AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MİLLİ MƏCLİSİN QƏRARI
Qəbul edildiyi tarix: 14.02.2012
Qeydiyyat nömrəsi: 296-IVQR
Adı: Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi:
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.230.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 31201202140296
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 16.02.2012


Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin illik məruzəsini dinləyərək qərara alır:

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin illik məruzəsi nəzərə alınsın.

 

Azərbaycan Respublikası

 

Milli Məclisinin sədri

O.Əsədov