AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
MƏHKƏMƏ HÜQUQ ŞURASININ QƏRARI |
Qəbul edildiyi tarix |
14.11.2019 |
Qeydiyyat nömrəsi |
5 |
Adı |
Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
29.11.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
380.020.140 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
24201911140005 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
28.11.2019 |
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.1-ci və 12.0.13-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası
Q Ə R A R A A L I R:
1. Məhkəmə-Hüquq Şurasının 11.03.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nın 3.37-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.37. Yazılı imtahanın ikinci fazası Hakimlərin Seçki Komitəsinin imtahandan bilavasitə əvvəl toplaşaraq öz qapalı iclasında yazılı imtahana təqdim edilməli olan inşa mövzularının sayının müəyyən edilməsi ilə başlayır. İnşa mövzularının sayı cinayət, cinayət prosessual, mülki, mülki prossesual qanunvericiliyi əhatə etmək şərti ilə cüt rəqəmlə ifadə olunmalıdır. Bundan sonra Komitə üzvləri imtahan verilən auditoriyaya yaxın otaqda keçirilən həmin iclasda müəyyən edilmiş sayda inşa mövzuları hazırlayırlar. Həmin inşa mövzuları Hakimlərin Seçki Komitəsinin yekdil qərarı ilə təsdiq edilir.”
2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nı bu dəyişikliklərlə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.
Sədr Fikrət Məmmədov