AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 
Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

06.12.2011

Qeydiyyat nömrəsi

Q-02

Adı

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Qüvvəyə minmə tarixi

17.12.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201112060002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.12.2011

Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.57-ci və 18.8-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli 389 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli 456 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).[1]

2. Hüquq şöbəsinin müdiri X.Rəhmanova tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Nazirliyin aparatının aidiyyəti şöbələrinə və dövlət xidmət və agentliklərinə tapşırılsın ki, öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlərə baxarkən bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın tələblərinə riayət etsinlər.

4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 iyun 2004-cü il tarixli İ-72 nömrəli və 6 noyabr 2009-cu il tarixli İ-139 nömrəli Əmrləri ləğv edilsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir                                                                                                                                S.Şərifov

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi

Qərar Ή Q-02

6 dekabr 2011-ci il

Nazir __________ S.Şərifov

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması

QAYDALARI

1.                  Ümumi müddəalar

1.1.    Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2000-ci il 29 avqust tarixli, 389 nömrəli Fərmanından, 2009-cu il 09 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”dən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2.  Bu Qaydalar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli, 389 nömrəli Fərmanına uyğun olaraq baxdığı inzibati xətalara dair sənədlərin tərtib olunma qaydalarına riayət edilməsini tənzimləyir.

1.2-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə göndərir.[2]

1.3.  Bu Qaydalarda inzibati xətalara dair sənədlər dedikdə, protokol, qərar və qərardad başa düşülür.

2.             Protokolun tərtib edilməsi qaydası

2.1.        Bu Qaydaların 1.2-ci bəndində göstərilən inzibati xətalar barədə səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xətanın törədildiyi yerdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə uyğun olaraq iki nüsxədən ibarət inzibati xəta haqqında protokol (əlavə Ή 1) tərtib edilir.

2.2.       Protokolda aşağıdakılar göstərilir:

2.2.1. protokolun tərtib edildiyi tarix və yer;

2.2.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

2.2.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;

2.2.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;

2.2.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi;

2.2.6. şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;

2.2.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;

2.2.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;[3]

2.2.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;

2.2.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar.

2.3.  Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan müvafiq fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.

2.4.  Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada inzibati xəta haqqında protokolun surəti verilir.[4]

2.5.  Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahat və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

2.6.       Bu Qaydaların 1.2-ci bəndində göstərilən hallar üzrə akt tərtib edildikdən dərhal sonra müəyyən edilmiş inzibati xətalar haqqında protokol tərtib olunur.

2.7.       İşin hallarının, eləcə da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilir.

2.8.       İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saat müddətində səlahiyyətli vəzifəli şəxsə göndərilir.

3.    İnzibati xəta haqqında işə baxılması və qərarın qəbul edilməsi

3.1.  İnzibati xəta haqqında işə baxılmasının tarixi və yeri müəyyən edilərək, bu barədə inzibati xəta üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə məlumat verilir və işə baxılmasında inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxsin iştirakı təmin olunur.

3.2.       İnzibati xəta haqqında işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2007-ci il tarixli 634 nömrəli Fərmanının tələblərinə uyğun olaraq müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən baxılır.

3.3.       İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan vəzifəli şəxs inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan 15 (on beş) gün müddətində baxır.

3.4.       İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan səlahiyyətli vəzifəli şəxs özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. [5]

3.5.       İnzibati xətalar haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:

3.5.1. inzibati tənbeh vermə haqqında (əlavə Ή 2) ;

3.5.2. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında (əlavə Ή 3);

3.5.3. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında (əlavə Ή 4).

3.6.                Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:

3.6.1. qərarı çıxarmış vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;

3.6.2. işin baxılması tarixi və yeri;

3.6.3. işinə baxılan şəxs haqqında məlumat;

3.6.4. işə baxılarkən müəyyən edilmiş hallar;

3.6.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü;

3.6.6. iş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsas olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi;

3.6.7. qərardan şikayət verilməsi müddəti və qaydası.

3.7.       İnzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsinə uyğun olaraq iki nüsxədən ibarət tərtib edilir.

3.8.       İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.

3.9.       Qərarın surəti üç günədək müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. [6]

3.10.   Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.[7]

3.11.   İnzibati xətalar haqqında işlər üzrə qərardan verilmiş şikayət daxil olduğu gündən 10 (on) gün müddətində baxılır.

4.             Qərardadın qəbul edilməsi

4.1.       Araşdırmaların nəticəsi əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 425.3-cü maddəsinə uyğun olaraq müvafiq qərardad qəbul edir (əlavə Ή-5).

4.2.       İşə baxan səlahiyyətli vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda qərardad çıxarılır.

4.3.       Qəbul edilən qərardadlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə uyğun olmalıdır.

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na

Əlavə Ή 1

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında [8]

Protokol

“___” ________________ 20 __ il

___________________ rayonu (şəhəri)

Mən (biz) ___________________________________________________________________________

(protokolu tərtib edən şəxsin vəzifəsi, adı, atasının adı və soyadı)

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

 (işinə baxılan fiziki şəxsin adı, atasının adı və soyadı, işlədiyi təşkilatın adı, hüquqi şəxsin adı, ünvanı)

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

yoxlanılması zamanı müəyyən etdim (etdik):

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

(inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti)

Nəticədə ____________________________________________________________________

(inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı)

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ____________________________

_____________________________________________________________________________

(İnzibati Xətalar Məcəlləsinin pozulan maddəsi göstərilir)

maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

Bu fakt ______________________________________________________________________

(təftiş və ya yoxlamanın nəticəsi üzrə tərtib edilmiş aktın tarixi, təftiş və ya yoxlama aktında imza edənlərin adları, atalarının adları, soyadları və tutduqları vəzifələri)

_________________________________________________________________ təsdiq edilir.

İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar _____________________________________

İnzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər __________

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan __________________________

_____________________________________________________________________________

(fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı)

bildirdi ki, _____________________________________________________________________________

(izahatın qısa məzmunu)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

______________________________________________________________________________

İnzibati xətanı törətmiş fiziki (hüquqi) şəxsə və ya onun nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371 və 375-ci maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildi.

İmzalar:

____________

________________________________________________

(protokolu tərtib edənin imzası, adı, atasının adı və soyadı)

____________

________________________________________________

____________

________________________________________________

(barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və ya onun nümayəndəsinin imzası, adı, atasının adı və soyadı)

Qeyd: İnzibati xətaya yol vermiş şəxs tərəfindən protokola imza etməkdən imtina edildiyi halda, bu barədə protokolda müvafiq qeyd edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və protokolun məzmunu haqda öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək və protokolun surətini almaq hüquqları vardır. Protokola onların bu izahatları və mülahizələri əlavə olunur.

Protokolun surətini aldım: _____________________________________________________

( şəxsin və ya onun nümayəndəsinin adı, atasının adı və soyadı)

“___” _________________ 20___ il

______________________________

(imza)

protokolun kötüyü:

“___” ____________ 20__ il

___________________ rayonu (şəhəri)

____________________________________________________________________________

(inzibati xətanı törətmiş  şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı)

_____________________________________________________________________________

(protokolu tərtib edənin adı, atasının adı, soyadı və tutduğu vəzifə)

_____________________________________________________________________________

(qanun pozuntusunun tərkibi, ona yol verildiyi yer və tarix)

Protokolu qəbul etdi: _________________________________________________________

(Maliyyə Nazirliyinin vəzifəli şəxsinin adı, atasının adı, soyadı, tutduğu vəzifəsi və imzası)

________________________________________________________________________

__________________________________________________________________________

(inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üzrə qəbul edilmiş qərar haqqında qeyd)

