AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
MƏHKƏMƏ HÜQUQ ŞURASININ QƏRARI |
Qəbul edildiyi tarix |
26.11.2020 |
Qeydiyyat nömrəsi |
3 |
Adı |
“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
28.11.2020 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
380.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
24202011260003 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
27.11.2020 |
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.13-cü və 13.4-cü maddələrini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 iyun tarixli 132-VIQD nömrəli Qanununun tətbiqi məqsədi ilə Məhkəmə-Hüquq Şurası
QƏRARA ALIR:
1. Məhkəmə-Hüquq Şurasının 06.03.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.7-ci bəndin ikinci cümləsində “peşəkar çatışmazlıqları” sözlərindən sonra “, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanları” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
“2.5-1. Hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair Ali Məhkəmənin tərtib etdiyi rəydə, həmçinin fəaliyyəti qiymətləndirilən hakim barədə Ali Məhkəmə tərəfindən aparılmış məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri də göstərilir.”;
1.3. 3.7-ci bəndin birinci cümləsində “kimi qiymətləndirilmiş” sözlərindən sonra “, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanları aşkar edilmiş” sözləri əlavə edilsin;
1.4. Qaydalara 2 və 3 nömrəli Əlavələrə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:
“3-1. Fəaliyyəti qiymətləndirilən hakim barədə Ali Məhkəmə tərəfindən aparılmış monitorinqin nəticələri:
____________________________________________________________________”.
2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı bu dəyişikliklərlə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.
Sədr Fikrət Məmmədov