AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MİLLİ MƏCLİSİN QƏRARI
Qəbul edildiyi tarix: 01.02.2012
Qeydiyyat nömrəsi: 294-IVQR
Adı: Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 03.02.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.120.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 31201202010294
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 03.02.2012


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq 2012-ci il yaz sessiyası üçün qanunvericilik işləri planı təsdiq edilsin (əlavə olunur).

 

 

Azərbaycan Respublikası

 

   Milli Məclisinin Sədri

O.Əsədov

 

 

 


Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyasının

qanunvericilik işləri planı

 

1

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

Milli Məclisin müvafiq komitələri

Aparatın müvafiq şöbələri

2

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, İnsan hüquqları, Sosial siyasət və Mədəniyyət komitələri

İnzibati və hərbi qanunvericilik, Sosial qanunvericilik və İqtisadi qanunvericilik şöbələri

3

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri

İnzibati və hərbi qanunvericilik və Dövlət quruculuğu üzrə qanunvericilik şöbələri

4

Hərbi qulluqçuların statusu haqqında qanun layihəsi

Təhlükəsizlik və müdafiə komitəsi

İnzibati və hərbi qanunvericilik şöbəsi

5

Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsi

İqtisadi siyasət komitəsi

İqtisadi qanunvericilik şöbəsi

6

Təhsil krediti haqqında qanun layihəsi

İqtisadi siyasət və Elm və təhsil komitələri

İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələri

7

Qiymətləndirmə fəaliyyəti haqqında qanun layihəsi

İqtisadi siyasət komitəsi

İqtisadi qanunvericilik şöbəsi

8

Ekoloji ekspertiza haqqında qanun layihəsi

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi

İqtisadi qanunvericilik şöbəsi

9

Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi

Aqrar siyasət və İqtisadi siyasət komitələri

İqtisadi qanunvericilik şöbəsi

10

Kənd təsərrüfatında informasiya - məsləhət xidməti haqqında qanun layihəsi

Aqrar siyasət komitəsi

İqtisadi qanunvericilik şöbəsi

11

Bələdiyyələrin hesabatları haqqında qanun layihəsi

Regional məsələlər komitəsi

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

12

Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri

Regional məsələlər komitəsi

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

13

Elm siyasəti haqqında qanun layihəsi

Elm və təhsil komitəsi

Sosial qanunvericilik şöbəsi

14

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanun layihəsi

Sosial siyasət komitəsi

Sosial qanunvericilik şöbəsi

15

Pasiyentin hüquqları haqqında qanun layihəsi

Sosial siyasət və İnsan hüquqları komitələri

Sosial qanunvericilik şöbəsi

16

Mədəniyyət haqqında qanun layihəsi

Mədəniyyət komitəsi

Sosial qanunvericilik şöbəsi

17

Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri

Milli Məclisin müvafiq komitələri

Aparatın müvafiq şöbələri