlayır. İqtisadiyyatın perspektivli sahələrinin inkişaf etdirilməsi üçün strategiyanı və yanaşma üsullarını formalaşdırır, təbliğat kampaniyaları üçün kreativ ideyaların və promo-aksiyalar üçün təkliflərin hazırlanmasını təşkil edir.

Bilməlidir: marketinq sahəsinə aid normativ aktları; strategiyasının tədbiqi planının hazırlanması normalarını; marketinq məlumat baza sisteminin qurulması texnikasını; ətraf mühitin daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanmasına dair beynəlxalq təcrübə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə bakalavriat və ya magistratura təhsili.

13-cü dərəcə: müvafiq sahədə 3 ilədək əmək stajı olduqda;

14-cü dərəcə: 3 ildən çox əmək stajı olduqda.

 

Ətraf mühit və dayanıqlı inkişaf üzrə mütəxəssis

 

Əmək funksiyası. Qoruqların heyət, ekspertlər və işçi qrupları ilə birlikdə qlobal məqsəd və hədəflərə uyğun daxili prioritetlərin və onlara dair göstəriciləri müəyyən edir. Ekoloji sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsi və müvafiq Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəf və göstəricilərinə uyğun olaraq illik hesabatın hazırlanması işini icra edir.

Bilməlidir: Azərbaycan Respublikası Prezidentinin aidiyyəti fərman və sərəncamlarını; Dayanıqlı İnkişaf Məqsədləri üzrə (ekoloji) müəyyən edilmiş məqsəd, hədəf və göstəricilərə uyğun daxili prioritetlərin seçilməsi üçün təhlillərin aparılmasını; Dayanıqlı İnkişaf Məqsədləri üzrə qurumun illik hesabatının hazırlanmasına dair normativ qaydalar və formaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ya magistratura təhsili.

13-cü dərəcə: 3 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: 3 ildən çox əmək stajı olduqda; fəlsəfə doktoru elmi dərəcəsi olan.

 

Beynəlxalq əlaqələr üzrə mütəxəssis

 

Əmək funksiyası. Qoruqların beynəlxalq səviyyəli tədbirlərdə təmsil edilməsini, beynəlxalq layihələrdə iştirakı ilə bağlı işləri həyata keçirir. Qoruqlarla bağlı beynəlxalq səviyyəli tədbirlərin, festivalların keçirilməsi işinin təşkil edilməsində iştirak edir. Dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasının təşkil edilməsində və təşkilatların fəaliyyət istiqamətləri barədə məlumatlar əldə edilməsi işini aparır.

Bilməlidir: qoruqların və abidələrin qorunması ilə bağlı beynəlxalq konvensiyaları; beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində bağlanılmış müqavilələri; beynəlxalq əlaqələrin inkişaf edilməsinə dair menecment təcrübəsi; kommunikasiya qabiliyyəti; xarici dil bilikləri.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ya magistratura təhsili.

12-ci dərəcə: beynəlxalq əlaqələr sahəsində 3 ilədək əmək stajı olduqda;

13-cü dərəcə: beynəlxalq əlaqələr sahəsində 3 ildən çox əmək stajı olduqda.

 

Layihələrlə iş üzrə mütəxəssis

 

Əmək funksiyası. Qrant layihələrinin hazırlanması, təhvil verilməsi, müsabiqələrdə iştirak edilməsi, ehtiyacların müəyyən edilməsi və yeni layihələrin hazırlanması işini icra edir. Layihələrin icra edilməsi, uğurlu nəticələrin əldə edilməsinə nəzarətin həyata keçirilməsini, layihələrlə bağlı qiymətləndirmə və monitorinq hesabatlarının hazırlanması işini aparır.

Bilməlidir: layihələrin hazırlanması ilə bağlı təlimat və qaydanı; layihə fəaliyyətinin təsviri normalarını; layihə performansını, həcmini, qrafikini və xərclərini; layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsinə dair qaydaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə bakalavriat və ya magistratura təhsili, layihə menecmentliyinə dair beynəlxalq sertifikasiya.

12-ci dərəcə: müvafiq sahə üzrə 3 ilədək əmək stajı olduqda;

13-cü dərəcə: müvafiq sahə üzrə 3 ildən çox əmək stajı olduqda.

 

Təlim işləri üzrə mütəxəssis

 

Əmək funksiyası. Təlim planları və proqramlarının müəyyən ediməsi, mədəni irslə bağlı təlim modullarının hazırlanması, yerli əhali arasında mədəni irslə bağlı maarifləndirmənin aparılması, təhsil müəssisələri ilə əlaqələrin qurulması və birgə təlim kurslarının təşkil edilməsi işini aparır. Qurumun illik təlim ehtiyaclarını müəyyənləşdirmək, illik təlim planını tərtib etmək, işçilərinin bacarıqlarını artırma və inkişaf etdirmə istiqamətində təlim materiallarını hazırlayır və təşkil edir.

Bilməlidir: sahə üzrə təlimin keçirilməsinin qayda və təlimatlarını; təlimlə bağlı görülən işlər barədə hesabat formalarının hazırlanmasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ya magistratura təhsili.

12-ci dərəcə: insan resursları sahəsində 2 ildən çox əmək stajı olduqda;

13-cü dərəcə: insan resursları sahəsində 4 ildən çox əmək stajı olduqda.

 

Araşdırıcı-tədqiqatçı

 

Əmək funksiyası. Qoruqların müxtəlif sektorlarının databazasını hazırlayır, sektorlar üzrə araşdırmalar aparır, araşdırma təkliflərini işləyib hazırlayır, layihələrin idarə olunması metodologiyasını hazırlayır və idarəetmə metodları barəsində yeni təkliflər irəli sürür.

Bilməlidir: hədəf və missiyalara dair tədqiqatları (HoReCa, DIY, FMCG və s.), proqramları, hədəf siyahılarının hazırlanmasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ya magistratura təhsili.

12-ci dərəcə: 2 ilədək əmək stajı olduqda;

13-ci dərəcə: 2 ildən çox əmək stajı olduqda.

 

Arxeoloq

 

Əmək funksiyası. Qoruqlara dair mədəni məlumat bazasının inkişaf etdirilməsi və araşdırılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi, mədəni irsin tədqiqi, qoruqda tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlərin konservasiyasında iştirak, qoruqlarda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi-memarlıq abidələrinin qeyd edilməsi işlərini aparır. Bölgə, rayon və dövlət orqanlarının digər arxeoloqları və resurs mütəxəssisləri ilə məsləhətləşmələrin aparılmasında, mədəni vəsaitlərin istifadəsi üçün icazələrin və sahə işlərinin aparılmasına icazə verən sənədlərin hazırlanmasında, təsdiq edilməsində iştirak edir.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ya magistratura təhsili.

12-ci dərəcə: bu sahə üzrə 2 ilədək əmək stajı olduqda;

13-ci dərəcə: bu sahə üzrə 2 ildən çox əmək stajı olduqda; fəlsəfə doktoru elmi dərəcəsi olan.

 

Tarixçi

 

Əmək funksiyası. Tarix mədəniyyət abidələrinin öyrənilməsi, arxivlər (milli və ya beynəlxalq), kitablar və əsərlər daxil olmaqla, müxtəlif mənbələrdən tarixi məlumatları araşdırır, təhlil edir. Qoruq sahəsində tarixi inkişafları izləyir, tarixi əhəmiyyətli mövzuların təbliğinin qorunmasına dair məsləhət və təlimatın tərtibatı işlərini aparır. Hesabatların hazırlanması, məqalələr və ya araşdırmalara dair metodiki vəsaitlərin hazırlanması, tarixi materialları və əsərləri arxivləşdirmək və ya saxlamaq işini görür.

Bilməlidir: "Tarix və mədəniyyət abidələri haqqında" və “Milli arxiv haqqında” qanunları; Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş fərman, sərəncamları, qərarları; tarix, mədəni irs və abidələrə dair qaydaları; Azərbaycanın qədim tarixini, tarix və mədəniyyət abidələrinin qorunmasına dair normativ aktları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ya magistratura təhsili.

12-ci dərəcə: bu sahə üzrə 2 il əmək stajı olduqda;

13-ci dərəcə: bu sahə üzrə 2 ildən çox əmək stajı olduqda; fəlsəfə doktoru elmi dərəcəsi olan.

 

Turizm məhsullarının yaradılması üzrə mütəxəssis

 

Əmək funksiyası. Turistləri səyahət zonası barədə ekspertiza və məlumatlarla təmin edilməsi (coğrafiya, tarix, mədəniyyət və turizm potensialı), yeni yol, marşrut, tur və təcrübələrin (məhsullar) yaradılması, fərqli bazar və səyahət zonaları barədə məlumatların əldə edilməsi ilə bağlı araşdırmanın müəyyən edilməsi işini aparır. Turistlərin ehtiyac və istəkləri əsasında məhsulların hazırlanması, məhsulların səciyyəvi xüsusiyyətləri və tələbləri nəzərdən keçirilməklə mövcud olan və gələcək məhsulların təbiət və əhatə dairəsinin irəli sürülməsi və distributor kanallarla (destinasiyanın menement şirkətləri, səyahət ofisləri, məlumat mərkəzləri və internet icmalı) əlaqə saxlamaq və icmallar toplamaqla məhsul-təcrübə məmnunluğu barədə məlumat əldə edilməsi, təklif olunan məhsul tələblərini və dövlət məhsul inkişaf proqramlarını təhlil etməklə yerli və beynəlxalq bazarlara yeni məhsullar gətirilməsi, məhsul seminarlarında iştirak etməklə peşəkar və texniki biliyin qorunması, peşəkar nəşrlərin nəzərdən keçirməsi, şəxsi şəbəkələrin qurulması və peşəkar cəmiyyətlərdə iştirak edilməsi işlərini aparır.

Bilməlidir: turizmlə bağlı qanunvericiliyi, qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyi, milli ənənələri və milli mətbəxi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: coğrafiya, tarix, mədəniyyət və ya turizm sahəsi üzrə ali təhsil.

11-ci dərəcə: aidiyyəti sahədə 3 ilədək əmək stajı olduqda;

12-ci dərəcə: aidiyyəti sahədə 3 ildən çox əmək stajı olduqda.

 

Etnoqraf

 

Əmək funksiyası. Qoruqlarda mövcud olan milli azlıqların maddi və mənəvi mədəniyyətinin xüsusiyyətlərini, onların məişətini, mənşəyini və məskunlaşmasını, dilini, eləcə də xalqlar arasındakı qarşılıqlı tarixi-mədəni əlaqələrin öyrənilməsini həyata keçirir.

Bilməlidir: abidələrin qorunması ilə bağlı qəbul edilmiş normativ xarakterli aktları, coğrafiya, dünya sivilizasiyalarının etnoqrafiyasını; dünya tarixini; antropologiya, arxeologiya elmini; qədim dilləri, qüvvədə olan ənənələr və araşdırılan etnosların tarixini; etnoqrafiya xəritələrinin tərtib edilməsi və müayinə sahəsində beynəlxalq təcrübə metodlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ya magistratura təhsili.

10-cu dərəcə: 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda;

11-ci dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda;

12-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda;

13-cü dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi olduqda.

 

Bərpaçı-rəssam

 

Əmək funksiyası. Yüksək bədii və tarixi əhəmiyyətli əsərlər, eləcə də bərpaçılıq komissiyasının (şurasının) tapşırığına əsasən nadir incəsənət əsərləri üzərində çox mürəkkəb, ən çətin, orta səviyyəli bərpaçılıq və konservasiya işlərini aparır. Bərpa işlərinin aparılması metodikasını tərtib edir, bu məqsədlə materialları seçir, bərpa işlərinin gedişini sənədlə əsaslandırır. Obyektin zədələrinin və onların bərpası üçün istifadə edilən materialların və tətbiq olunacaq üsulların siyahısını tutur. Bərpa işlərinə başlamazdan əvvəl, iş prosesində və iş başa çatdıqdan sonra obyektin şəklini çəkir. Bərpa edilən obyekti çox ciddi tədqiq edir və vəziyyətinin təsvirini verir, onun ilkin şəklini, dəyişmə tarixini müəyyən edir. Kimyəvi, fiziki və bioloji tədqiqatlar nəticəsində xarab olmanın səbəblərini və xarakterini təyin edir. Təsviri incəsənət əsərinin bərpası zamanı onun bünövrəsini, rəng astarını möhkəmləndirir, eləcə də müəllif əsərini gizlədən və ya pozan, sonradan əmələ gəlmiş örtükləri təmizləyir. Bərpa işlərinin müxtəlif proseslərinin sənədli fotofiksasiyası üzrə fotoqraflara göstərişlər verir. Muzey fondlarını və ekspozisiyalarını tədqiq edir. Eksponatların qorunması və zədələnməməsi məsələləri baxımından muzey mühafizələrinə nəzarət edir. Stajorların işinə rəhbərlik edir. Bərpaya ehtiyacı olan eksponatları tədqiq edən elmi əməkdaşlara köməklik göstərir.

