AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

05.02.2020

Qeydiyyat nömrəsi

2/1

Adı

“Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 nömrəli qərarının ləğv edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

19.02.2020

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

180.150.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

25202002050021

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

18.02.2020

 

 

Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 dekabr tarixli 1713 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə QƏRARA ALIR:

1. “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 nömrəli (2-ci hissə istisna olmaqla) qərarı ləğv edilsin.

2. Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinə tapşırılsın ki, bu Qərarın surətinin üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Qərarın icrasına nəzarət Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadova tapşırılsın.

 

Sədr                                                                                                 Nuşirəvan Məhərrəmov