AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏHKƏMƏ HÜQUQ ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

17.09.2019

Qeydiyyat nömrəsi

2

Adı

Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.09.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.020.140

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

24201909170002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.09.2019

 

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.1-ci və 12.0.13-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası

 

QƏRARA ALIR:

 

1. Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na aşağıdakı məzmunda 3.36-2-ci bənd əlavə edilsin:

“3.36-2. Namizədlər üçün yazılı imtahanın birinci fazasında iştirak ödənişlidir. Ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nin 1.1-ci bəndinə uyğun olaraq müəyyən edilir.”.

2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nı bu dəyişikliklərlə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

 

Sədr                                                                                     Fikrət Məmmədov