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na

Əlavə Ή 2

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında

Qərar

“____” _______________ 20 __ il

___________________ rayonu (şəhəri)

Mən (biz) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin __________________________

                                                                                   ( adı, atasının adı və soyadı, tutduğu vəzifə)

_____________________________________________________________________________

_____________________________________________________________________________

(işinə baxılan fiziki şəxsin adı, atasının adı, soyadı və işlədiyi təşkilatın adı, hüquqi şəxsin adı, ünvanı)

_______________________________________________________________________

___________________________________________________________________ haqqında

“___” ___________ 20___ il tarixli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq müəyyən etdim (etdik):

_____________________________________________________________________________

 (işə baxılarkən müəyyən edilmiş hallar)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Nəticədə ____________________________________________________________________

(işinə baxılan fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı )

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ___________________________

___________________________________________________________________________

(İnzibati Xətalar Məcəlləsinin pozulan maddəsi göstərilir)

maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 425 — 427-ci maddələrini rəhbər tutaraq qərara aldım (aldıq):

___________________________________________________________________________

(inzibati xətaya yol vermiş fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı )

____________________________________________________________________________

____________________________________________________________________________

___________________________________________________________________________

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ___________________________

__________________________________________________________________________

(İnzibati Xətalar Məcəlləsinin pozulan maddəsi göstərilir)

maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, _____________________

                                                                         (rəqəmlə) (cərimənin məbləği sözlə yazılır)

manat məbləğində cərimə edilsin.

Müəyyən edilmiş inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir və ya köçürülür. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan vəzifəli şəxs tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir.[9]

Qərarın surəti 3 (üç) gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilsin (göndərilsin).

Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər. [10]

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ________________________________

_____________________________________________________________________________

(qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsin adı, atasının adı, soyadı və tutduğu vəzifə)

__________________________

                   (imza)

Qərarın surətini aldım _______________________________________________________

___________________________________________________________________________

(qərarın surətini alan şəxsin və ya onun nümayəndəsinin adı, atasının adı və soyadı)

“___” _________________ 20___ il

_______________________________________

(imza)

qərarın kötüyü:

“___” _____________________ 20 __ il

________________________ rayonu (şəhəri)

____________________________________________________________________________

(işinə baxılan fiziki şəxsin adı, atasının adı və soyadı, işlədiyi təşkilatın adı, hüquqi şəxsin adı, ünvanı və tutduğu vəzifə)

Qərar ______________________________________________________________________

(inzibati xəta haqqında protokolun tərtib olunma tarixi)

___________________________________________________________________________

(qərarın icrası barədə qeyd, qəbzin tarixi, nömrəsi və ödənilmiş məbləğ)

__________________________________________________________________________

(ödənilmiş məbləğ sözlə)

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na

Əlavə Ή 3

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə üzrə icraatın dayandırılması haqqında

Qərar

“___” ______________ 20 __ il

_________________ rayonu (şəhəri)

Mən (biz) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin __________________________

                                                                                                                (adı, atasının adı və soyadı, tutduğu vəzifə)

__________________________________________________________________________

___________________________________________________________________________

(işinə baxılan fiziki şəxsin adı, atasının adı, soyadı və işlədiyi təşkilatın adı, hüquqi şəxsin adı, ünvanı)

___________________________________________________________________________

_________________________________________________________________ haqqında

“___” ___________ 20___ il tarixli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq müəyyən etdim (etdik):

___________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş hallar)

_____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

_____________________________________________________________________________

Nəticədə __________________________________________________________________

(işinə baxılan fiziki şəxsin adı, atasının adı, soyadı, hüquqi şəxsin adı)

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin __________________________

__________________________________________________________________________

(İnzibati Xətalar Məcəlləsinin pozulan maddəsi göstərilir)

maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

Nəzərə alaraq ki, ___________________________________________________________

(iş üzrə icraatın dayandırılmasına əsas verən hallar)

____________________________________________________________________________

_____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 425 — 427-ci maddələrini rəhbər tutaraq qərara aldım (aldıq):

_____________________________________________________________________________

(inzibati xətaya yol vermiş fiziki şəxsin adı, atasının adı, soyadı, hüquqi şəxsin adı)

barəsində inzibati xəta haqqında iş üzrə icraat ____________________________________

                                     (inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə maddənin nömrəsi)

dayandırılsın.

Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.[11]

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin __________________________________

____________________________________________________________________________

(qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsin adı, atasının adı, soyadı və tutduğu vəzifə)

____________________________

                       (imza)

Qərarın surətini aldım ________________________________________________________

____________________________________________________________________________

(qərarın surətini alan şəxsin və ya onun nümayəndəsinin adı, atasının adı və soyadı)

“___” _______________ 20___ il

____________________________

(imza)

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na

Əlavə Ή 4

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında iş üzrə İcraata xitam verilməsi haqqında

Qərar

“___” ________________ 20 __ il

_________________ rayonu (şəhəri)

Mən (biz) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin __________________________

                                                                                                             (adı, atasının adı və soyadı, tutduğu vəzifə)

_____________________________________________________________________________

_____________________________________________________________________________

 (işinə baxılan fiziki şəxsin adı, atasının adı, soyadı və işlədiyi təşkilatın adı, hüquqi şəxsin adı, ünvanı)

_____________________________________________________________________________

__________________________________________________________________haqqında

“___” ___________ 20___ il tarixli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq müəyyən etdim (etdik):

___________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş hallar)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Nəticədə ____________________________________________________________________

(işinə baxılan fiziki şəxsin adı, atasının adı, soyadı, hüquqi şəxsin adı)

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ___________________________

_____________________________________________________________________________

(İnzibati Xətalar Məcəlləsinin pozulan maddəsi)

Nəzərə alaraq ki, ______________________________________________________________

(İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hallar)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 425 — 427-ci maddələrini rəhbər tutaraq qərara aldım (aldıq):

___________________________________________________________________________

(inzibati xətaya yol vermiş fiziki şəxsin adı, atasının adı, soyadı, hüquqi şəxsin adı)

_____________________________________________________________________________

____________________________________________________________________________

_____________________________________________________________________________

barəsində inzibati xəta haqqında iş üzrə icraata ___________________________________

                                     (inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə maddənin nömrəsi)

xitam verilsin.

Qərarın surəti 3 (üç) gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə və ya şəxsin nümayəndəsinə verilsin (göndərilsin).

Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər. [12]

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ________________________________

__________________________________________________________________________

(qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsin adı, atasının adı, soyadı və tutduğu vəzifə)

______________________________

                         (imza)

Qərarın surətini aldım _______________________________________________________

____________________________________________________________________________

(qərarın surətini alan şəxsin və ya onun nümayəndəsinin adı, atasının adı və soyadı)

“___” ____________ 20___ il

____________________________

(imza)

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na

Əlavə Ή 5

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xəta haqqında iş üzrə

Qərardad

“____” ________________ 20____ il

________________________________________________________ ünvanında yerləşən

(obyektin ünvanı)

__________________________________________________________________________

(obyektin adı, rəhbərinin (sahibinin) soyadı, adı)

___________________________________________________________________________

“___” ____________ 20___ il tarixdə ___________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

əməkdaşları tərəfindən yoxlama keçirilmiş, inzibati xəta aşkar edilmiş və bu barədə _________ nömrəli “___” __________ 20__ il tarixli Protokol tərtib edilmişdir. Yoxlama zamanı aşağıdakı inzibati xətalar aşkar edilmişdir:

___________________________________________________________________________

(pozuntunun tərkibi, pozulmuş normativ hüquqi aktların adı, bəndlərinin (maddələrinin) nömrəsi)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

“___” ____________ 20___ il tarixdə ___________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

(ərizə, vəsatət və ya işin materialları)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

(ərizə, vəsatət və ya işin materiallarına baxılarkən müəyyən edilən hallar)

_____________________________________________________________________________

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ___________________________

maddəsini rəhbər tutaraq müəyyən edirəm: _____________________________________

____________________________________________________________________________

______________________________________________________________________________

Qərardaddan şikayət onun surəti alındığı gündən 10 gün müddətinə yuxarı orqana (yuxarı vəzifəli şəxsə) verilə bilər. [13]

Maliyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsi

_________________________________________

__________________

M.Y.

