AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

23.09.2019

Qeydiyyat nömrəsi

1951100032

Adı

Marja ticarətinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.10.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

090.120.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201909230032

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.10.2019

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. Marja ticarətinə dair Qaydalartəsdiq edilsin (əlavə olunur).

2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

 


 

 

“Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar ¹ 1951100032

 

“23” sentyabr 2019-cu il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

_________________________

 

İbrahim Alışov

 

Marja ticarətinə dair Qaydalar

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 34.4-cü, 40.3-cü və 40.4-cü maddələrinə müvafiq olaraq hazırlanmışdır və marja ticarətinin həyata keçirilməsinə dair qaydaları müəyyən edir.

1.2. Marja ticarəti bu Qaydalara, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydaları”na, fond birjasının daxili qaydalarına və investisiya şirkəti ilə müştəri arasında bağlanmış müqaviləyə uyğun tənzimlənir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.1.1. baza aktivi – qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.;

2.1.2. cari bazar dəyəri – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin listinqdən keçdiyi birjanın kotirovkasına əsasən son ana müəyyən olunan qiymətidir;

2.1.3. ehtiyat mərkəzi – məlumatların zədələnmə və ya silinmədən qorunması, eləcə də əsas sistemin sıradan çıxdığı hallarda marja ticarəti fəaliyyətinin bərpa edilməsi məqsədilə investisiya şirkəti tərəfindən yaradılan və məlumatların ehtiyat nüsxələrinin saxlanıldığı mərkəzdir;

2.1.4. fərq müqaviləsi – baza aktivinin müqavilə ilə müəyyən olunmuş ilkin və son qiymətləri arasındakı fərqin müqavilə tərəfinə ödənilməsini təmin edən maliyyə alətidir;

2.1.5. fərq müqaviləsi roloveri – baza aktivinin müddətindən asılı olaraq açıq mövqelərin növbəti müddətə keçirilməsi prosesidir.

2.1.6. fond birjası – fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir;

2.1.7. limit sifariş – müştəri tərəfindən baza aktivinin müəyyən edilmiş qiymətə alınıb və ya satılması barədə investisiya şirkətinə əvvəlcədən verilmiş sifarişdir;

2.1.8. hesablaşma – qiymətli kağızlar, törəmə maliyyə alətləri və ya fərq müqavilələri ilə bağlanmış əqdlər üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icra edilməsidir;

2.1.9. institusional investor – investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri, beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklar;

2.1.10. peşəkar investor – marja ticarəti üzrə ən azı 2 il təcrübəsi olan (rüb ərzində ən azı 10 ticarət əməliyyatı aparmaqla) və müştəri hesabında 100 (yüz) min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olan şəxslər;

2.1.11. ilkin marja – baza aktivi ilə ticarət əməliyyatının aparıla bilməsi məqsədi ilə investisiya şirkəti tərəfindən müştəridən tələb olunan kapitalın minimum məbləğidir;

2.1.12. təminat marjası – qiymətli kağızlarla marja ticarəti zamanı qiymətli kağızların alışından sonra müştəri hesabında saxlanılmalı olan və qiymətli kağızların cari bazar dəyərinin faizlə hesablanmış minimum məbləğdir;

2.1.13. ticarət platforması – investisiya şirkətinə məxsus olan və fərq müqavilələri ilə marja ticarətinin təşkil edilməsi məqsədi ilə istifadə edilən elektron ticarət platformasıdır.

2.1.14. kredit həddi – investisiya şirkəti tərəfindən marja ticarətinin aparılması məqsədi ilə müştəriyə ayrılan borc vəsaitlərinin girova nisbətidir;

2.1.15. qiymət boşluğu – bazarda yüksək volatillik nəticəsində, ardıcıl qiymətlər arasında yaranmış boşluqdur;

2.1.16. qiymət sürüşməsi – qiymətlər arasında fərqin yaranma halıdır;

2.1.17. likvidlik təminatçısı – müəyyən edilmiş maliyyə alətləri üzrə alış-satış qiymətlərini (kotirovka) müəyyən edən və ya digər təşkilata ötürərək likvidliyi təmin edən tərəf;

2.1.18. lot – bir sifariş üzrə baza aktivinin standart alış-satış həcmidir;

2.1.19. marja çağırışı – müştəri hesabındakı pul vəsaitlərinin azalaraq müəyyən olunmuş minimum səviyyəyə düşməsi barədə investisiya şirkəti tərəfindən müştəriyə edilən xəbərdarlıqdır;

2.1.20. marja səviyyəsi – fərq müqavilələri ilə marja ticarəti üzrə müştərinin pul vəsaitlərinin (kapitalın) açılmış mövqelər üzrə hesablanmış ilkin marjaların cəminə nisbətinin faizlə ifadəsidir;

2.1.21. marja ticarəti – investora baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır);

2.1.22. spred – baza aktivinin alış qiyməti ilə satış qiyməti arasındakı fərqdir;

2.1.23. spred əlavəsi – investisiya şirkəti tərəfindən baza aktivinin alış və satış qiymətləri arasındakı fərqə hesablanmış əlavə haqdır.

2.1.24. svop faizi – müştərinin ticarət etdiyi fərq müqaviləsinin baza aktivinə, həmin baza aktivi ilə aparılan əməliyyatın həcminə və açdığı mövqenin növünə uyğun olaraq hesablanan günlük faiz miqdarıdır.

2.1.25. svop əlavəsi – investisiya şirkətinin svop faizi üzərinə hesabladığı əlavə haqqıdır.

 

3. Marja ticarətinə dair investisiya şirkətləri üçün tələblər

 

3.1. Marja ticarəti xidməti göstərən investisiya şirkəti aşağıdakı tələblərə cavab verməlidir:

3.1.1 Qanunun 30.3.1-ci, 30.3.7-ci və 30.4.1-ci maddələri ilə müəyyən edilmiş xidmətlərin həyata keçirilməsi üzrə lisenziyaya malik olmalı;

3.1.2. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün Qanunla müəyyən edilmiş sayda əməkdaşı ixtisas şəhadətnaməsinə malik olmalı;

3.1.3. ləğv və ya müflisləşmə prosesində olmamalı;

3.1.4. mərkəzi depozitarın və klirinq təşkilatının üzvü olmalı;

3.1.5. xarici fond birjasında marja ticarəti xidmətini göstərən investisiya şirkəti, həmin fond birjasına üzv olmalı və ya həmin fond birjasına üzv olan investisiya şirkəti ilə müqaviləsi olmalı;

3.1.6. bazarda olan ani qiymət dəyişikliklərini nəzərə alaraq müştəri hesabı üzrə risklərə nəzarət etməyə, marja təminatlarını hesablamağa və yaranmış risklərə qarşı müştəriləri məlumatlandırmağa imkan verən müvafiq sistemlərə (proqram təminatına) malik olmalı;

3.1.7. marja ticarətinin həyata keçirilməsinə dair daxili qaydalara malik olmalıdır.

