AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MİLLİ MƏCLİSİN QƏRARI
Qəbul edildiyi tarix: 30.12.2011
Qeydiyyat nömrəsi: 289-IVQR
Adı: Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 06.01.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.120.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 31201112300289
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.01.2012


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il 6 dekabr tarixli 262-IVQR nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə Hesablama Palatasının sözlərindən sonra (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi istisna olmaqla) sözləri əlavə edilsin, 3 791 737 (üç milyon yeddi yüz doxsan bir min yeddi yüz otuz yeddi) sözləri 3 539 907 (üç milyon beş yüz otuz doqquz min doqquz yüz yeddi) sözləri ilə əvəz edilsin.

2. 2-ci maddə aşağıdakı redaksiyada verilsin:

2. Azərbaycan Respublikası Hesablama Palatasının (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi istisna olmaqla) 2012-ci il üçün xərclər smetası aşağıdakı qaydada bölüşdürülsün:

 

2.1.

Əməyin ödənişi

-

2 854 979 (iki milyon səkkiz yüz əlli dörd min doqquz yüz yetmiş doqquz) manat

2.1.1.

Hesablama Palatası işçilərinin əmək haqqı

-

1 775 278 (bir milyon yeddi yüz yetmiş beş min iki yüz yetmiş səkkiz) manat

2.1.2.

Ştatdan kənar işçilərin əməkhaqqı

-

33 200 (otuz üç min iki yüz) manat

2.1.3.

Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri

-

521 725 (beş yüz iyirmi bir min yeddi yüz iyirmi beş) manat

2.1.4.

Dövlət sosial müdafiə fonduna ayırmalar

-

512 644 (beş yüz on iki min altı yüz qırx dörd) manat

2.1.5.

İcbari dövlət sığortası

-

12 132 (on iki min yüz otuz iki) manat

2.2.

Malların (işlərin və xidmətlərin satın alınması)

-

562 437 (beş yüz altmış iki min dörd yüz otuz yeddi) manat

2.2.1.

Dəftərxana və təsərrüfat xərcləri

-

32 400 (otuz iki min dörd yüz) manat

2.2.2.

Mətbəə xərcləri

 

-

8 400 (səkkiz min dörd yüz) manat

2.2.3.

İdarənin xərcləri

-

11 500 (on bir min beş yüz) manat

2.2.4.

Cari təmir

-

25 000 (iyirmi beş min) manat

2.2.5.

Mühafizə xərcləri

-

58 672 (əlli səkkiz min altı yüz yetmiş iki) manat

2.2.6.

Ölkədaxili ezamiyyələr

-

103 515 ( yüz üç min beş yüz on beş) manat

2.2.7.

Xarici ezamiyyələr

-

74 000 (yetmiş dörd min) manat

2.2.8.

Yanacaq və sürtgü materiallarının alınması

-

47 100 (qırx yeddi min yüz) manat

2.2.9.

Digər nəqliyyat xidmətləri

-

32 500 (otuz iki min beş yüz) manat

2.2.10.

Elektrik enerjisi haqqının ödənilməsi

-

26 500 (iyirmi altı min beş yüz) manat

2.2.11.

Qaz haqqının ödənilməsi

-

7 000 (yeddi min) manat

2.2.12.

Su haqqının ödənilməsi

-

4 500 (dörd min beş yüz ) manat

2.2.13.

İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi

-

7 000 (yeddi min) manat

2.2.14.

Kanalizasiya xidmətləri haqqının ödənilməsi

-

1 500 (bir min beş yüz) manat

2.2.15.

Digər kommunal xidmətləri haqqının ödənilməsi

-

30 000 (otuz min) manat

2.2.16.

Kommunal və komunikasiya xidmətləri ilə bağlı digər xərclər

-

2 000 (iki min) manat

2.2.17.

Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi

-

16 000 (on altı min) manat

2.2.18.

Beynəlxalq telefon danışıq haqlarının ödənilməsi

-

4 000 (dörd min) manat

2.2.19.

Poçt xidmətlərinin ödənilməsi

-

4 450 (dörd min dörd yüz əlli) manat

2.2.20.

İnternet xidməti haqqının ödənilməsi

-

12 900 (on iki min doqquz yüz) manat

2.2.21.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması

-

1 000 (bir min) manat

2.2.22.

İnventarın alınması

 

-

19 500 (on doqquz min beş yüz) manat

2.2.23.

Avadanlığın alınması

-

9 000 (doqquz min) manat

2.2.24.

Digər alışlar və xidmətlər

-

24 000 (iyirmi dörd min) manat

2.3.

Təqaüdlər və sosial müavinətlər

-

75 000 (yetmiş beş min) manat

2.3.1.

Müavinətlər üzrə ödənişlər

-

55 000 (əlli beş min) manat

2.3.2.

İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər

-

20 000 (iyirmi min ) manat

2.4.

Digər xərclər

-

14 291 (on dörd min iki yüz doxsan bir ) manat

2.4.1.

Sair xərclər

-

5 000 (beş min) manat

2.4.2.

Bank xərcləri

-

9 291 (doqquz min iki yüz
doxsan bir) manat

2.5.

Qeyri-maliyyə aktivlərinin alınması

-

33 200 (otuz üç min iki yüz) manat

2.5.1.

Digər maşın və avadanlıqlar

-

29 200 (iyirmi doqquz min iki yüz) manat

2.5.2.

İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər

-

4 000 (dörd min) manat..

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov