AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: KONSTİTUSİYA QANUNU
Qəbul edildiyi tarix: 15.11.2011
Qeydiyyat nömrəsi: 227-IVKQD
Adı: Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: ״Respublika״ qəzeti № 275
Qüvvəyə minmə tarixi: 20.12.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.010.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 11201111150227
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 21.12.2011


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 1, maddələr 11-12; 2005-ci il, 10, maddə 906; 2006-cı il, 10, maddə 834; 2010-cu il, 11, maddə 920) aşağıdakı dəyişikliklər təsdiq edilsin:

1. 5-ci maddənin II hissəsinin 9-cu bəndindən və 43-cü maddənin II hissəsindən Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, sözləri çıxarılsın.

2. 44-cü maddənin VI hissəsi aşağıdakı redaksiyada verilsin:

VI. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir..

3. 45-ci maddə aşağıdakı redaksiyada verilsin:

Maddə 45. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri

I. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir.

II. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir..

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti