AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

17.09.2019

Qeydiyyat nömrəsi

1905000050

Adı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, 2008-ci il 2 iyun tarixli 4-2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə” 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli, “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” 2017-ci il 24 fevral tarixli 4 nömrəli, “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” 2017-ci il 19 iyun tarixli 8 nömrəli və “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Kollegiya qərarlarında dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

02.10.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

070.010.000; 090.160.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201909170050

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

01.10.2019

 

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 may tarixli 1201 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, 2008-ci il 2 iyun tarixli 4-2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli, “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə2017-ci il 24 fevral tarixli 4 nömrəli, “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə2017-ci il 19 iyun tarixli 8 nömrəli və “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Kollegiya qərarlarında dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

3. Bu Qərarın icrasına nəzarət nazir müavini M. Kərimliyə həvalə edilsin.

 

 

Kollegiyanın sədri                                                                              Sahil Babayev

 

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli 1905000050 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, 2008-ci il 2 iyun tarixli 4-2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə” 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli, “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” 2017-ci il 24 fevral tarixli 4 nömrəli, “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” 2017-ci il 19 iyun tarixli 8 nömrəli və “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Kollegiya qərarlarında dəyişiklik

 

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “II. MÜTƏXƏSSİSLƏR” bölməsinin “MÜHASİB-TƏFTİŞÇİ” hissəsi üzrə:

1.1.1. birinci abzasın altıncı cümləsində “Mühasibat uçotu və hesabatın aparılmasına” sözləri “Mühasibat uçotunun aparılmasına və maliyyə, vergi və digər hesabatların tərtibinə” sözləri ilə əvəz edilsin;

1.1.2. ikinci abzasın birinci cümləsində “mühasibat hesabının təşkili və hesabatın” sözləri “mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların” sözləri ilə, “mühasibat hesabatının” sözləri “maliyyə, vergi və digər hesabatların” sözləri ilə, “uçot- hesabat planını və korrespondensiyasını” sözləri “hesablar planını və mühasibat yazılışlarını” sözləri ilə, “mühasibat hesabı” sözləri “mühasibat uçotu” sözləri ilə əvəz edilsin;

1.2. “II. MÜTƏXƏSSİSLƏR” bölməsinin “MÜHASİB” hissəsi üzrə:

1.2.1. birinci abzasın birinci cümləsində “Mühasibat hesabının” sözləri “Mühasibat uçotunun” sözləri ilə, dördüncü cümləsində “mühasibat hesabında” sözləri “mühasibat uçotunda” sözləri ilə, səkkizinci cümləsində “və hesabatı” sözləri “və maliyyə, vergi və digər hesabatların” sözləri ilə əvəz edilsin;

1.2.2. ikinci abzasda “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin;

1.2.3. üçüncü abzasda “mühasibat hesabının təşkili və hesabatın” sözləri “mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların” sözləri ilə, “mühasibat hesabının metod və formalarını; uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını” sözləri “mühasibat uçotunun aparılmasının metodlarını; maliyyə, vergi və digər hesabatların formalarını və onların tərtib edilməsini; hesablar planını və mühasibat yazılışlarını” sözləri ilə, “mühasibat hesabı” sözləri “mühasibat uçotu” sözləri ilə əvəz edilsin;

1.3. “III. TEXNİKİ İCRAÇILAR (DİGƏR QULLUQÇULAR)” bölməsinin “HESABDAR” hissəsinin birinci abzasının birinci cümləsində “ilkin sənədlərdə” sözləri “ilkin uçot sənədlərində” sözləri ilə, ikinci cümləsində “İlkin sənədləri” sözləri “İlkin uçot sənədlərini” sözləri ilə, “mühasibat hesabatının” sözləri “maliyyə, vergi və digər hesabatların” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2008-ci il 2 iyun tarixli 4-2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “I.RƏHBƏRLƏR” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. “İSTEHSALAT EMALATXANASININ MÜDİRİ” hissəsinin ikinci abzasında “hesabatının” sözü “maliyyə, vergi və digər hesabatların” sözləri ilə əvəz edilsin;

2.2. “BƏDİİ-QURULUŞ HİSSƏSİNİN MÜDİRİ” hissəsinin üçüncü abzasında “hesabatını” sözü “maliyyə, vergi və digər hesabatları” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “1.RƏHBƏRLƏR” bölməsinin “Mədəni-maarif müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini-baş mühasibi” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. birinci abzasın ikinci cümləsində “mühasibat uçotu hesabında” sözləri “mühasibat uçotunda” sözləri ilə, “mühasibat (maliyyə) hesabatlarının” sözləri “maliyyə, vergi və digər hesabatların” sözləri ilə əvəz edilsin;

3.2. ikinci abzasın birinci cümləsində “mühasibat uçotu hesablarında” sözləri “mühasibat uçotunda” sözləri ilə əvəz edilsin;

3.3. üçüncü abzasda “mühasibat sənədlərinin” sözləri “uçot sənədlərinin” sözləri ilə, “uçotu və hesabatının” sözləri “uçotunun və maliyyə, vergi və digər hesabatların” sözləri ilə əvəz edilsin;

3.4. dördüncü abzasın ikinci cümləsində “mühasibat balanslarından” sözləri “maliyyə, vergi və digər hesabatlardan” sözləri ilə əvəz edilsin, üçüncü cümləsinə “Mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin;

3.5. altıncı abzasda “mühasibat hesabatlarının və balansının tərtib edilməsi qaydalarını; maliyyə hesablarının forma və qaydalarını” sözləri “maliyyə, vergi və digər hesabatların forma və tərtib edilmə qaydalarını” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 24 fevral tarixli 4 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “I. MÜTƏXƏSSİSLƏR” bölməsinin “Mütəõəssis” hissəsinin üçüncü abzasının ikinci cümləsində “håsabatı” sözü “maliyyə, vergi və digər hesabatların” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 19 iyun tarixli 8 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “II.MÜTƏXƏSSİSLƏR” “APTEK İŞÇİLƏRİ” bölməsinin “BÖYÜK PROVİZOR” hissəsinin ikinci abzasında “hesabatının” sözləri “maliyyə, vergi və digər hesabatların” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ” bölməsinin “MALİYYƏ-TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTOR” hissəsinin ikinci abzasında “mühasibat balanslarının və hesabatlarının” sözləri “maliyyə hesabatlarının, vergi və digər hesabatların” sözləri ilə əvəz edilsin.