AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MİLLİ MƏCLİSİN QƏRARI
Qəbul edildiyi tarix: 06.12.2011
Qeydiyyat nömrəsi: 262-IVQR
Adı: Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 09.12.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.120.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 31201112060262
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 08.12.2011


2012-ci ildə Azərbaycan Respublikası Hesablama Palatasının və onun aparatının fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Hesablama Palatasının (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi istisna olmaqla) 2012-ci il üçün xərclər smetası 3 539 907 (üç milyon beş yüz otuz doqquz min doqquz yüz yeddi) manat məbləğində təsdiq edilsin.

2. Azərbaycan Respublikası Hesablama Palatasının (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi istisna olmaqla) 2012-ci il üçün xərclər smetası aşağıdakı qaydada bölüşdürülsün:

 

2.1.

Əməyin ödənişi

-

2 854 979 (iki milyon səkkiz yüz əlli dörd min doqquz yüz yetmiş doqquz) manat

2.1.1.

Hesablama Palatası işçilərinin əmək haqqı

-

1 775 278 (bir milyon yeddi yüz yetmiş beş min iki yüz yetmiş səkkiz) manat

2.1.2.

Ştatdan kənar işçilərin əməkhaqqı

-

33 200 (otuz üç min iki yüz) manat

2.1.3.

Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri

-

521 725 (beş yüz iyirmi bir min yeddi yüz iyirmi beş) manat

2.1.4.

Dövlət sosial müdafiə fonduna ayırmalar

-

512 644 (beş yüz on iki min altı yüz qırx dörd) manat

2.1.5.

İcbari dövlət sığortası

-

12 132 (on iki min yüz otuz iki) manat

2.2.

Malların (işlərin və xidmətlərin satın alınması)

-

562 437 (beş yüz altmış iki min dörd yüz otuz yeddi) manat

2.2.1.

Dəftərxana və təsərrüfat xərcləri

-

32 400 (otuz iki min dörd yüz) manat

2.2.2.

Mətbəə xərcləri

 

-

8 400 (səkkiz min dörd yüz) manat

2.2.3.

İdarənin xərcləri

-

11 500 (on bir min beş yüz) manat

2.2.4.

Cari təmir

-

25 000 (iyirmi beş min) manat

2.2.5.

Mühafizə xərcləri

-

58 672 (əlli səkkiz min altı yüz yetmiş iki) manat

2.2.6.

Ölkədaxili ezamiyyələr

-

103 515 ( yüz üç min beş yüz on beş) manat

2.2.7.

Xarici ezamiyyələr

-

74 000 (yetmiş dörd min) manat

2.2.8.

Yanacaq və sürtgü materiallarının alınması

-

47 100 (qırx yeddi min yüz) manat

2.2.9.

Digər nəqliyyat xidmətləri

-

32 500 (otuz iki min beş yüz) manat

2.2.10.

Elektrik enerjisi haqqının ödənilməsi

-

26 500 (iyirmi altı min beş yüz) manat

2.2.11.

Qaz haqqının ödənilməsi

-

7 000 (yeddi min) manat

2.2.12.

Su haqqının ödənilməsi

-

4 500 (dörd min beş yüz ) manat

2.2.13.

İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi

-

7 000 (yeddi min) manat

2.2.14.

Kanalizasiya xidmətləri haqqının ödənilməsi

-

1 500 (bir min beş yüz) manat

2.2.15.

Digər kommunal xidmətləri haqqının ödənilməsi

-

30 000 (otuz min) manat

2.2.16.

Kommunal və komunikasiya xidmətləri ilə bağlı digər xərclər

-

2 000 (iki min) manat

2.2.17.

Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi

-

16 000 (on altı min) manat

2.2.18.

Beynəlxalq telefon danışıq haqlarının ödənilməsi

-

4 000 (dörd min) manat

2.2.19.

Poçt xidmətlərinin ödənilməsi

-

4 450 (dörd min dörd yüz əlli) manat

2.2.20.

İnternet xidməti haqqının ödənilməsi

-

12 900 (on iki min doqquz yüz) manat

2.2.21.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması

-

1 000 (bir min) manat

2.2.22.

İnventarın alınması

 

-

19 500 (on doqquz min beş yüz) manat

2.2.23.

Avadanlığın alınması

-

9 000 (doqquz min) manat

2.2.24.

Digər alışlar və xidmətlər

-

24 000 (iyirmi dörd min) manat

2.3.

Təqaüdlər və sosial müavinətlər

-

75 000 (yetmiş beş min) manat

2.3.1.

Müavinətlər üzrə ödənişlər

-

55 000 (əlli beş min) manat

2.3.2.

İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər

-

20 000 (iyirmi min ) manat

2.4.

Digər xərclər

-

14 291 (on dörd min iki yüz doxsan bir ) manat

2.4.1.

Sair xərclər

-

5 000 (beş min) manat

2.4.2.

Bank xərcləri

-

9 291 (doqquz min iki yüz
doxsan bir) manat

2.5.

Qeyri-maliyyə aktivlərinin alınması

-

33 200 (otuz üç min iki yüz) manat

2.5.1.

Digər maşın və avadanlıqlar

-

29 200 (iyirmi doqquz min iki yüz) manat

2.5.2.

İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər

-

4 000 (dörd min) manat.

 

 

Azərbaycan Respublikası

    Milli Məclisinin Sədri                                                                                        O.Əsədov

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.      Azərbaycan Respublikasının Milli Məclisinin 30 dekabr 2011-ci il tarixli 289-IVQR nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 31201112300289, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 yanvar 2012-ci il)