3.2. İnvestisiya şirkətinin marja ticarətinin həyata keçirilməsi üzrə daxili qaydalarında ən azı aşağıdakı müddəalar əks olunur:

3.2.1. girov və marja tələbləri, həmçinin mövqe üzrə limitlər;

3.2.2. investisiya şirkəti tərəfindən müştərilərinin maksimum maliyyələşmə həddi (olduqda);

3.2.3. marja ticarətinin aparılması üzrə  şərtlər;

3.2.4. marja ticarəti üzrə sənədlərin (məlumatların) saxlanılma qaydası və müddəti;

3.2.5. marja ticarəti üzrə ödənilən xidmət haqları və digər xərclərin hesablanması;

3.2.6. marja ticarəti üçün istifadə olunan vəsaitlərin uçotunun aparılması;

3.2.7. maraqlar münaqişəsi hallarının qarşısının alınması;

3.2.8. marja ticarəti ilə əlaqəli risklərin idarə edilməsi;

3.2.9. marja ticarəti xidmətini göstərən əməkdaşların hüquq və vəzifələri;

3.2.10. marja ticarəti ilə bağlı investisiya şirkəti tərəfindən müştərilərə məlumatların verilməsi üsulları;

3.2.11. investisiya şirkətində informasiya texnologiyaları üzrə təhlükəsizlik və nəzarət qaydaları.

3.2.12. istifadəçilərin və sistem inzibatçılarının sistemdə uçotunun yaradılması, dəyişdirilməsi və ləğv edilməsi, həmçinin onların informasiya sistemlərinə daxilolma qaydaları.

3.3. İnvestisiya şirkəti müştərilərini marja ticarəti ilə bağlı risklər barədə məlumatlandırır.

3.4. Maraqlar münaqişəsinin qarşısının alınması məqsədilə investisiya şirkəti marja ticarəti xidməti göstərdiyi müştərisinə həmin xidmət üzrə investisiya məsləhətlərinin verilməsi xidmətini göstərə bilməz.

3.5. İnvestisiya şirkəti bu Qaydaların 7.2-ci və 7.3-cü bəndlərində göstərilən hədlər nəzərə alınaraq müştərisi ilə bağlanılan müqavilə ilə müəyyən etdiyi kredit həddindən əlavə hər hansı bir şəkildə borc və ya həvəsləndirici bonuslar verə bilməz.

3.6. İnvestisiya şirkəti müəyyən etdiyi xidmət haqları barədə məlumatı və onların hesablanması qaydasını müştərilərlə bağladığı müqavilədə, habelə öz rəsmi internet səhifəsində göstərir.

3.7. Müqavilədə investisiya şirkəti tərəfindən xidmət haqlarının birtərəfli qaydada dəyişdirilməsi nəzərdə tutulduqda, dəyişiklik barədə investisiya şirkəti tərəfindən qəbul olunmuş qərarın tətbiq edilməsindən ən azı 15 (on beş) təqvim günü əvvəl müştərilərə bu barədə məlumat verilir.

3.8. Marja ticarəti xidməti göstərən investisiya şirkəti bu xidmət üzrə müştəri vəsaitlərini yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankda ayrıca hesabda saxlayır.

3.9. İnvestisiya şirkəti müştəridən marja ticarəti məqsədilə aldığı pul vəsaitlərini digər müştərilərinin və ya öz məqsədləri üçün istifadə edə bilməz.

3.10. İnvestisiya şirkəti marja ticarəti üçün istifadə olunan pul vəsaitlərin axınını, mənbəyini və əsasını əks etdirən uçotu gündəlik olaraq aparır.

3.11. İnvestisiya şirkəti tərəfindən bir müştəriyə qiymətli kağızlarla marja ticarəti üzrə təqdim olunan vəsait, həmin investisiya şirkətinin bütün müştərilərinə təqdim etdiyi vəsaitlərin ümumi həcminin 20 (iyirmi) faizindən çox (müştərilərin sayı 10-dan az olmamaq şərti ilə) ola bilməz.

3.12. Marja ticarəti xidmətini göstərən investisiya şirkəti ticarət şərtlərindən asılı olmayaraq müştərilərinə qarşı ədalətli və dürüst davranmalı, müştərilərlə aralarında baş verə biləcək maraqlar münaqişəsi ilə bağlı onları məlumatlandırmalı və müştərilərini maliyyə itkilərinə məruz qoya biləcək əməliyyatlara sövq etməməlidir.

 

4. Qiymətli kağızlarla marja ticarətinin təşkili

 

4.1 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən fond birjasında ticarətə buraxılmış və aşağıdakı uyğunluq tələblərinə cavab verən investisiya qiymətli kağızları marja ticarətinin predmeti olur:

4.1.1. qiymətli kağızların altı aydan çox müddətdə listinqdə olması;

4.1.2. ticarətə qəbul olunan qiymətli kağızların sayının 10000-dən (on min) az olmaması;

4.1.3. qiymətli kağızın son altı ay ərzində ticarət həcminin, orta aylıq ticarət həcminə (bazarda cəmi ticarət həcminin müvafiq ayların sayına bölünməsi) bərabər və ya ondan çox olması;

4.1.4. qiymətli kağızlarla ticarət günlərinin sayının, bu qiymətli kağızların fond birjasının listinqində olduğu ticarət günlərinin ümumi sayının 80%-ə  və ya daha çox hissəsinə bərabər olması;

4.1.5. qiymətli kağızın fond birjasının daxili qaydalarına əsasən marja ticarətinin baza aktivi olaraq riskli hesab edilməməsi və ya delistinq prosesində olmaması.

4.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən fond birjası qiymətli kağızlarla marja ticarətinin təşkilinə dair daxili qaydalarını müəyyən edir və bu qaydalar ən azı aşağıdakıları əhatə edir:

4.2.1. marja ticarətinin predmeti ola biləcək qiymətli kağızlara dair tələblər;

4.2.2. sifariş növləri və kotirovkalar;

4.2.3. ticarətin keçirilməsi və əqdlərin bağlanması;

4.2.4. marja tələbləri, qiymət addımı və lot ölçüsü;

4.2.5. ticarət günləri, ticarət saatları və ticarət reqlamenti.

4.3. Fond birjası marja ticarətinin predmeti ola biləcək qiymətli kağızların siyahısını öz rəsmi internet səhifəsində açıqlayır.

4.4. Müştəri, onun hesabına daxil edilən faizləri, dividendləri və digər gəlirlərini marja kəsiri yaratmadıqca və ya mövcud marja kəsirini artırmadıqca geri çəkə bilər.

