AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

28.10.2019

Qeydiyyat nömrəsi

27/1

Adı

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2013cü il 18 dekabr tarixli 25/2 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

08.11.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.060.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201910280271

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

07.11.2019

 

 

“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1625-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 05 avqust tarixli 1379 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

QƏRARA ALIR:

 

1. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2013-cü il 18 dekabr tarixli 25/2 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 3.5-ci bəndində, 3.5.3-cü yarımbəndində hər iki halda və 4 nömrəli əlavəsinin (Forma BS-4) 4.3-cü bəndində “kredit ittifaqları” sözləri “kredit ittifaqlarına və kredit kooperativlərinə” sözləri ilə əvəz edilsin.

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                       Elman Rüstəmov