AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

17.09.2019

Qeydiyyat nömrəsi

3

Adı

Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.09.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.020.140

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

24201909170003

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.09.2019

 

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.3-cü və 12.0.13-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası

 

QƏRARA ALIR:

 

1. Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.4-1-ci bənd əlavə edilsin:

“3.0.4-1. yazılı imtahanın birinci fazasının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi məqsədilə həmin quruma müraciət edir;”.

2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”ni bu dəyişikliklərlə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

 

 

Sədr                                                                                                Fikrət Məmmədov