4.5. Marja ticarəti vasitəsilə repo əməliyyatları həyata keçirilə bilməz.

4.6. Azərbaycan Respublikası ərazisində qiymətli kağızlarla həyata keçirilən marja ticarəti üzrə klirinq əməliyyatları, həmin maliyyə alətlərinin klirinqini həyata keçirən klirinq təşkilatının, girov münasibətləri isə mərkəzi depozitarın daxili qaydaları ilə müəyyən edilir.

4.7 Azərbaycan Respublikası ərazisində marja ticarəti ilə bağlı qəbul edilən sifarişlər üzrə əməliyyatlar xarici ölkələrin fond birjalarında həyata keçirildikdə, qiymətli kağızların marja ticarətinə dair uyğunluq tələbləri həmin ölkənin qanunları və ya fond birjasının daxili qaydaları ilə müəyyən edilir.

4.8. Xarici ölkənin qiymətli kağızları ilə marja ticarəti xidməti göstərən investisiya şirkəti ticarətin aparıldığı ölkə, fond birjası və ticarətin predmeti olan qiymətli kağızlar və onların uyğunluq tələbləri barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasını (bundan sonra – Palata) məlumatlandırır.

 

5. Qiymətli kağızlarla marja ticarəti üzrə hədlər, qiymətli kağızların girovu və girovun ləğv edilməsi

 

5.1. İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarətinin həyata keçirilməsi məqsədilə alınacaq qiymətli kağızların məbləğinin minimum 40 (qırx) faizini əvvəlcədən ilkin marja formasında müştəridən tələb edir.

5.2. Marja ticarəti ilə əldə edilmiş qiymətli kağızlar üzrə təminat marjası, həmin qiymətli kağızların cari bazar qiymətinin minimum 20 (iyirmi) faizi həcmində olmalıdır.

5.3. İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarətinin aparılması məqsədi ilə bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərində müəyyən olunmuş hədlərdən az olmamaqla fərqli hədlər müəyyən edə bilər. Bu halda, investisiya şirkəti müəyyən etdiyi hədləri müştəriləri ilə bağladığı müqavilədə əks etdirməlidir.

5.4. Qiymətli kağızların bazar dəyərinin azalması nəticəsində, müştərinin təqdim etdiyi pul vəsaitləri azalaraq təminat marjası məbləğinə bərabər olduqda və ya həmin məbləğdən aşağı düşdükdə, investisiya şirkəti tərəfindən dərhal marja çağırışı edilir.

5.5. Marja çağırışı həddi aşağıdakı kimi hesablanır:

 

 

MC = marja çağırışı həddi

Q = əqdin məbləği

IM = ilkin marja faizi

TM = təminat marjasının faizi.

 

5.6. Marja çağırışı edilən müştəri hesabındakı kəsiri yalnız pul vəsaiti formasında ödəyə bilər.

5.7. Marja çağırışı edilən müştəriyə investisiya şirkəti tərəfindən müştəri hesabındakı kəsirin aradan qaldırılması məqsədilə əlavə pul vəsaiti verilə bilməz.

5.8. Qiymətli kağızlarla marja ticarəti zamanı investisiya şirkətinin müştərisinə verdiyi borc vəsaiti hesabına alınan aktivlər həmin borcun təminatı kimi girov predmeti, investisiya şirkəti girovsaxlayan, müştəri isə girovqoyan hesab edilir.

5.9. Qiymətli kağızın dəyəri bu Qaydaların 5.2-ci bəndində göstərilən minimum  tələb nəzərə alınmaqla tərəflərin müqavilədə razılaşdırdığı təminat marjası həddindən aşağı düşdükdə və müştəri tərəfindən investisiya şirkətinin marja çağırışına 1 (bir) iş günü ərzində əməl edilmədikdə girov predmeti investisiya şirkətinin mülkiyyətinə keçir.

5.10. Müştəri borc aldığı məbləği və faizini ödədikdə investisiya şirkəti tərəfindən saxlanılan girov ləğv edilir.

 

6. Fərq müqavilələri ilə marja ticarətinin təşkili və likvidlik təminatçısına dair tələblər

 

6.1. İnvestisiya şirkəti təqdim etdiyi ticarət platforması vasitəsilə biznes planında müəyyən etdiyi aşağıdakı modellərdən biri ilə müştəri sifarişlərini icra edir:

6.1.1. bütün müştəri sifarişlərini müqaviləsi olduğu likvidlik təminatçılarına ötürməklə (A modeli);

6.1.2. müştəri ilə münasibətdə kontragent qismində çıxış edərək müştəri sifarişlərini tam və ya qismən öz hesabına və özünün müəyyənləşdirdiyi qiymətlərlə icra etməklə (B modeli)

6.2. İnvestisiya şirkətinin marja ticarətini həyata keçirmək məqsədi ilə seçdiyi likvidlik təminatçısı ən azı aşağıdakı tələblərə cavab verməlidir:

6.2.1. investisiya şirkətinə aidiyyəti şəxs olmamalı;

6.2.2. fərq müqavilələri ilə marja ticarəti fəaliyyəti üzrə likvidlik təminatçısı kimi ən azı 2 illik təcrübəyə malik olmalı;

6.2.3. təsis olunduğu ölkənin qanunvericiliyi ilə marja ticarəti xidməti üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilməli;

6.2.4. təsis olunduğu ölkənin aidiyyəti nəzarət orqanları tərəfindən müəyyən olunmuş müvafiq kapital tələblərini ödəməlidir.

6.3. İnvestisiya şirkəti B modelinin tətbiq edilməsi üçün aşağıdakı tələblərə cavab verməlidir:

6.3.1. marja ticarəti xidməti üzrə ən azı üç illik təcrübəyə malik olmalı;

6.3.2. bu fəaliyyət üzrə müəyyən olunmuş müvafiq kapital tələblərini ödəməli;

6.3.3. açıq mövqelər üzrə yaranan risklərin idarə edilməsi sisteminə malik olmalıdır.

6.4. B modelini tətbiq edən investisiya şirkəti öz vəsaitləri hesabına icra etdiyi müştəri sifarişlərinin və risklərin idarə olunması məqsədi ilə marja ticarəti üzrə həyata keçirdiyi hedc əməliyyatlarının uçotunu ayrı-ayrılıqda aparır.

6.5. İnvestisiya şirkəti yeni alətlərin ticarətə buraxılması və ticarətdən çıxarılması barədə 3 (üç) iş günündən gec olmayaraq Palatanı məlumatlandırır.

6.6. İnvestisiya şirkəti fərq müqavilələri ilə marja ticarəti xidmətinin göstərilməsi üzrə müştərilərinin apardığı ticarət əməliyyatları barədə məlumatları, o cümlədən əməliyyatın identifikasiya nömrəsi, əməliyyatın aparıldığı tarix və vaxt, əməliyyatın növü, ticarət edilən alətin adı, ticarətin həcmi, əqdin bağlandığı məzənnə və qiyməti və əqdin icrası ilə bağlı qeydi real vaxt rejimində fond birjasına ötürməlidir.