Bilməlidir: bədii, tarixi və nadir incəsənət əsərlərinin bərpa texnologiyasını və üsullarını; bərpa işlərində istifadə olunan materialların xüsusiyyətlərini və onların bərpa işlərində istifadəsini; monumental, dəzgah rəssamlığı, tempera, yağlı boya, qrafika, tətbiqi sənət və heykəltəraşlıq üslubunda hazırlanmış əsərlərinin bərpasında qəbul olunmuş xarici və ölkədaxili əsas üsulları; tarix qoyma və atribusiya prinsiplərini; eksponatların xarab olma səbəblərini; xarab olmanın səbəb və xarakterlərinin təyin olunmasında istifadə edilən laboratoriya tədqiqatının əsas növlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 2 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı olduqda. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 3 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 5 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 4 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı olduqda. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 5 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 7 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 6 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı olduqda. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 7 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 10 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 7 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı olduqda. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 8 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 11 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 8 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı olduqda. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 9 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 12 ildən az olmayaraq əmək stajı olduqda.

 

Turizm üzrə mətbuat katibi

 

Əmək funksiyası. Kütləvi informasiya vasitələrində yayılan məlumatların gündəlik monitorinqi və təhlili, yeniliklər, ümumi fəaliyyətlərlə bağlı press-relizlərin hazırlanması və kütləvi informasiya vasitələrində yayımın təmin edilməsi, tədbirlər, mühüm hadisələrə dair aylıq bülletenin hazırlanması işlərini aparır. Kütləvi informasiya vasitələri nümayəndələri ilə peşəkar əlaqələrin qurulması və inkişaf etdirilməsi, loyallığın artırılması istiqamətində işləri görür, ictimaiyyətlə əlaqələr üzrə təqvimin tərtibi və tənzimlənməsini təşkil edir.

Bilməlidir: ictimaiyyətlə əlaqələr üzrə strategiyanın və büdcənin tərtib olunması, onun icrası və nəzarətinə dair praktiki, kommunikativ məqsəd, hədəf və mesajların müəyyən olunması, qeyd olunan məsələlərlə bağlı nəzarət mexanizmlərinin hazırlanmasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və ya magistratura təhsili.

10-cu dərəcə: 2 ilədək əmək stajı olduqda;

11-ci dərəcə: 2 ildən çox əmək stajı olduqda.

 

Auditor

 

Əmək funksiyası. Qoruqların maliyyə vəziyyətinə nəzarət edir və şəffalığın qorunmasını təmin edir. Maliyyə hesabatlarının və məlumatlarının toplanıb nəzərdən keçirilməsinə, maliyyədəki risklərin təyin edilib aradan qaldırılması metodologiyasının işlənilməsinə, maliyyə heyəti ilə birgə fəaliyyət göstərərək işlərindəki nöqsanlarla bağlı təkliflərin veriməsinə, maliyyə məsələləri ilə bağlı qanunvericiliyə və prosedurlara uyğun işlərin aparılmasına nəzarət edir və bu işlərin icrasını təmin edir. Aşkar edilmiş pozuntu hallarını və çatışmamazlıqları aradan qaldırmaqla bağlı rəhbərliyə məlumat verir.

Bilməlidir: vergi və əmək qanunvericiliyini; vergi sahəsində qəbul edilmiş normativ hüquqi aktları, beynəlxalq mühasibat uçotu standartlarını; daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların uçotu qaydalarını və aidiyyəti kompyuter proqramlarını;

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə bakalavriat və ya magistratura təhsili.

7-ci dərəcə: müvafiq sahə üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

8-ci dərəcə: ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: ixtisası üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

10- dərəcə: ixtisası üzrə 9 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: (aparıcı mühasib-audit) ixtisası üzrə 11 ildən az olmayaraq əmək stajı olduqda.

 

Əmlak məsələləri üzrə mütəxəssis

 

Əmək funksiyası. Qoruqlarda mövcud olan əmlak məsələlərinin müəyyən edilməsi, özəl, bələdiyyə və dövlət mülkiyyətləri ilə bağlı məsələlərin həlli ilə bağlı işləri yerinə yetirir. Əmlak məsələləri ilə yaranan mübahisələrin həll edilməsi üçün aidiyyəti dövlət orqanı və onun tabeliyində olan qurumlarla əməkdaşlıq edir. Daxili hesabat formalarının hazırlanmasında və beynəlxalq təcrübə mübadiləsində iştirak edir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını; əmlak məsələlərinə dair qəbul edilmiş fərman, sərəncam, qərar və digər normativ hüquqi xarakterli aktları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil.

9-cu dərəcə: müvafiq sahədə 3 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: müvafiq sahədə 3 ildən çox əmək stajı olduqda.

 

Bələdçi; ekskursiyaçı

 

Əmək funksiyası. Ekskursiya aparır və ekspozisiyalarda, sərgilərdə mühazirələr oxuyur. Yeni ekskursiya və mühazirə mövzuları hazırlayır. Yeni materiallara və metodistin göstərişlərinə uyğun olaraq ekskursiya və mühazirələrə əlavələr edir. Ekskursiya və mühazirəlin metodikası və keçirilməsini təkmilləşdirir. Metodiki sənədlərin hazırlanmasında, ekskursiya və mühazirələri dinləməkdə, elmi-maarif tədbirlərinin təbliğində, təşkilində və keçirilməsində iştirak edir.

Bilməlidir: elm və mədəniyyətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; muzeyin fəaliyyəti ilə əlaqədar sənədləri; ekskursiya və mühazirə işi metodikasını; xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini; nitq mədəniyyətini; ədəbi tələffüz qaydalarını; rus və başqa dillərin leksikasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: orta ixtisas təhsili və 3 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı olduqda;

8-ci dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı olduqda;

9-cu dərəcə: müvafiq ixtisas üzrə ali təhsil və 3 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 8 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı olduqda;

10-cu dərəcə: nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə) və I qrupa aid olan muzeylərdə, müvafiq ixtisas üzrə ali təhsil və 5 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı olduqda;

11-ci dərəcə: respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən muzeylərdə (təsdiq edilmiş siyahı üzrə), müvafiq ixtisas üzrə ali təhsil və 5 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı olduqda;

12-ci dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə, müvafiq ixtisas üzrə ali təhsil və 5 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı olduqda.

 

Turist gəzintiləri üzrə bələdçi

 

Əmək funksiyası. Turistlərin şəxsi və kollektiv təhlükəsizliyini təmin edən tədbirlər görməklə müəyyən edilmiş marşrut üzrə ekskursiya hazırlaşır. Marşrutun xüsusiyyətini, ehtimal olunan riskləri, onların qarşısının alınması resurslarını və üsullarını öyrənir. Ekskursiyanın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan avadanlığın, alətlərin və materialların hazırlanmasına nəzarət edir.

Təsdiq edilmiş proqrama uyğun olaraq marşrutun həyata keçirilməsi zamanı ekskursiya iştirakçılarının şəxsi və kollektiv təhlükəsizliyinə, habelə ekskursiyanın yerinə yetirilməsinə görə tam məsuliyyət daşıyır.

Ekskursiya həyata keçirilərkən rəhbərliklə operativ əlaqəsi olmalıdır. Belə əlaqə olmadığı halda onu yaratmaq üsullarını bilməlidir. Tabeliyində olan şəxslərlə marşrutun sxemi barədə müzakirələr aparır. Ekskursiyanın marşrut üzrə yerinə yetirilməsi üçün zəruri olan maliyyə vəsaitini əldə edir. Ekskursiya iştirakçılarının hazırlıq dərəcəsini və fiziki hazırlığını yoxlayır. Ekskursiya zamanı təhlükə yarana bilən körpülərdən, çaylardan və s. yerlərdən keçmə üsulları, eləcə də şəxsi və kollektiv təhlükəsizlik qaydaları ilə iştirakçıların təlimatlandırılmasını təşkil edir. Gəzinti zamanı iştirakçıların sanitariya-gigiyena normalarına riayət etməsi üçün tədbirlər həyata keçirir. Gəzintiyə çıxan turistlərin tibbi sığorta olunmalarını yoxlayır. Yaxınlıqda yerləşən tibb müəssisələri barədə məlumatlı olmalıdır.

