AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MİLLİ MƏCLİSİN QƏRARI
Qəbul edildiyi tarix: 06.12.2011
Qeydiyyat nömrəsi: 261-IVQR
Adı: Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il üçün xərclər smetası haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi:
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.120.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 31201112060261
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 08.12.2011


2011-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin və onun aparatının fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Milli Məclisinin və onun aparatının 2012-ci il üçün xərclər smetası 18.589.488 (on səkkiz milyon beş yüz səksən doqquz min dörd yüz səksən səkkiz) manat məbləğində təsdiq edilsin.

2. Azərbaycan Respublikası Milli Məclisinin və onun aparatının 2012-ci il üçün xərclər smetası aşağıdakı qaydada bölüşdürülsün:

 

210000

Əməyin ödənişi fondu

-

12.548.548 (on iki milyon beş yüz qırx səkkiz min beş yüz qırx səkkiz) manat

211100

Ştatda olan işçilərin əmək haqqı

-

7.175.629 (yeddi milyon yüz yetmiş beş min altı yüz iyirmi doqquz) manat

o cümlədən:

 

Milli Məclis deputatlarının əmək haqqı

-

2.107.260 (iki milyon yüz yeddi min iki yüz altmış) manat

 

Ekspertlərin əmək haqqı

 

-

168.840 (yüz altmış səkkiz min səkkiz yüz qırx) manat

 

Milli Məclisin Aparatı üzrə əmək haqqı

 

-

2.936.388 (iki milyon doqquz yüz otuz altı min üç yüz səksən səkkiz) manat

o cümlədən:

 

Deputat köməkçilərinin əmək haqqı

-

1.021.632 (bir milyon iyirmi bir min altı yüz otuz iki) manat

 

Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı

-

1.048.524 (bir milyon qırx səkkiz min beş yüz iyirmi dörd) manat

 

Dövlət qulluğu ilə əlaqədar əlavələr

-

914.617 (doqquz yüz on dörd min altı yüz on yeddi) manat

211200

Ştatdankənar işçilərin əmək haqqı

-

13.512 (on üç min beş yüz on iki) manat

211300

Əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri

-

2.996.311 (iki milyon doqquz yüz doxsan altı min üç yüz on bir) manat

212000

Əmək haqqına üstəlik

 

-

2.363.096 (iki milyon üç yüz altmış üç min doxsan altı) manat

o cümlədən:

212100

Dövlət sosial müdafiə fonduna ayırmalar

-

2.240.799 (iki milyon iki yüz qırx min yeddi yüz doxsan doqquz) manat

212200

İcbari dövlət sığortası

-

122.297 ( bir yüz iyirmi iki min iki yüz doxsan yeddi) manat

221000

İdarənin saxlanılması

 

-

908.700 (doqquz yüz səkkiz min yeddi yüz) manat

o cümlədən:

221100

Dəftərxana və təsərrüfat xərcləri

-

344.300 (üç yüz qırx dörd min üç yüz) manat

221200

Mətbəə xərcləri

-

157.000 (yüz əlli yeddi min) manat

221300

İdarənin digər xərcləri (sair xərclər və cari təmir)

-

407.400 (dörd yüz yeddi min dörd yüz) manat

222000

Ezamiyyə xərcləri

-

1.156.900 (bir milyon yüz əlli altı min doqquz yüz) manat

223000

Nəqliyyat xidmətləri haqqının ödənilməsi

-

410.381 (dörd yüz on min üç yüz səksən bir) manat

o cümlədən

223100

Yanacaq və sürtgü materiallarının alınması

-

206.858 (iki yüz altı min səkkiz yüz əlli səkkiz) manat

223200

Digər nəqliyyat xidmətləri

 

-

203.523 (iki yüz üç min beş yüz iyirmi üç) manat

224000

Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi

-

901.235 (doqquz yüz bir min iki yüz otuz beş) manat

225000

İstehlak mallarının və materiallarının alınması

-

1.190.000 (bir milyon yüz doxsan min) manat

o cümlədən:

225411

İnventarın alınması

-

300.000 (üç yüz min) manat

225412

Avadanlığın alınması

-

140.000 (yüz qırx min) manat

225413

Digər alışlar və xidmətlər

-

750.000 (yeddi yüz əlli min) manat

271000

Sosial təminat (fəxri adlar)

-

4.200 (dörd min iki yüz) manat

273000

Dövlət qulluqçularına sosial müavinətlər

-

42.384 (qırx iki min üç yüz səksən dörd) manat

274000

Digər təqaüdlər, müavinətlər və transferlər

-

50.000 (əlli min) manat

281400

İcarə və muzdlu xidmətlər

-

400.000 (dörd yüz min) manat

282000

Sair xərclər

-

97.140 (doxsan yeddi min yüz qırx) manat

311000

Əsas vəsaitlərin alınması

-

850.000 (səkkiz yüz əlli min) manat

o cümlədən:

311210

Nəqliyyat vasitələrinin alınması

-

400.000 (dörd yüz min) manat

311220

Digər maşın və avadanlıqlar

-

450.000 (dörd yüz əlli min) manat

314000

Qeyri-istehsal aktivləri

-

20.000 (iyirmi min) manat

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov