AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

28.10.2019

Qeydiyyat nömrəsi

27/2

Adı

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2012ci il 10 iyul tarixli 16/3 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

09.11.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201910280272

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

08.11.2019

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq “Ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi” prioriteti çərçivəsində rəqəmsal bankçılığın, rəqəmsal ödəniş texnologiyalarının hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

QƏRARA ALIR:

 

1. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2012-ci il 10 iyul tarixli 16/3 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                       Elman Rüstəmov

 

 


 

 

“Tәsdiq edilmişdir”

Azәrbaycan Respublikasının

Mәrkәzi Bankı

Qәrar ¹ 27/2

“28” oktyabr 2019cu il

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2012-ci il 10 iyul tarixli 16/3 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2012-ci il 10 iyul tarixli 16/3 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Ödәniş kartlarının emissiyası vә istifadә Qaydaları”nda aşağıdakı dәyişikliklәr edilsin:

1. 2.1.19-cu yarımbənddə “qabardılmış və ya həkketmə üsulu ilə” sözləri çıxarılsın;

2. 2.1.21-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.21. təmassız ödəniş - daxilində radiotezlikli identifikator quraşdırılmış kartın və ya kart istifadəçisinin müəyyən edilməsi üçün istifadə olunan vasitələrin bankomata, POS-terminala və ya digər ödəniş terminalına yaxınlaşdırılması ilə aparılan əməliyyat;”;

3. 3.1-ci bənddə “poçt rabitəsinin milli operatoru” sözlərindən sonra “(bundan sonra – banklar)” sözləri əlavə edilsin;

4. 3.3.4-cü yarımbənddə “kart təşkilatının” sözlərindən sonra “müraciətləri hər gün 24 saat ərzində fasiləsiz qəbul edən” sözləri əlavə edilsin;

5. 3.11.3-cü yarımbənddə “avadanlıqlarda” sözləri “ödəniş terminallarında” sözləri ilə əvəz edilsin;

6. 3.11.4-cü yarımbənddə “yalnız PİN-kod daxil edildikdə” sözləri “emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən üsullardan, o cümlədən PİN-kod və ya biometrik məlumatlardan istifadə edilməklə” sözləri ilə əvəz edilsin;

7. 3.11.6-cı yarımbənddə “eyni zamanda” sözləri çıxarılsın;

8. 5.8-ci bəndin birinci cümləsində “cəlb edir” sözləri “cəlb edə bilər” sözləri ilə əvəz edilsin;

9. 6.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.2. Bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə aparılan əməliyyatları (pul köçürmələri istisna olmaqla) təsdiq edən sənədlərdə ən azı aşağıdakılar göstərilməlidir (bu məlumatların Azərbaycan Respublikasının dövlət dilində göstərilməsi təmin olunmaqla):”;

10. 6.2.1-ci yarımbənddə mötərizəərisində “avadanlıq” sözü “POS-terminal və ya digər ödəniş terminalları” sözləri ilə əvəz edilsin;

11. 6.2.5-ci yarımbənddə “avadanlığın” sözü “ödəniş terminalının” sözləri ilə əvəz edilsin;

12. 6.2.6-cı yarımbənddə “ödənişin məbləği” sözlərindən sonra “və valyutası” sözləri əlavə edilsin;

13. 6.5-6.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“6.5. Təmassız ödənişlər belə əməliyyatları dəstəkləyən bankomat, POS-terminal və ya digər ödəniş terminalları vasitəsilə həyata keçirilir.

6.6. Emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 50 (əlli) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılır.

6.7. Bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə nağd pul vəsaitinin əldə olunması kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi və ya emitentin kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq etdiyi digər üsulların istifadə edilməsi ilə həyata keçirilir.”;

14. 7.2-ci bənddə “qeyri-iş saatlarında” sözləri çıxarılsın;

15. Aşağıdakı məzmunda 7.6.7-1-ci yarımbənd əlavə edilsin:

“7.6.7-1. ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə məlumatların təhlükəsizliyinin təmin olunması, habelə bu məlumatların təhlükəsiz saxlanılması üzrə nəzarətin həyata keçirilməsi qaydaları;”

16. 7.6.8.2-ci yarımbənddə “avadanlıqlara” sözü “ödəniş terminalına” sözləri ilə əvəz edilsin.