Şəxsi və kollektiv təhlükəsizlik qaydalarına əməl etməklə ekskursiya üçün nəzərdə tutulan rejimə (düşərgənin salınması, qidalanma, yüklərin çatdırılması, iştirakçıların istirahətinin təşkili, porterə aidiyyəti tapşırıqların verilməsi, təhlükə yarada bilən yerlərə baxış və s.) riayət edir. Ekskursiya zamanı ərazi barədə iştirakçıları məlumatlandırır.

Şəxsi və kollektiv təhlükəsizlik qaydalarına əməl etməklə ekskursiyanın başa çatması (çadırların yığışdırılması barədə porterə göstərişin verilməsi, görməli yerlərə baxışın sona çatdırılması, proqrama uyğun olaraq bütün iştirakçıların geri qayıtmasının təşkili və s.) rejiminə riayət edir. Çadırların yığışdırılmasına nəzarət edir. Ekskursiya həyata keçirilən ərazidə təbiətin ekoloji baxımdan qorunması üçün tələb olunan zəruri tədbirlərin iştirakçılar tərəfindən həyata keçirilməsinə nəzarət edir. İştirakçıların nəqliyyatla geri qayıdacağı yerə gəlməsini təmin edir.

Ekskursiya zamanı gözlənilməz hallar (hava şəraiti, qəza və s.) və risklər barədə analitik hesabat verir. Hesabat üçün ekskursiyanın uçot və maliyyə sənədlərini hazırlayır. Ekskursiya zamanı gözlənilməz vəziyyətlərin yaranmasının qarşısının alınması və marşrutun təkmilləşdirilməsi üçün təkliflər verir.

Bilməlidir: turizm-ekskursiya fəaliyyətinin təşkili haqqında normativ-hüquqi aktları; turizmin təşkili prinsiplərini, regionun tarixi, mədəniyyəti və coğrafiyasını; xarici dili, şəxslərarası ünsiyyət nəzəriyyəsini; psixologiyanın əsaslarını; ekskursiyaların keçirilməsi metodikasını; fövqəladə hallar zamanı hərəkət qaydalarını; kompüter texnologiyalarının vasitəsi ilə sənədlərin rəsmiləşdirilməsi və hesabatların tərtib edilməsi qaydalarını; menecmentin, marketinqin, iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını; turistlərin nəqliyyat vasitələri ilə daşınması qaydalarını; turistlərin və ekskursiyaçıların təhlükəsizliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: humanitar ixtisas qrupu üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və turizm sahəsində xüsusi hazırlıq;

8-ci dərəcə: humanitar ixtisas qrupu üzrə ali təhsil və bələdçi vəzifəsində 2 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və turist gəzintiləri üzrə bələdçi vəzifəsində 4 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: humanitar ixtisas qrupu üzrə ali təhsil və bələdçi vəzifəsində 4 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və turist gəzintiləri üzrə bələdçi vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olduqda.

 

Muzey baxıcısı; Muzey nəzarətçisi; Abidə mühafizəçisi

 

Əmək funksiyası. Tapşırılmış ekspozisiyanın eksponatlarının xarab edilməməsi üçün müvafiq tədbirlər görür, onları oğurlanmadan mühafizə edir. İşin axırında ona tapşırılmış ekspozisiyanı siyahı üzrə yoxlayaraq növbətçiyə təhvil verir. Ona tapşırılan zalların təmizliyinə nəzarət edir. Muzeyə gələnlərin muzeydə davranış qaydalarına, müəyyən edilmiş iş rejiminə riayət etmələrinə diqqət yetirir.

Bilməlidir: muzeyə, qoruğa və muzey tipli müəssisələrə gələnlərin muzeydə davranış qaydalarını; muzeyin iş rejimini; eksponatların mühafizə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı olduqda və yaxud orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə :xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı olduqda və yaxud orta ixtisas təhsili, ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

8-ci dərəcə: respublika miqyaslı və ya milli muzeylərdə, respublika əhəmiyyətli qoruqlarda və muzey tipli müəssisələrdə çalışdıqda xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifədə 10 ildən az olmayaraq əmək stajı olduqda və yaxud həmin müəssisələrdə çalışdıqda orta ixtisas təhsilli olmaqla ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda.

 

Turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent

 

Əmək funksiyası. Agent müştəriyə turist gəzintiləri üçün yerləri təqdim edir və onlar barədə müştəriyə məlumat, tövsiyə və məsləhətlər verir. Turist gəzintiləri üçün istirahət yerlərinin sosial-demoqrafik və təbii-iqlim şəraiti barədə müştərini maraqlandıran ümumi xarakterli suallara cavab verir. Seçilmiş istirahət yerlərini qısa reklam edir və bu yerlərin üstünlüklərini təsvir edir. Müştərilərə turist yerlərinin yol xəritəsini, cədvəlini və planını təqdim edir. Turist xidmətinin göstərilməsi barədə müştəri ilə müqavilə bağlayır.

Turist gəzintiləri barədə qəbul edilmiş sifarişləri sistemləşdirir, onları növlər üzrə komplektləşdirir, qəbul edilmiş sifarişləri göstəricilər bazasına daxil etməklə bazanı yaradır. Turist gəzintilərinə edilmiş sifarişlərin təhlilini aparır. Turist müəssisəsinin (agentliyinin, firmasının və s) rəhbərinə daxil olmuş sifarişlərin sistemləşmiş məlumatını çatdırır və sifarişlərin daha üstün növləri barədə rəhbərliyə məlumat verir.

Zəruri hallarda mehmanxanalar, turist agentlikləri, nəqliyyat müəssisələri ilə əlaqə yaradaraq turizm gəzintiləri ilə bağlı müştəriləri maraqlandıran məsələləri dəqiqləşdir. Turist gəzintisinin həyata keçirildiyi ölkələrdə təhlükəsiz və problemsiz hərəkətlə bağlı tövsiyələr verir. Tələb olunan sənədləşməni aparır və turist sənədlərini qeydiyyatdan keçirir.

Bilməlidir: turizm fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları, dünya ölkələrinin coğrafiyasını; turizmin əsaslarını; turizm gəzintiləri ilə əlaqədar bağlanılan müqavilələrin qeydiyyatının aparılmasını; bilet və xidmətlərin bronlaşdırılması qaydalarını; otel, mehmanxana, nəqliyyat müəssisəsi və digər təşkilatlarla qarşılıqlı iş cədvəlinin qurulmasını; turizm sənədlərinin qeydiyyatı qaydalarını; fəaliyyəti üzrə hesabatın hazırlanmasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili və ya xüsusi hazırlıq keçməklə ümumi orta təhsil;

5-ci dərəcə: orta ixtisas təhsili və turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda.

 

Porter

 

Əmək funksiyası. Turizm obyektlərinə, turist ekskursiyaları zamanı düşərgələrə və geriyə avadanlıq və ləvazimatların daşınmasını təmin edir. Yüklərin daşınması ilə əlaqədar bələdçinin və ya ekskursiya rəhbərinin tapşırıqlarını yerinə yetirir. Təşkil edilən ekskursiya və gəzintilərin marşrutlarını öyrənir.

Ekskursiya zamanı düşərgələrin təşkil edilməsi üçün lazım olan avadanlıq və ləvazimatların hazırlanması, marşrutla əlaqədar avadanlıq və ləvazimatların faktura üzrə alınması, alınan avadanlıq və ləvazimatların qablaşdırılması işlərini yerinə yetirir. Avadanlıq və ləvazimatların yüklənməsi və tələb olunan yerlərə daşınması işlərini təmin edir. Təhlükəsizliyi təmin etmək üçün avadanlıq və ləvazimatların vəziyyətinə və istifadəyə yararlığına, onların yüklənməsi və daşınması üçün istifadə edilən qurğuların sazlığına nəzarət edir.

Marşrut üzrə müəyyən edilmiş düşərgəyə avadanlıq və ləvazimatların saz vəziyyətdə çatdırılmasını təmin edir. Şəxsi və kollektiv təhlükəsizliyə riayət edir və zəruri hallarda turistlərə ilkin həkiməqədər tibbi yardım göstərir.

Gəzinti başa çatdıqdan sonra avadanlıq və ləvazimatları qablaşdırır, onların mövcudluğuna, vəziyyətinə nəzarət edir. Zəruri hallarda xəsarət alanların və ya xəstələrin daşınmasına kömək edir. Avadanlıq və ləvazimatları faktura üzrə təhvil verilməsini təmin edir.

Bilməlidir: əl ilə və ya nəqledici vasitələrdən istifadə etməklə yükün qablaşdırılması, yığılması və bağlanması qaydasını; yüklərin yüklənməsi və nəql edilmə qaydalarını; daşınılan yüklərin sayını və xüsusiyyətlərini; qəbul edilən yüklərin yararlığının yoxlanılmasını; yüklərin qəbul edilməsi və təhvil verilməsi sənədlərinin tərtib edilməsini; yüklərin qablaşdırılması və daşınması işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və ya peşə təhsili.

3-cü dərəcə: əmək stajına tələb qoyulmadan;

4-cü dərəcə: porter vəzifəsində bir ildən az olmayaraq əmək stajı olduqda.

 

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 iyul 2019-cu il tarixli 1905000035 nömrəli Kollegiya qərarına

 

2 nömrəli əlavə

 

 

“Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli Kollegiya qərarında dəyişiklik

 

1.Qərar üzrə:

1.1. adından və birinci hissəsindən “,turizm” sözləri çıxarılsın;

2. Qərarla təsdiq edilmiş “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” üzrə:

2.1. adından “,turizm” sözü çıxarılsın;

2.2. “Giriş” hissəsinin mətnindən “,turizm” və “və turizm “ sözləri çıxarılsın;

2.3. “Giriş” hissəsinin on səkkizinci və on doqquzuncu abzasından müvafiq olaraq aşağıdakı sözlər və onlara uyğun cədvəllər çıxarılsın;

“- mehmanxanalar”

“- turizm agentlikləri, turizm müəssisələri”

2.4. “Giriş” hissəsinin iyirmi beşinci abzasından “və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri çıxarılsın;

2.5. “Giriş” hissəsinin otuz birinci (sonuncu) abzası aşağıdakı redaksiyada verilsin:

“Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə bu Kitabçada müəyyən edilmiş ixtisas tələblərindəki təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda) və ya əlavə təhsilə (peşə hazırlığına) malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər müstəsna hallarda bu ixtisas tələblərinə malik işçilər kimi hər hansı bir vəzifəyə təyin edilə bilərlər.”

2.6. “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin adı və ödəniş dərəcələri diapazonu” cədvəli üzrə:

2.6.1. adından “,turizm” sözü çıxarılsın;

2.6.2. “Rəhbərlər” sütunundan “Mehmanxana müdiri”, “Turizm agentliyinin direktoru; Turizm müəssisəsinin direktoru”, “Turizm informasiya mərkəzinin direktoru”, “Turizm müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini-baş mühasibi”, “Baş fond mühafizəçisi”, “Mehmanxana administratoru” sözləri və 3-cü, 4-cü, 5-ci, 10-cu və 31-ci sətirlər çıxarılsın;

2.6.3. “Mütəxəssislər” sütunundan “Bələdçi; ekskursiyaçı”, “Turist gəzintiləri üzrə bələdçi”, “Turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent”, “Porter” sözləri və bu vəzifələrə uyğun 45-ci, 48-ci, 51-ci və 52-ci sətirlər çıxarılsın;

3. “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə:

3.1. “1. Rəhbərlər” bölməsindən “Mehmanxana müdiri”, “Turizm agentliyinin direktoru; Turizm müəssisəsinin direktoru“, “Turizm informasiya mərkəzinin direktoru”, “Baş fond mühafizəçisi” və “Mehmanxana administratoru” vəzifələri və onlara aid tarif-ixtisas xüsusiyyətləri və “Turizm müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini-baş mühasibi” sözləri, bu vəzifənin “Ödəniş dərəcələrinə ixtisas tələbləri” hissəsindən “ və ya turizm” sözləri çıxarılsın;

3.2. “2. Mütəxəssislər” bölməsi üzrə:

3.3. “Bələdçi; ekskursiyaçı”; “Turist gəzintiləri üzrə bələdçi”; “Turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent” və “Porter” vəzifələri və onlara aid tarif-ixtisas xüsusiyyətləri çıxarılsın.