 

7. Fərq müqavilələri ilə marja ticarəti üzrə hədlər

 

7.1. Müştəri hesabının açılması üçün lazım olan vəsaitin minimum məbləği investisiya şirkəti tərəfindən müəyyən edilir.

7.2. İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit həddinin maksimum həcmi 1:30 nisbəti ilə müəyyən edilir.

7.3. İnstitutsional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən 1:50 nisbətinə kimi kredit həddi müəyyən edilə bilər.

7.4. İnvestisiya şirkəti tərəfindən fərq müqavilələri üzrə marja çağırışının minimum həddi marja səviyyəsinin 100% olması ilə müəyyən edilir.

7.5. Marja çağırışı zamanı müştəri öz hesabına əlavə pul vəsaiti mədaxil edə və ya açıq mövqelərini bağlamaqla risklərini idarə edə bilər.

7.6. Müştəri mövqelərinin investisiya şirkəti tərəfindən məcburi bağlanmasının minimum həddi marja səviyyəsinin 20% olması ilə müəyyən edilir.

7.7. Qiymət dəyişiklikləri səbəbindən müştəri qoyduğu pul vəsaitindən daha artıq zərərə məruz qaldıqda (müştəri balansı 0-dan aşağı olduqda), həmin zərər müştəridən tələb edilə bilməz.

 

8. Fərq müqavilələri ilə marja ticarəti zamanı hesabların idarə olunması və ticarət platformasına dair tələblər

 

8.1. Müştəri üçün hesabların açılması, bağlanması və marja çağırışı xidmətləri investisiya şirkəti tərəfindən həyata keçirilir.

8.2. Müştəri investisiya şirkətində olan şəxsi hesabına investor interfeysi vasitəsilə daxil olur və idarə edir.

8.3. Müştərilər real ticarətə başlamadan əvvəl aşağıdakı tələblərə cavab verməlidir:

8.3.1. investisiya şirkətinin təqdim etdiyi və real bazar qiymətləri ilə işləyən təlim (demo) hesabından 5 (beş) iş günündən az olmamaq şərti ilə ümumilikdə ən azı 30 ticarət əməliyyatı həyata keçirməli;

8.3.2. Bilik və bacarıqların alınması üçün müvafiq təlim və ya təlimlərdə iştirak etməli.

8.4. Təlim hesabının nəticələri investisiya şirkəti tərəfindən müştərinin digər sənədləri ilə birgə saxlanılır.

8.5. Ticarətə başlamadan əvvəl investisiya şirkəti müştərilərinin bu Qaydaların 1 saylı Əlavəsində nəzərdə tutulan “Risk məlumatlandırma sənədi” ilə tanış olmasını təmin edir. “Risk məlumatlandırma sənədi” müştərilər tərəfindən imzalandıqdan sonra investisiya şirkəti tərəfindən onlara məxsus digər sənədlərlə birgə saxlanılır.

8.6. Müştərinin tələbi əsasında investisiya şirkəti tərəfindən müştəriyə məxsus pul vəsaitlərinin ona nağd və ya nağdsız formada ödənilməsi şərtləri (vəsaitlərin ödənilmə müddəti, forması və s.) qanunvericiliyə uyğun olaraq müştəri ilə investisiya şirkəti arasında bağlanmış müqavilə ilə tənzimlənir.

8.7. İnvestisiya şirkəti bazarda yaranan qiymət sürüşməsi səbəbindən ticarət platformasında meydana gələn qiymət fərqini müştərilərin əleyhinə olduğu kimi (sifarişinin bir sonrakı ən əlverişli qiymətlə icra olunması zamanı) onların lehinə də eyni xüsusiyyətlərlə tətbiq edir.

8.8. İnvestisiya şirkəti süni qiymət sürüşməsinə səbəb olacaq hallara yol verməməlidir.

8.9. İnvestisiya şirkəti müştərisinə fərq müqaviləsi roloveri tətbiq edirsə, hesablanma qaydası da daxil olmaqla ona dair bütün şərtlər müştəri ilə investisiya şirkəti arasında bağlanan müqavilədə əks edilməli və rolover fərqi obyektiv şəkildə müştəri balansından məxaric etdiyi kimi eyni xüsusiyyətlərlə müştəri balansına mədaxil də etməlidir.

8.10. İnvestisiya şirkəti ticarət platformasına və proqram təminatına yeni modullar və dəstəkləyici proqramlar əlavə etdikdə və ya dəyişdirdikdə onların təsviri və səbəblərini aydın şəkildə qeyd edilməklə 3 iş günü ərzində Palatanı məlumatlandırır. Həmin əlavə və dəyişikliklər heç bir halda müştərilərin hüquqlarını pozmamalı və ya onların qazanclarına mənfi təsir etməməlidir.

8.11. İnvestisiya şirkətləri hər il aprel ayının sonunadək bu Qaydaların 4 saylı Əlavəsində nəzərdə tutulan özünüqiymətləndirmə cədvəli əsasında öz fəaliyyətini qiymətləndirir və nəticələrini Palataya təqdim edir.

 

9. Fərq müqavilələri ilə marja ticarəti xidmətinin göstərilməsi üzrə texniki tələblər

 

9.1. Marja ticarəti ilə bağlı bütün əməliyyatların real vaxt rejimində investisiya şirkəti tərəfindən qeydə alınması təmin edilir.

9.2. İnternet üzərindən fasiləsiz fəaliyyətin təmin edilməsi məqsədilə İT sistemləri ən azı iki fərqli provayder tərəfindən təqdim edilən internet kanalı ilə təmin edilir.

9.3. İnvestisiya şirkəti quraşdırılmış bütün kompüter və serverləri kiber hücumlardan qorumaq məqsədilə tədbirlər görür.

9.4. İT sistemləri üzrə ildə bir dəfədən az olmayaraq və ya şəbəkə konfiqurasiyasında dəyişikliklər edildikdən dərhal sonra təhlükəsizliklə bağlı kənardan müdaxilə testləri keçirilir. Testlərin nəticəsi sənədləşdirilir və aşkar edilmiş boşluqların aradan qaldırılması üçün tədbirlər görülür.

9.5. İnvestisiya şirkəti müştəriləri tərəfindən marja ticarəti ilə bağlı aparılan bütün əməliyyatların gündəlik uçotunu aparır və həmin məlumatları hər növbəti iş günü ən geci saat 13:00-dək gücləndirilmiş elektron imza ilə imzalayaraq arxivləşdirir.

9.6. İT sistemlərinin fövqəladə hallarda etibarlı və davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə investisiya şirkəti tərəfindən sistemlərin ehtiyat nüsxələrinin saxlanılması üçün olduğu yerdən kənarda ehtiyat mərkəzi yaradılır.

9.7. Ehtiyat mərkəzinin İT sistemlərinin fövqəladə hallarda etibarlı və davamlı fəaliyyətinin təmin edildiyini yoxlamaq məqsədilə investisiya şirkəti ildə bir dəfədən az olmayaraq marja ticarəti fəaliyyətini ehtiyat mərkəzi üzərindən həyata keçirir və onun nəticələri barədə 7 (yeddi) iş günü ərzində Palatanı məlumatlandırır.

9.8. İT sistemləri marja ticarəti ilə əlaqəli gün ərzində qeydə aldığı məlumatların (elektron imza ilə imzalanmış sənədlər də daxil olmaqla) nüsxəsini ehtiyat mərkəzinə köçürür və ehtiyac yarandığı təqdirdə həmin ehtiyat nüsxələrini bir gün ərzində bərpa edir.

9.9. İT sistemləri və ehtiyat mərkəzi kəsilməz elektrik enerjisi ilə təmin olunur. Baş verə biləcək elektrik kəsintiləri zamanı sistemi (həmçinin ehtiyat mərkəzini) ən azı 48 (qırx səkkiz) saat kəsilməz elektrik enerjisi ilə təmin edən avadanlıqlar quraşdırılır.

9.10. Məlumat bazasında edilmiş bütün dəyişikliklər yalnız bu bazaya daxil olmaq səlahiyyəti olan şəxsin nəzarəti altında aparıla bilər. Bu halda məlumat bazası infrastrukturunda baş vermiş məlumat təhlükəsizliyi pozuntuları, səhvlər və bu istiqamətdə edilmiş düzəlişlərin qeydiyyatı aparılır.

9.11. İnformasiya sistemlərində hər bir istifadəçi və sistem inzibatçısı şifrə ilə təmin edilir və bu şifrənin istifadə müddəti maksimum 60 gün olur.

9.12. İnvestisiya şirkəti ticarət platformasının fasiləsiz fəaliyyətinin təmin edilməsinə cavabdehdir.

9.13. Ticarət platformasında yaranmış texniki nasazlıqlar barədə investisiya şirkəti nasazlığın səbəblərini də qeyd etməklə dərhal öz müştərilərini və Palatanı məlumatlandırır.

 

10. Müştərilərin məlumatlandırılması

 

10.1. İnvestisiya şirkəti müştəriyə marja ticarəti üzrə qiymətli kağızların və baza aktivlərinin hərəkətinə və həmçinin qalıqlara nəzarət etmək imkanı yaradır.

10.2. Fərq müqavilələri ilə marja ticarəti aparan müştərinin ticarət platforması vasitəsilə real vaxt rejimində ən azı aşağıdakı məlumatlara çıxışı təmin edilir:

10.2.1. açılan bütün mövqelərə dair baza aktivinin növü və əməliyyatın istiqaməti;

10.2.2. əməliyyatın icra tarixi, vaxtı, qiyməti və lot ölçüsü;

10.2.3. tələb olunan marja miqdarı;

10.2.4. müştəri balansı və kapital miqdarı;

10.2.5. bağlanılan mövqelərə dair xalis mənfəət və zərər miqdarı;

10.2.6. açıq mövqelərə dair potensial mənfəət və zərər miqdarı;

10.3. İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarəti aparan müştərisinə ayda bir dəfədən az olmamaq şərti ilə həmin əməliyyatlarla bağlı ən azı aşağıdakı məlumatları təqdim edir:

10.3.1. əqdin bağlandığı qiymətli kağızın növü;

10.3.2. əqdin bağlandığı tarix və vaxt;

10.3.3. əqdin bağlandığı qiymət və miqdar;

10.3.4. ilkin marja və təminat marjasının miqdarı;

10.3.5. qiymətli kağızların cari bazar qiyməti;

10.3.6. qiymət dəyişməsindən yaranan mənfəət və zərər miqdarı;

10.3.7. borc alınmış pulun geri qaytarılması (ödənilməsi) üçün müraciətin son tarixi və hesablanmış faizlər.

10.4. Müştərilərin məlumatlandırılma üsulu və vasitələri investisiya şirkəti ilə müştəri arasında bağlanmış müqavilə ilə müəyyən olunur.

10.5. Müştərinin tələbi ilə investisiya şirkəti marja ticarəti xidməti göstərdiyi müştərisinə bu xidmət nəticəsində tətbiq etdiyi bütün komissiyalar, spred və svop əlavələri və tutulan digər əlavə haqlar (olduqda) barədə məlumatları, habelə onların hesablanma qaydasını yazılı surətdə bir iş günü ərzində təqdim edir.

 

11. Hesabatlıq

 

11.1. İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarətinin həyata keçirildiyi günün sonunda Palataya marja ticarəti üzrə hesabatı bu Qaydaların 2 saylı Əlavəsinə uyğun olaraq təqdim etməlidir.

11.2. Qiymətli kağızlarla marja ticarəti üzrə hesabatda aşağıdakılar qeyd edilir:

11.2.1. “Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;

11.2.2. “Fərdin eyniləşdirmə nömrəsi” sütununda - qiymətli kağızı alan şəxsin eyniləşdirmə nömrəsi qeyd edilir;

11.2.3. “Qiymətli kağızın növü” sütununda - alınan qiymətli kağızın növü qeyd edilir;

11.2.4. “Emitent” sütununda - emitent (qiymətli kağızı buraxan şəxs) qeyd edilir;

11.2.5. “İSİN” sütununda - alınan qiymətli kağızın eyniləşdirmə nömrəsi qeyd edilir;

11.2.6. “Qiymət” sütununda - alınan qiymətli kağızın qiyməti qeyd edilir;

11.2.7. “Say” sütununda - alınan qiymətli kağızın sayı qeyd edilir;

11.2.8. “Məbləğ” sütununda - alınan qiymətli kağızın məbləği qeyd edilir;

11.2.9. “Təmin edilmiş məbləğ (AZN və investisiya şirkəti tərəfindən maliyyələşdirilmiş investisiyanın % -i)” sütununda cəmi alış məbləği və investisiya şirkəti tərəfindən ayrılan borc məbləğin faizlə ifadəsi qeyd edilir;

11.2.10. “İnvestisiya şirkətinin adı” (A.1) sətrində - investisiya şirkətinin adı qeyd edilir;

11.2.11. “Fond birjası” (A.2) sətrində - qiymətli kağızın ticarət olunduğu fond birjası qeyd edilir;

11.2.12. “Günün əvvəlinə cəmi ödənilməmiş marja ticarəti maliyyələşməsi” (A.3) sətrində - günün əvvəlinə investisiya şirkəti tərəfindən qiymətli kağızlarla marja ticarəti məqsədi ilə verilmiş borcun ümumi məbləği qeyd edilir;

11.2.13. “Gün ərzində yeni marja ticarəti maliyyələşməsi” (A.4) sətrində - gün ərzində qiymətli kağızlarla marja ticarəti məqsədi ilə verilən borcun ümumi məbləği qeyd edilir

11.2.14. “Gün ərzində tamamlanmış marja ticarəti” (A.5) sətrində - gün ərzində qiymətli kağızlarla marja ticarəti üzrə qaytarılan borcun (mövqenin bağlanması ilə) ümumi məbləği qeyd edilir;

11.2.15. “Günün sonuna qalan xalis məbləğ” (A.6) sətrində - günün sonuna qalan xalis məbləğ qeyd edilir.

11.3. İnvestisiya şirkəti fərq müqavilələri ilə marja ticarəti üzrə hesabatı bu Qaydaların 3 saylı Əlavəsinə uyğun olaraq aylıq qaydada Palataya təqdim edir.

11.4. Fərq müqavilələri ilə marja ticarətinə dair hesabatda aşağıdakılar qeyd edilir:

11.4.1. “Mövqenin açılma tarixi” sütununda - mövqenin açılma tarixi gün-ay-il (gg/aa/iiii) tarix formatında qeyd edilir;

11.4.2. “Mövqenin bağlanma tarixi” sütununda - mövqenin bağlanma tarixi gün-ay-il (gg/aa/iiii) tarix formatında qeyd edilir;

11.4.3. “Mövqenin açılış qiyməti” sütununda - mövqenin açılma anına qeydə alınmış qiymət qeyd edilir;

11.4.4. “Mövqenin bağlanış qiyməti” sütununda - mövqenin bağlanma anına qeydə alınmış qiymət qeyd edilir;

11.4.5. “Sifarişin növü” sütununda - mövqenin alış və ya satış olması qeyd edilir;

11.4.6. “Maliyyə alətinin simvolu” sütununda - alınan və ya satılan maliyyə aləti (cütlüklər) qeyd edilir;

11.4.7. “Lot” sütununda - bir sifariş üzrə baza aktivinin alış-satış həcmi qeyd edilir;

11.4.8. “Əməliyyatın həcmi” sütununda – açılan mövqenin məbləği (Azərbaycan Respublikasının Mərkəzi Bankının açılış tarixinə olan məzənnəsi ilə).

11.5. İnvestisiya şirkəti bu Qaydaların 11.3-cü bəndi ilə müəyyən edilmiş aylıq hesabatları təqvim ayının sona çatmasından sonra 10 (on) təqvim günü müddətində Palataya təqdim etməlidir.

 

12. Marja ticarəti üzrə məlumatların açıqlanmasına dair tələblər

 

12.1. Fərq müqavilələri ilə marja ticarətini göstərən investisiya şirkətinin hüquqi və faktiki ünvanını, əlaqə vasitələrini və şirkətə aid digər rekvizitlərini əks etdirən və platformaya çıxışı təmin edən öz rəsmi internet səhifəsi olmalıdır.

12.2. İnternet səhifəsi ilə ictimaiyyətə açıq olmalı məlumatlara aşağıdakılar aiddir:

12.2.1. istifadə edilən elektron platformanın xüsusiyyətləri, yaranmış sistem xətaları zamanı istifadə edilə biləcək alternativ əlaqə vasitələri;

12.2.2. ticarət platformasına çıxışı təmin edən vasitələr üçün yükləmələr, təchizat və internet bağlantısının minimum sürətinə dair tələblər;

12.2.3. biznes planında qeyd edilən və bu Qaydanın 6.1-ci bəndi ilə müəyyən olunan müştəri sifarişlərinin icra edildiyi model barədə məlumat;

12.2.4. marja çağırış həddi və hər maliyyə aləti üzrə kredit həddi;

12.2.5. açıq mövqelərin avtomatik bağlanış həddi və şərtləri;

12.2.6. əməliyyatların keçirilməsinə imkan verən minimum və maksimum lot ölçüsü;

12.2.7. kotirovkaların müəyyən edilmə proseduru və şərtləri;

12.2.8. istifadə edilən komissiya, habelə fərq müqaviləsi roloveri (olduqda) barədə məlumat;

12.2.9. fərq müqavilələri ilə marja ticarətinə dair müştərilərlə bağlanacaq nümunəvi müqavilənin forması və məzmunu;

12.2.10. “Risk məlumatlandırma sənədi” də daxil olmaqla açılmış və bağlanmış mövqelərə dair yarana biləcək risklər barədə məlumatlar;

12.2.11. qəbul edilmiş məlumatların saxlanılması və istifadəsinə dair şərtlər.

12.3. İnvestisiya şirkətləri mənfəət və zərərdə olan müştəri hesablarının faiz nisbətini (həm say üzrə, həm də məbləğ üzrə) rəsmi internet səhifəsinin ilk səhifəsində diaqram formasında açıqlayır və rüblük qaydada yeniləyir.

 

13. Reklam və elanlara dair tələblər

 

13.1. Marja ticarətinə aid reklamlar yerləşdirən investisiya şirkəti aşağıdakı qeydi öz reklamında əks etdirməlidir:

“Marja ticarəti yüksək riskli investisiya fəaliyyəti olduğundan bu sahəyə investisiya edilən pul vəsaitlərinin itirilmə təhlükəsi mövcuddur. Marja ticarətinə başlamadan əvvəl bu fəaliyyətlə bağlı risklərlə tanış olmaq vacibdir.”

13.2. Kütləvi informasiya vasitələrindən istifadə etməklə investisiya şirkəti marja ticarəti ilə alqı-satqı əməliyyatlarına dair mütləq gəlir və ya zərərə qarşı təminat barədə vədlər verə bilməz.

 


 

 

“Marja ticarətinə dair Qaydalar”a

Əlavə ¹ 1

 

Marja ticarəti üzrə risk məlumatlandırma sənədi

 

Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Buna görə, ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz zəruridir. Bu məqsədlə “Risk məlumatlandırma sənədi” marja ticarəti ilə məşğul olmaq istəyən bütün şəxslər tərəfindən oxunaraq imzalanmalıdır. 

Marja ticarəti üzrə xidmət göstərmək istəyən investisiya şirkətləri “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3.7-ci maddəsinə əsasən Palatanın verdiyi lisenziya əsasında fəaliyyət göstərə bilərlər. Marja ticarəti üzrə xidmət göstərmək üçün lisenziyaya malik investisiya şirkətlərinin siyahısı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəsmi internet səhifəsindən (www.fimsa.az) tanış ola bilərsiniz.

 

MƏLUMATLANDIRMA

 

Marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsinə dair investisiya şirkəti ilə bağlanacaq müqavilədən əlavə olaraq aşağıdakı məlumatlarla tanış olmağınız tövsiyə olunur:

1. İnvestisiya şirkəti tərəfindən açılacaq real hesablar və bu hesablarla aparılan bütün marja əməliyyatları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, Palatanın müəyyən etdiyi normativ xarakterli aktlara və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.

2. Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılan əməliyyatların bazarda sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də yüksək kredit həddinin sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda olan əks qiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.

3. Real hesablarla əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmış təhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.

4. Alqı-satqı əməliyyatlarında sizə təqdim edilən qiymətlər və spredlər ən yaxşı qiymət fərqini əks etdirməyə bilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyiniz məqsədəuyğundur.

5. Ticarət əməliyyatlarına başlamadan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidmət haqları (komissiya, svop və spred əlavələri) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həmin xərclər aydın qeyd edilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən formada və yazılı məlumatlandırma tələb etmək hüququna maliksiniz.

6. Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də qiymət boşluqları və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.

7. Marja çağırışının hansı formada (platforma, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizə verilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.

Bu sənəd marja ticarəti üzrə əməliyyatlara başlayarkən qarşılaşa biləcəyiniz ümumi risklər barədə sizi məlumatlandırmaq məqsədi daşıyır. Bu sənəd marja ticarətindən yaranan bütün riskləri əhatə etmir. Bu səbəbdən investisiyanızı bu növ əməliyyatlara yönəltmədən əvvəl bu sahəni ətraflı təhlil etməyiniz və investisiya şirkəti ilə bağlanılacaq müqaviləni diqqətlə oxumağınız tövsiyə edilir.

Aşağıda göstərilən müvafiq hissəni imzalamaqla müştəri marja ticarəti üzrə Risk məlumatlandırma sənədi ilə tanış olduğunu təsdiq edir.

 

 

Müştərinin adı, soyadı, atasının adı:

____________________________

 

 

Müştərinin imzası:

____________________________

 

 

Tarix:

_____/______/______                                                                   M.Y.

 

 

 

 


“Marja ticarətinə dair Qaydalar”a

Əlavə ¹ 2

 

Qiymətli kağızlarla marja ticarəti barədə hesabat

Sıra

Əqdin bağlanma tarixi

Fərdin eyniləşdirmə nömrəsi

Qiymətli kağızın növü

Emitent

İSİN

Qiymət

Say

Məbləğ

Təmin edilmiş məbləğ (AZN və investisiya şirkəti tərəfindən maliyyələşdirilmiş investisiyanın %-i)

AZN

Faizlə

1

 

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

 

 

 

 

5

 

 

 

 

 

 

 

 

 

 

6

 

 

 

 

 

 

 

 

 

 

7

 

 

 

 

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

 

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

A.1

İnvestisiya şirkətinin adı

 

A.2

Fond birjası

 

A.3

Günün əvvəlinə cəmi ödənilməmiş marja ticarəti maliyyələşməsi

 

A.4

Gün ərzində yeni marja ticarəti maliyyələşməsi

 

A.5

Gün ərzində tamamlanmış marja ticarəti

 

A.6

Günün sonuna qalan xalis məbləğ  (A.3 + A.4 - A.5)

 


“Marja ticarətinə dair Qaydalar”a

Əlavə ¹ 3

 

Fərq müqavilələri ilə marja ticarəti barədə hesabat

 

Mövqenin açılış tarixi

Mövqenin bağlanış tarixi

Mövqenin açılış qiyməti

Mövqenin bağlanış qiyməti

Sifarişin növü

Maliyyə alətinin simvolu

Lot

Əməliyyatın həcmi (AZN-lə)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

“Marja ticarətinə dair Qaydalar”a

Əlavə ¹ 4

 

Marja ticarətinə dair investisiya şirkətinin

özünü qiymətləndirmə cədvəli

 

 

Ümumi tələblər

 

 

 

 

 

1

Müştərilər marja ticarəti zamanı qarşılaşa biləcəkləri risklərlə bağlı məlumatlandırılırmı?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

QEYD:

2

Risklərlə bağlı müştərilərə verilən məlumatlar əsasən aşağıdakıları əhatə edir - (qısa formada təsvir edin)

 

QEYD:

 

 

3

Müştərilərə verilən kredit həddi dəyişdirildiyi hallarda həmin müştərilərlə bağlanmış müqavilələr yenilənirmi?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

 

4

Son 1 il ərzində yeni alətlər ticarətə buraxılıbmı? (əgər buraxılıbsa siyahını qeyd edin)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

 

5

Marja ticarəti ilə bağlı xidmət haqqı hansı hissələrdən ibarətdir?

 

 

QEYD:

 

6

Real hesab açmazdan əvvəl müştərilər təlim hesabından istifadə edirlərmi?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

7

Fərq müqavilələri ilə marja ticarətində hesablaşmalar hansı formada və vaxt rejimində aparılır?

 

QEYD:

 

 

8

İnformasiya texnologiyaları sahəsində çalışan əməkdaşların sayı barədə məlumat verin.

 

QEYD:

 

 

9

Daxili audit proqram təminatını və ticarət platformasının auditini aparırmı? (sonuncu yoxlama nə vaxt olub?)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

10

Marja ticarətinin təşkili və ticarət platformasının fəaliyyəti ilə bağlı daxili qaydalar mövcuddurmu?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

11

İnvestisiya şirkəti müştəri sifarişlərini tam və ya qismən (bir hissəsini) öz vəsaitləri hesabına icra edirmi? Qeyd hissəsində şirkətin marja ticarəti üzrə biznes modelini qısaca təsvir edin.

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

Texniki və Platformaya dair tələblər

 

 

 

 

12

Marja ticarəti üçün hansı platformadan istifadə edilir?

 

 

 

 

QEYD:

 

 

 

13

İT sisteminə icazəsiz kənar müdaxilələr məhdudlaşdırılırmı? Kənar müdaxilələrdən mühafizə vasitələrini qeyd edin.

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

14

Fəaliyyətin fasiləsizliyini təmin etmək məqsədilə istifadə edilən Ehtiyat Mərkəzinin ünvanını qeyd edin.

 

QEYD:

 

 

15

Müştəri ilə ticarət platforması arasında məlumat trafiki şifrələnirmi?

 

 

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

16

Müştərilərin ticarət platformasına çıxışı hansı yollarla təmin edilir?

 

 

 

( ) mobil cihaz proqramları

( ) veb interfeys

 

 

 

 

 

( ) quraşdırılmış proqramlar

( ) digər

 

 

 

 

 

QEYD:

 

 

17

 

 

 

Müştəri tərəfindən ticarət platformasına çıxış üçün istifadə edilən vasitələrə aid hər hansı yükləmələr, təchizat və internetə qoşulma sürəti kimi minimum tələblər internet səhifəsi üzərindən elan edilirmi?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

18

Platforma qiymət sürüşməsindən yaranan fərqi müştərilərin əleyhinə olduğu kimi onların lehinə də bərabər xüsusiyyətlərlə tətbiq edirmi?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

19

Texniki sahələr (server otağı) qorunurmu? (hansı formada qorunduğunu qeyd edin)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

20

Texniki sahələrə giriş-çıxış hansı formada aparılır?

 

 

 

 

( ) Kartla giriş

 

( ) biometrik nəzarət

( ) digər

 

 

 

QEYD:

 

 

21

Texniki sahələrə giriş icazəsinin verilməsi və təsdiqi kim(lər) tərəfindən (ad, soyad, vəzifə) aparılır?

 

QEYD:

 

 

22

Texniki sahələrə giriş-çıxışların qeydiyyatı aparılır mı? (hansı formada və kim tərəfindən)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

 

 

 

 

 

 

23

Fasiləsiz enerji mənbəyinin və generatorun texniki baxışı və testləri aparılırmı? (son texniki baxış və test nəticələrini qeyd edin.)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

 

 

 

 

 

 

 

24

Şəbəkə cihazları və serverlə əlaqədar səlahiyyət bölgüsü (cədvəli) mövcuddurmu?

 

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

 

QEYD:

 

 

25

Əməkdaşların serverə məsafədən giriş imkanı varmı? (əgər varsa, səlahiyyətli şəxslərin siyahısı ilə girişi təmin edən xidmətlərin siyahısını qeyd edin)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

 

 

QEYD:

 

 

26

Əməkdaşların serverə məsafədən girişi varsa hansı üsuldan istifadə edilir?

 

 

( ) VPN

 

( ) SSL-VPN

 

( ) digər

 

 

 

QEYD:

 

 

27

Proqram təminatına edilən kiber hücumları müəyyən etmək və qarşısını almaq üçün istifadə edilən metodlar haqqında məlumat verin.

 

QEYD:

 

 

28

Proqram təminatına hər hansı kiber hücum və ya müdaxilə olubmu?

 

 

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

29

Texniki avadanlıqlara və proqram təminatına texniki dəstək verən kənar mənbə varmı?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

 

30

Texniki dəstək verən kənar mənbə ilə bağlanılan və qüvvədə olan müqavilə mövcuddurmu?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

31

Proqram təminatını bütövlükdə əhatə edən kənardan müdaxilə testi etmisiniz? (son testin tarixini qeyd edin.)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

 

QEYD:

 

 

 

Məlumatların köçürülməsi

 

 

 

 

32

Proqram təminatında və ticarət platformasında edilən dəyişikliklər qeydə alınırmı? (Əgər alınırsa bu məlumatlara çıxış səlahiyyəti olan əməkdaşların siyahısını əlavə edin)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

 

 

QEYD:

 

 

33

Proqram təminatında və ticarət platformasında meydana gələn məlumat təhlükəsizliyinin pozulması halları qeydə alınırmı? Alınırsa hansı formada?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

 

QEYD:

 

 

34

Proqram təminatı ilə bağlı yazılan və quraşdırılan bütün əlavələr (plug-in) qeydə alınırmı? Hansı formada qeydə alınır?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

 

QEYD:

 

 

35

Proqram təminatı və verilənlər bazasına giriş hüququ olan şəxsləri qeyd edin.

 

 

QEYD:

 

 

36

Hansı məlumatların köçürüldüyünü qeyd edin?

 

 

 

 

 

 

 

QEYD:

 

 

37

Marja ticarəti ilə bağlı loqların toplaması sistemində aşağıda qeyd edilənləri cavablandırın.

 

 

 

a. gün ərzində hansı mənbələrdən loqlar toplanır?

 

 

 

 

 

QEYD:

 

 

 

b. loq qeydləri hansı tezlikdə (intervallarla) toplanılır?

 

 

 

 

QEYD:

 

 

 

c. loq qeydləri harada saxlanılır?

 

 

 

 

 

 

QEYD:

 

 

 

d. məlumatlar elektron imzalanmaqla onlara vaxt möhürü verilirmi? Elektron imza haradan alınır?

 

QEYD:

 

 

 

e. son 1 il ərzində hər hansı loq-a müdaxilə olunubmu? Olunduğu təqdirdə həmin loqların siyahısını və müdaxilənin səbəbini göstərin.

( ) Bəli                                       ( ) Xeyr

QEYD:

 

 

f. loqlara müdaxilə edildiyində (silindiyi və ya düzəliş edildiyində) onların qeydiyyatı aparılırmı?

( ) Bəli                                       ( ) Xeyr

 

QEYD:

 

 

 

 

 

 

 

 

 

38

Ehtiyat Mərkəzi üzərindən fəaliyyətin təmin edilməsinin sınaq testi ildə neçə dəfə aparılır?

 

 

 

QEYD:

 

 

39

Sonuncu sınaq test nə vaxt (hansı tarixdə) edilib?

 

 

 

 

QEYD:

 

 

 

Xəbərdarlıq

 

 

 

 

 

40

Ticarət platformasının fəaliyyəti ilə əlaqəli proqram təminatında hər hansı kəsilmə və ya uyğunsuzluq olduqda bununla bağlı avtomatik xəbərdarlıq (məlumatlandırma) tətbiq edilirmi?

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

 

 

QEYD:

 

 

41

Məlumatların köçürülməsində kəsilmə və ya ləngimə olduqda avtomatik xəbərdarlıq tətbiq edilirmi? (hansı üsulla?)

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

42

Ticarət platformasında meydana gələn xəbərdarlıqlar qeydə alınırmı?

 

 

 

( ) Bəli

 

( ) Xeyr

 

 

 

 

 

QEYD:

 

 

43

Xəbərdarlıqlar kimlərə göndərilir?

 

 

 

 

 

QEYD:

 

 

 

 

 

 

 

 

 

 

44

Ticarət platformasında meydana gələn xəbərdarlıqlar harada və hansı formada saxlanılır?

 

 

 

QEYD:

 

 

45

Xəbərdarlıq qeydlərində aşağıda göstərilənlərdən hansıları verilir?

 

 

 

( ) tarix

( ) saat

 

( ) xəbərdarlıq barədə məlumat

 

 

( ) xəbərdarlığa dair görülmüş tədbir

( ) tədbir görmüş personal

 

 

QEYD:

 

 

 

 

 

 

 

 

 

 

 

İnvestisiya şirkətinin tam adı:

________________________

 

Rəhbər şəxsin adı və soyadı:

________________________

 

Rəhbər şəxsin imzası:

________________________

 

Sənədin doldurulma tarixi:

_____/______/______             M.Y.