(soyadı, adı, atasının adı)

(imzası)

Qərarın surətini aldım

_________________________________________________________________________________

_________________________________________________________________________________

(qərarın surətini alan şəxsin və ya onun nümayəndəsinin adı, atasının adı və soyadı)

“___” ____________ 20___ il

____________________________

(imzası)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       11 aprel 2012-ci il tarixli Q-04 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201204110004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 aprel 2012-ci il)

2.       24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il)

3.       12 oktyabr 2015-ci il tarixli Q-18 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510120018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 oktyabr 2015-ci il)

4.       27 dekabr 2016-cı il tarixli Q-26 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612270026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 yanvar 2017-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 27 dekabr 2016-cı il tarixli Q-26 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612270026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 yanvar 2017-ci il) ilə 4-cü hissə istisna olmaqla ləğv edilmişdir.

[2] 12 oktyabr 2015-ci il tarixli Q-18 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510120018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 oktyabr 2015-ci il) ilə 1-ci hissəyə yeni məzmunda 1.2-1-ci bənd əlavə edilmişdir.

[3] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 2.2.8-ci bənddə “texniki nəzarət etmə vasitələrindən” sözləri “xüsusi texniki vasitələrdən” sözləri ilə əvəz edilmişdir, “göstəriciləri” sözündən sonra “,habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar” sözləri əlavə edilmişdir.

[4] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 2.4-cü bənddə “nümayəndəsinə” sözündən sonra “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada” sözləri əlavə edilmişdir.

[5] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 3.4-cü bənddə “uzada bilər” sözləri “uzadır” sözü ilə əvəz edilmişdir.

[6] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 3.9-cu bənddə “zərər çəkmiş şəxsə” sözlərindən sonra “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada” sözləri əlavə edilmişdir.

[7] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 3.10-cu bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

[8] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 1 nömrəli əlavədə “texniki nəzarət etmə vasitələrindən” sözləri “xüsusi texniki vasitələrdən” sözləri ilə əvəz edilmişdir, “göstəriciləri” sözündən sonra “, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar” sözləri əlavə edilmişdir.

[9] 11 aprel 2012-ci il tarixli Q-04 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201204110004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 aprel 2012-ci il) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın 2 nömrəli əlavəsində “məbləği müvafiq rayon (şəhər) maliyyə və ya xəzinədarlıq orqanı vasitəsilə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə köçürülsün.” sözləri “inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir və ya köçürülür. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan vəzifəli şəxs tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir.” sözləri ilə əvəz edilmişdir.

[10] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 2 nömrəli əlavədə “Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Maliyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə şikayət verilə bilər.” sözləri “Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.” sözləri ilə əvəz edilmişdir.

[11] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 3 nömrəli əlavədə “Qərardan 10 (on) gün müddətində Maliyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə şikayət verilə bilər.” sözləri “Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.” sözləri ilə əvəz edilmişdir.

[12] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 4 nömrəli əlavədə “Qərarın surəti 3 (üç) gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə və ya şəxsin nümayəndəsinə verilsin (göndərilsin).” sözlərindən sonra “Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.” sözləri əlavə edilmişdir.

[13] 24 iyul 2012-ci il tarixli Q-10 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207240010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il) ilə 5 nömrəli əlavədən “Qərardaddan şikayət onun surəti alındığı gündən 10 gün müddətinə yuxarı orqana (yuxarı vəzifəli şəxsə) verilə bilər.” sözləri çıxarılmışdır.