AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MİLLİ MƏCLİSİN QƏRARI
Qəbul edildiyi tarix: 01.02.2012
Qeydiyyat nömrəsi: 293-IVQR
Adı: 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 25
Qüvvəyə minmə tarixi: 02.02.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 230.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 31201202010293
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 03.02.2012


Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini nəzərə alaraq, Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının qazandıqları nailiyyətləri qeyd edərək, Olimpiya və Paralimpiya hərəkatının inkişafına töhfə vermək arzusunu ifadə edərək Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə əsasən qərara alır:

1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının və onun paytaxtı Bakı şəhərinin 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək uğrunda tender mərhələsində iştirakını tam dəstəkləyir.

2. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi 2020-ci ilin Yay Olimpiya və Paralimpiya oyunlarının yüksək səviyyədə keçməsi üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirir.

3. Azərbaycan Respublikası Milli Məclisinin bu niyyəti barəsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqqeyə məlumat verilsin.

 

 

Azərbaycan Respublikası

 

Milli Məclisinin Sədri

O.Əsədov