AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NƏQLİYYAT NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

02.12.2011

Qeydiyyat nömrəsi

01/Q

Adı

“Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

09.12.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201112020001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

08.12.2011

 

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 14.10-cu bəndinə uyğun olaraq, “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 20 iyul 2011-ci il tarixli 472 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə

 

QƏRARA ALIRAM:

 

1. “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması Qaydası”nı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə həmin aktın qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin.

 

 

Nazir                                                                                                                      Ziya Məmmədov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Nəqliyyat Nazirliyi

Qərar Ή 01/Q

2 dekabr 2011-ci il

 

Nazir

 

Ziya Məmmədov

 

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması

 

Q A Y D A S I

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (bundan sonra - Xidmət) nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərin fərqləndirici nişanı olan xüsusi geyimini və onun təmin edilməsini müəyyən edir.

1.2. Xidmətin müfəttişlərinin vəzifə səlahiyyətlərini yerinə yetirərkən fərqləndirici nişanı olan geyimlərini geyinmək hüququ vardır.

1.3. Bu Qaydaya riayət etmək Xidmətin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlər üçün məcburidir və geyim forması qəbul edilmiş təsvir və qaydaya uyğun olmaqla normal vəziyyətdə saxlanmalıdır.

1.4. Xidmətin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərin fərqləndirici nişanı olan geyimi qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Xidmətin rəisinin müvafiq əmri ilə tənzimlənir.

1.5. Xidmətin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərin fərqləndirici nişanı olan geyiminin təchizatı hər il dövlət büdcəsindən ayrılan, Xidmətin və onun tabeliyində olan təşkilatların saxlanması xərcləri və maddi-texniki təminatı üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına təmin edilir.

1.6. Xidmət apararkən nəzarət funksiyalarını həyata keçirən müfəttiş şəxsi nömrə yazılmış döş nişanına (jeton) malik olmalı və xidmətin sonunda fərqləndirmə döş nişanını (jeton) müvafiq qaydada təhvil verməlidir.

 

II. DÖVLƏT AVTOMOBİL NƏQLİYYATI XİDMƏTİNİN MÜFƏTTİŞLƏRİNİN FƏRQLƏNDİRİCİ NİŞANI OLAN GEYİM FORMASININ TƏSVİRİ VƏ ONUN TƏMİN EDİLMƏSİ

 

2.1. Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin fərqləndirici nişanı olan geyiminin təsviri:

2.1.1. Qış dəsti - tünd göy rəngli parçadan hazırlanmış isti içlikli furajka (kepka), qış gödəkcəsi, demisezon gödəkcə, pencək və şalvar (yubka), ağ rəngli köynək, tünd göy rəngli qalstuk, qalstuk üçün sancaq, qara və ya tünd göy rəngli corab (dəri rəngli neylon corab) və dəri əlcək, isti içlikli dəridən hazırlanmış qara rəngli ayaqqabıdan (yarımçəkmə) ibarətdir (şəkil 4, 5, 9, 10).[1]

2.1.2. Yay dəsti – tünd göy rəngli parçadan hazırlanmış pencək, furajka (kepka), şalvar (yubka), ağ rəngli qısaqol və uzunqol köynək, tünd göy rəngli qalstuk, qalstuk üçün sancaq, qara və ya tünd göy rəngli corab (dəri rəngli neylon corab) və dəridən hazırlanmış qara rəngli ayaqqabıdan ibarətdir (şəkil 1-3, 6-8).[2]

2.2. furajka (kepka) - tünd göy rənglidir, qabaq hissəsinin ortasında tikmə kokardası vardır. Kokardanın aşağı hissəsində üstündə aypara və səkkizguşəli ulduz həkk edilmiş, ölçüsü 15 mm olan, qızılı rəngli iki kiçik düymə ilə bərkidilmiş qızılı rəngli toxunma kəmərcik vardır. Qış mövsümü üçün nəzərdə tutulmuş furajka (kepka) istiləşdirilmiş içliklidir (şəkil 1-5, 6-10). Xidmətin rəisi və rəis müavinləri üçün furajkanın (kepkanın) günlüyünün üzərinə qızılı rəngdə naxış olan üzlük tikilir (şəkil 17).[3]

2.3. Gödəkcə - sukeçirməyən, mövsümə uyğun tünd göy rəngli parçadandır. Bir bortludur, kürəyi bütövdür, üzərində iki yan, içərisində isə 2 qoltuq cibi vardır. Yaxası "molniya" tipli zəncirbəndlə və parça ilə örtülmüş bir sırada yerləşən, ölçüsü 20 mm olan, 4 ədəd iri düymə ilə açılıb bağlanır. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə aid olduğunu bildirən tikmə fərqlənmə qol nişanı (şevron) yerləşdirilir (şəkil 4, 5, 9, 10).

Qış mövsümü üçün nəzərdə tutulan gödəkcənin "molniya" tipli zəncirbəndlə taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş içliyi vardır və üzərindəki yan cibləri qapaqlıdır (şəkil 5, 10).

Payız-yaz mövsümünün nisbətən soyuq hava şəraitində gündəlik yay geyim formasını pencəksiz demisezon gödəkcə ilə geyilməsinə icazə verilir.

2.4. Pencək - tünd göy rəngli parçadandır, bir bortludur, arxası bütövdür, hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri, içəri tərəfində isə qoltuq altı cibləri vardır. Pencək, ölçüsü 20 mm olan, bir sırada yerləşən 4 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Qolunun aşağı arxa hissəsində isə ölçüsü 15 mm olan, bir sırada yerləşən 4 ədəd, kiçik düyməsi vardır. Üzərində aypara və səkkizguşəli ulduz həkk olunmuş düymələr qızılı rəngli metaldan hazırlanır. Pencəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə aid olduğunu bildirən tikmə fərqlənmə qol nişanı (şevron) yerləşdirilir. Rəis və rəis müavinləri pencəyin qatlanan yaxalığının sağ və sol tərəfində qızılı toxunma palıd yarpağı təsviri vardır (şəkil 19). Pencək mövsümə uyğun parçadan olmalıdır (şəkil 3, 8).[4]

2.5. Şalvar - tünd göy rəngli mövsümə uyğun kostyumluq parçadan və manjetsiz tikilir. Şalvarın kəsmə yan cibləri, arxa tərəfdə qapaqlı kəsmə cibi vardır. Qurşaqda kəmər üçün yeddi halqa (keçid) vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır yaxud 3-4 düymə ilə düymələnir. Şalvarın yan tikişlərinə eni 3 mm ölçüdə olan açıq göy rəngli mahuddan kant tikilir (şəkil 1-5). Xidmətin rəisi və rəis müavinləri üçün 2 açıq göy rəngli mahuddan 10 mm eni olan nazik kant olur (şəkil 19).[5]

2.6. Köynək – uzunqol və qısaqol olmaqla ağ rəngdədir. Aşağı bel hissəsi və qolları manjetlidir. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqlı cibləri vardır. Qatlanan boyunluqludur. Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə aid olduğunu bildirən tikmə fərqlənmə qol nişanı (şevron) yerləşdirilir. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Cib qapaqlarında 1 ədəd, aşağı bel hissəsinin manjetində 2 ədəd və uzunqol köynəyin qolunun manjetində 2 ədəd, kiçik düyməsi vardır (şəkil 1, 2, 6, 7).

2.7. Qalstuk - tünd göy rəngli iti ucla tamamlanan uzanmış trapesiya şəklindədir. Qalstuk üçün sancaq nəzərdə tutulmuşdur. Sancaq gümüşü rənglidir və köynəyin 3 və 4-cü düymələri arasında bərkidilir (şəkil 2, 7).

2.8. Qadınlarda gödəkcə, pencək, uzunqol və qısaqol köynək forması eyni olmaqla, sol tərəfə düymələnir. Corablar dəri rəngli neylon corabla, şalvar isə yubka ilə, furajka isə kepka ilə əvəz edilir. Yubkanın ətəyi diz qapağından 10 sm aşağı olur (şəkil 6-10).[6]

2.9. Ayaqqabı (yarımçəkmə) - qara rəngli, üstü yaxşı aşılanmış dəridən, altlığı göndən və ya rezindən olur. Dabanı orta ölçüdədir və qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir (şəkil 1-4, 6-9).

Yarımçəkmələr istiləşdirilmiş içliklidir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir (şəkil 5, 10).

2.10. Xidmətin müfəttişlərinin fərqləndirici nişanı olan geyimi aşağıdakı müddətlərə təmin edilir:

qış gödəkcəsi - 4 il;

demisezon gödəkçə - 3 il;

pencək, şalvar (yubka), furajka (kepka), əlcək - 2 il;[7]

köynək (uzunqol və qısaqol - hər birindən 2 ədəd), qalstuk – 1 il;

ayaqqabı və yarımçəkmə - 1 il;

qalstuk üçün sancaq – 5 il.

Xidmətin müfəttişlərinin fərqləndirici nişanı olan geyimi göstərilən müddətdən tez sıradan çıxarsa öz şəxsi vəsaiti hesabına təmin olunmalıdır.

 

III. DÖVLƏT AVTOMOBİL NƏQLİYYATI XİDMƏTİNİN NƏZARƏT FUNKSİYALARINI YERİNƏ YETİRƏN MÜFƏTTİŞLƏRİN FƏRQLƏNDİRMƏ NİŞANLARI

 

Fərqləndirmə nişanlarına – qol nişanı (şevron), döş nişanı (jeton) və baş geyimindəki nişan (kokarda) və toxunma ulduzlar aiddir. Bundan əlavə xüsusi geyim formasındakı geyimin komplektliyi, rəng, biçim, kant və düymələr, həmçinin geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

3.1. Kokarda (emblem) - Xidmətin emblemini əks etdirən diametri 5 sm ölçüsündə olan dairə formasındadır. Emblemin təsvirində halqanın içində tünd göy rəngli fonda açıq boz rənglə “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi” sözləri yazılmışdır. Halqanın aşağı hissəsində dalğavari üç rəngli zolaq vardır (mavi, qırmızı, yaşıl). Halqanın içində yuxarı hissədə kənarları ağ rənglə haşiyələnmiş boz rəngdə səkkiz guşəli ulduz, ortasında “Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri, aşağı hissəsində avtomobil təkəri, təkərin iç hissəsində sükan, kənarlarında isə (sağ və sol tərəfdə) qanadlar təsvir olunur. Tikmə kokarda furajkanın (kepkanın) ön tərəfdən xarici səthinin mərkəzində yerləşdirilir (şəkil 11).[8]

3.2. Fərqləndirmə qol nişanı (şevron) - ölçüləri 10x7 sm nisbətində olan qalxana bənzər formadadır. Qalxanın içərisində tünd göy rəngli fonda, yuxarı hissədə Azərbaycan Respublikasının bayrağı, orta hissəsində açıq boz rənglə “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi” sözləri və “Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözlərinin baş hərfləri “DANX” yazılmış, aşağı hissədə isə avtomobil şəkli təsvir olunmuşdur (şəkil 12).

3.3. Fərqləndirmə döş nişanı (jeton) - gümüşü rəngli metaldan hazırlanmış səkkiz guşəli ulduz formasındadır. Ulduzun səkkiz guşəsinin hər biri digərindən şüalarla ayrılmışdır. Ulduzun daxilində tünd göy rəngli halqanın içərisində (yuxarıda), “Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri yazılır. Halqanın aşağı hissəsində rəqəmlər əks olunur, birinci iki rəqəm hansı regiona aid olduğunu, sonrakı üç rəqəm isə müfəttişin şəxsi nömrəsini göstərir. Nişanın orta hissəsində minalanmış təsviri qabarıq surətdə həkk edilmiş Azərbaycan Respublikasının tünd göy rəngdə xəritəsi, xəritənin altında isə ağ rəngdə avtomobil əks olunur (şəkil 13). Fərqləndirmə döş nişanı (jeton) arxa hissəsinə lehimlənmiş sancaq vasitəsilə gödəkcənin, pencəyin və ya köynəyin ön tərəfdən yuxarı sol küncündə toxunma ulduzlardan aşağıda daşınır. Ölçüsü 7 sm-dir. Fərqləndirmə döş nişanının təsvirinin ölçüsü onun ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə ölçülür.

3.4. Toxunma ulduzlar – Nəqliyyat müfəttişinin gödəkcəsinin, pencəyinin və köynəyinin çiyin nahiyəsində, ölçüləri 5x13 sm olan boz rəngli taxılıb-çıxarılan poqonun üzərinə tikilir və müfəttişin vəzifəsinə uyğun olaraq təsvir olunur.([9])

Toxunma ulduzlar qızılı rəngli və səkkiz guşəlidir. Guşələrindən biri yuxarı istiqamətlənmiş halda uzununa sıra şəklində yerləşdirilir. Ulduzların sağ və sol tərəfində hər biri 6 mm qalınlığında tünd göy rəngli iki qoşa zolaq vardır. Bir birinə paralel iki zolaq arasındakı məsafə 4 mm-dir. Ulduz və zolaqlar kənarları tünd göy rənglə haşiyələnmiş, ölçüləri 3x10 sm olan boz rəngli taxılıb-çıxarılan düzbucaqlı parçanın üzərinə tikilir. ([10])

Səkkizguşəli ulduzların təsvirinin ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə ölçülür. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi və rəis müavinlərinin geyimindəki ulduzların ölçüsü 22 mm (şəkil 18), müvafiq şöbəsi üzrə işçilərin geyimindəki ulduzların ölçüsü 18 mm (şəkil 14), regional şöbələrin müvafiq struktur bölməsi üzrə işçilərinin geyimində isə 14 mm-dir (şəkil 15). Ulduzlar arasındakı məsafə 3 mm-dir.([11])

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərin geyimindəki ulduzlar aşağıdakı kimi müəyyən olunur:[12]

Xidmətin rəisi üçün – 2 ulduz, aypara və kənarlarında palıd yarpağı toxunmuş qalxan;

Xidmətin rəis müavini üçün – 1 ulduz, aypara və kənarlarında palıd yarpağı toxunmuş qalxan;

müdir üçün – 3 ulduz və aypara;

müdir müavini üçün – 2 ulduz və aypara;

sektor müdiri üçün – 1 ulduz və aypara;

baş məsləhətçi üçün – 4 ulduz;

böyük məsləhətçi üçün – 3 ulduz;

aparıcı məsləhətçi üçün – 2 ulduz;

məsləhətçi üçün – 1 ulduz.

3.5. Örtük – tünd göy rəngli parçadan hazırlanır, düzbiçimlidir. Mərkəzdən, örtüyün içəri tərəfindən 6 sm uzunluğunda 3 ədəd yapışqanlı lentlə bağlanır. Örtüyün bel səviyyəsində 5 sm enində içəri tərəfdən plastmas toqqası olan yapışqanlı lentlə bağlanan kəməri vardır. Örtüyün qabaq və arxa hissələrinin kənarlarından ətək hissəsinə doğru bir birinə paralel 4 sm enində işığı əks etdirən materialdan hazırlanmış 2 şaquli və onların ortasından bir birinə paralel 2 horizontal zolaq, çiynindən 10 sm aşağıda 2 horizontal zolaq vardır. Zolaqlar arasındakı məsafə 5 sm-dir. Kürək hissə bütövdür. Kürək nahiyəsində işığı əks etdirən materialdan eni 10 sm olan “DANX” sözü tikilir. Örtüyün boyun xətti, ətəyi və yan tikişləri 1 sm enində boz rəngli köbə ilə tikilir. (şəkil 16).([13])

 

 


Şəkil 1.

 

qısaqol köynəkdə gündəlik yay geyim forması

Şəkil 2.

 

uzunqol köynəkdə gündəlik yay geyim forması

Şəkil 3.

 

pencəkdə gündəlik yay geyim forması

Şəkil 4.

 

demisezon gödəkcədə gündəlik qış geyim forması

Şəkil 5.

 

qış gödəkcəsində gündəlik qış geyim forması

 

 

 

 

 

 

 

 

Şəkil 16.

 

Örtük

 

 


 

 

Şəkil 17.

 

Xidmət rəisi və rəis müavinləri üçün furajkanın günlüyünün təsviri

 

 


 

Xidmət rəisi

 

 

 

Xidmət rəisinin müavini

 

Şəkil 18.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq vəzifəyə uyğun toxunma ulduzları

 

 


 

 

Şəkil 19.

 

Xidmətin rəisi və Xidmətin rəis müavinləri üçün yay gündəlik geyim forması.

 

 

 


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       27 noyabr 2013-cü il tarixli 09/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201311270009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 dekabr 2013-cü il)

2.       8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 2.1.1-ci yarımbənddə “kepka” sözü “furajka (kepka)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 2.1.2-ci yarımbənddə “kepka” sözü “furajka (kepka)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 2.2-ci bəndin birinci cümlədə “Kepka” sözü “furajka (kepka)” sözləri ilə, üçüncü cümlədə “kepka” sözü “furajka (kepka)” sözləri ilə əvəz edilmişdir və yeni redaksiyada dördüncü cümlə əlavə edilmişdir.

 

[4] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 2.4-cü bəndə yeni məzmunda altıncı cümlə əlavə edilmişdir.

 

[5] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 2.5-ci bəndə yeni məzmunda altıncı cümlə əlavə edilmişdir.

 

[6] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 2.8-ci bəndin ikinci cümləsindən “isə” sözü çıxarılmışdır və “yubka ilə” sözləri “yubka ilə, furajka isə kepka ilə” sözləri ilə əvəz edilmişdir.

 

[7] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 2.10-cu bəndin dördüncü abzasında “kepka” sözü “furajka (kepka)” sözləri ilə əvəz edilmişdir.

 

[8] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 3.1-ci bəndin beşinci cümləsində “kepkanın” sözü “furajkanın (kepkanın)” sözləri ilə əvəz edilmişdir.

 

[9] 27 noyabr 2013-cü il tarixli 09/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201311270009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 dekabr 2013-cü il) ilə 3.4-cü bəndinin birinci abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Toxunma ulduzlar – Nəqliyyat müfəttişinin gödəkcəsinin, pencəyinin və köynəyinin sol cib qapağının üzərində vəzifəsinə uyğun olaraq təsvir olunur.

 

[10] 27 noyabr 2013-cü il tarixli 09/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201311270009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 dekabr 2013-cü il) ilə 3.4-cü bəndinin ikinci abzasın beşinci cümləsi çıxarılmışdır.

 

[11] 27 noyabr 2013-cü il tarixli 09/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201311270009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 dekabr 2013-cü il) ilə 3.4-cü bəndinin üçüncü abzasın ikinci cümləsində “15 mm” sözləri “18 mm” sözləri ilə, “11 mm” sözləri “14 mm” sözləri ilə əvəz edilmişdir.

8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 3.4-cü bəndin üçüncü abzasın ikinci cümləsində, “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin” sözlərindən sonra “rəisi və rəis müavinlərinin geyimindəki ulduzların ölçüsü 22 mm (şəkil 18),” sözləri əlavə edilmişdir.

 

[12] 8 yanvar 2016-cı il tarixli 15/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2016-cı il) ilə 3.4-cü bəndin 4-10-cu abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

müdir üçün – 3 ulduz və aypara;

müdir müavini üçün – 2 ulduz və aypara;

sektor müdiri üçün – 1 ulduz və aypara;

baş məsləhətçi üçün – 4 ulduz;

böyük məsləhətçi üçün – 3 ulduz;

aparıcı məsləhətçi üçün – 2 ulduz;

məsləhətçi üçün – 1 ulduz.

 

[13] 27 noyabr 2013-cü il tarixli 09/Q nömrəli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201311270009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 dekabr 2013-cü il) ilə 3.5 bənd əlavə edilmişdir və şəkil 1-10 üzrə müvafiq təsvirləri yeniləri ilə əvəz edilmişdir.