AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
24.04.2012 |
Qeydiyyat nömrəsi |
05 |
Adı |
“Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi” Qaydalarının təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
08.05.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201204240005 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
07.05.2012 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Q Ə R A R A A L I R:
1. “Qiymətli
kağızlar ilə bağlanılan əqdlər haqqında
hesabatların təqdim edilməsi” Qaydaları təsdiq edilsin
(Əlavə olunur). [1]
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaları 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Tədavülün tənzimlənməsi şöbəsinə (A.Xudaverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. QKDK sədrinin 19 oktyabr 2007-ci il tarixli 143 nömrəli Əmri ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən hesabatların təqdim edilməsi” Qaydalarının 1 nömrəli Əlavəsinin 1 cədvəlinin 5-20 sətrləri və 3-18 cədvəllər qüvvədən düşmüş hesab edilsin.
5. Aparatın rəhbərinə (B.Əzizov) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.
Sədr R.Aslanlı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qiymətli
kağızlar ilə bağlanılan əqdlər haqqında
hesabatların təqdim edilməsi
Qaydaları
1. Ümumi
müddəalar
1.1.
Bu Qaydalar “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə əlavələrin və
dəyişikliklərin edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 29 mart 2004-cü il tarixli
44 nömrəli Fərmanının 2.2-ci bəndinə və
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 mart tarixli 70
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə
uyğun olaraq hazırlanmışdır.
1.2.
Bu Qaydalar qiymətli
kağızlar bazarında şəffaflığın
artırılmasını, sui-istifadə hallarının
aşkar edilməsini və qarşısının
alınmasını, investorların hüquqlarının
müdafiəsinin və qiymətli kağızlarla aparılan
əməliyyatlara nəzarətin təmin edilməsi məqsədi
ilə Azərbaycan
Respublikasında broker, diler, depozitar, qiymətli kağız
sahiblərinin reyestrinin aparılması üzrə və fond
birjası fəaliyyətlərini həyata keçirən
qiymətli kağızlar bazarının peşəkar iştirakçıları
(bundan sonra – peşəkar iştirakçılar)
tərəfindən Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə
(bundan sonra - QKDK) Azərbaycan Respublikasının
ərazisində investisiya qiymətli kağızları
ilə bağlanılan əqdlər haqqında təqdim
edilən hesabatlara dair tələbləri, onların təqdim
və tərtib edilmə qaydasını müəyyən
edir.
2. Hesabatlar və
onların təqdim edilmə qaydası
2.1. Broker fəaliyyətini
həyata keçirən peşəkar iştirakçı
(bundan sonra - broker) aşağıdakı hesabatları QKDK-ya
təqdim edir:
2.1.1.
“Tapşırıqlar haqqında hesabat” (Əlavə ¹ 1);
2.1.2. “İnvestisiya
qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat” (Əlavə ¹
2);
2.2.
Diler fəaliyyətini həyata keçirən peşəkar
iştirakçı (bundan sonra - diler) bu Qaydaların 2.1.2-ci
bəndində göstərilən hesabatı QKDK-ya təqdim
edir.
2.3.
Fond birjası fəaliyyətini həyata keçirən
peşəkar iştirakçı (bundan sonra - fond birjası)
aşağıdakı hesabatları QKDK - ya təqdim edir:
2.3.1.
“İnvestisiya qiymətli kağızları ilə fond
birjasında bağlanmış əqdlər
haqqında hesabat” (Əlavə ¹ 3);
2.3.2.
“Repo əməliyyatları üzrə hesabat” (Əlavə ¹
4);
2.4. Depozitar fəaliyyətini həyata
keçirən peşəkar iştirakçı (bundan sonra
- depozitar) depozitar fəaliyyətinin həyata
keçirilməsi üzrə lisenziyaya malik olan fond birjası
istisna olmaqla QKDK-ya
“Qiymətli kağızlar üzrə
mülkiyyət hüquqlarının keçməsi
haqqında hesabat”ı (Əlavə ¹ 5) təqdim edir.
2.5. Depozitarda saxlanılmayan qiymətli
kağızlar üzrə
hüquqlar ötürüldükdə, bu
Qaydaların 2.4-cü bəndində
göstərilən hesabat qiymətli kağız
sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti
həyata keçirən şəxs (bundan sonra - reyestrsaxlayıcı)
tərəfindən QKDK-ya təqdim edilir.
2.6. Bu Qaydalar ilə müəyyən edilən
hesabatlar aşağıdakı qaydada QKDK-ya təqdim edilir:
2.6.1.
“Tapşırıqlar haqqında hesabat” (Əlavə ¹ 1)
qiymətli kağızların alqı-satqısı
üzrə müştəri tərəfindən brokerə
verilən tapşırıq qəbul edildiyi gündən sonra
1 (bir) iş günü ərzində
elektron formada təqdim edilir;
2.6.2. “İnvestisiya
qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat” (Əlavə ¹
2) və “İnvestisiya qiymətli
kağızları ilə fond birjasında bağlanmış
əqdlər haqqında hesabat” (Əlavə
¹ 3) investisiya qiymətli
kağızları ilə alqı-satqı əqdi (bundan sonra
- əqd) bağlandığı gündən sonra 1 (bir)
iş günü ərzində elektron formada təqdim edilir;
2.6.3. “Repo
əməliyyatları üzrə hesabat” (Əlavə ¹ 4) Repo əməliyyatı keçirildiyi
gündən sonra 1 (bir) iş günü ərzində
elektron formada təqdim edilir;
2.6.4. “Qiymətli kağızlar üzrə
mülkiyyət hüquqlarının keçməsi
haqqında hesabat” (Əlavə ¹ 5)
mülkiyyət hüquqlarının ötürülməsi
günündən sonra 1 (bir) iş günü ərzində
elektron formada təqdim edilir;
2.7. Bu Qaydalar ilə müəyyən edilən
hesabatlar peşəkar iştirakçılar
tərəfindən QKDK-nın rəsmi internet
səhifəsinin müvafiq bölməsinə daxil edilməklə
təqdim olunur.
2.8.
Peşəkar iştirakçılar təqdim etdikləri
hesabatların tamlığına və
dürüstlüyünə görə məsuliyyət
daşıyırlar.
2.9.
Peşəkar iştirakçı
təqdim etdiyi hesabatda qeyri-dürüst məlumatları
əks etdirdiyini aşkar etdikdə, 1 (bir) iş günü
ərzində dəqiqləşdirilmiş hesabatı QKDK-ya
təqdim edir.
2.10.
Müştəri tərəfindən brokerə verilən
tapşırıq ləğv edildikdə, tapşırıq
ləğv edildiyi gündən sonra 1 (bir) iş günü
ərzində broker “Tapşırıqlar haqqında
hesabat”ı (Əlavə ¹ 1) bu Qaydaların 3.1.15-ci
maddəsində göstərilən qeydin aparılması
ilə QKDK-ya təqdim edir.
2.11.
Peşəkar iştirakçılar qiymətli kağızlar
ilə aparılmış əməliyyatlara dair
məlumatların 5 (beş) il müddətində
saxlanılmasını təmin etməlidirlər.
2.12.
QKDK peşəkar iştirakçılar tərəfindən
ona təqdim edilən hesabatlarda əks olunan məlumatların
qanunvericiliyə uyğun olaraq konfidensiallığını təmin
edir.
3. Hesabatların
tərtib edilməsi
3.1.
“Tapşırıqlar haqqında hesabat “(Əlavə ¹ 1) broker
tərəfindən aşağıdakı qaydada tərtib
edilir:
3.1.1.
“Peşəkar iştirakçı” sətrində -
hesabatı təqdim edən brokerin tam adı qeyd edilir;
3.1.2.
“Tapşırığın nömrəsi” sütununda -
müştərinin tapşırıqlarının uçot
jurnalında qeyd olunmuş tapşırığın
nömrəsi qeyd edilir;
3.1.3.
“Tapşırığın qəbul edilmə tarixi”
sütununda - müştəri tərəfindən verilən
tapşırığın broker tərəfindən qəbul
edilmə tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd
edilir;
3.1.4.
“Tapşırığın qəbul edilmə vaxtı”
sütununda - müştəri tərəfindən verilən
tapşırığın broker tərəfindən qəbul
edilmə vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt
formatında qeyd edilir;
3.1.5
“Tapşırığın müddəti” sütununda - müştəri
tərəfindən verilən tapşırığın
qüvvədə olma müddəti qeyd edilir;
3.1.6.
“Fərdin eyniləşdirmə nömrəsi” sütununda -
sifarişi təqdim edən müştərinin depozitarda olan
“depo” hesabının nömrəsi qeyd edilir;
3.1.7.
“Emitent” sütununda - əqdin predmeti olan qiymətli
kağızların emitentinin tam adı qeyd edilir;
3.1.8.
“Qiymətli kağızların növü” sütununda -
əqdin predmeti olan qiymətli kağızların növü
qeyd edilir;
3.1.9.
“İdentifikasiya kodu” sütununda - əqdin predmeti Azərbaycan
Respublikasının ərazisində buraxılmış
qiymətli kağızlar olduqda, onların
buraxılışının dövlət qeydiyyat
nömrəsi, ölkə hüdudlarından kənar
buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166
beynəlxalq standartına uyğun olaraq, qiymətli
kağızların beynəlxalq identifikasiya nömrəsi
(İSİN) və ya onların buraxıldığı
ölkədə qiymətli kağızların identifikasiya
edilməsi üçün müəyyən edilmiş
digər kod qeyd edilir;
3.1.10.
“Sifarişin istiqaməti” sütununda - sifarişin
istiqaməti alış olduqda “B”, satış olduqda isə
“S” hərfi qeyd edilir;
3.1.11.
“Sifarişin növü” sütununda - sifariş limitli
qiymətlə olduqda “LO”, bazar qiyməti ilə olduqda isə
“MO” hərf birləşmələri qeyd edilir;
3.1.12.
“Say” sütununda - əqdin predmeti olan qiymətli
kağızların sayı qeyd edilir;
3.1.13.
“Qiymət” sütununda - sifariş limitli qiymətlə olduqda,
əqdin predmeti olan bir qiymətli kağızın
müştəri tərəfindən təyin edilmiş
qiyməti qeyd edilir;
3.1.14.
“Valyuta” sütununda - əqd üzrə ödəniş
vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq
standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;
3.1.15.
“Ləğv barədə qeyd” sütununda - tapşırıq
ləğv edildikdə “C” hərfi qeyd edilir.
3.2.
“İnvestisiya qiymətli kağızları ilə
bağlanmış əqdlər
haqqında hesabat” (Əlavə ¹ 2) broker və diler
tərəfindən aşağıdakı qaydada tərtib
edilir:
3.2.1.
“Peşəkar iştirakçı” sətrində -
hesabatı təqdim edən broker və ya dilerin tam adı qeyd
edilir;
3.2.2.
“Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma
tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;
3.2.3.
“Əqdin bağlanma vaxtı” sütununda - əqdin bağlanma
vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında
qeyd edilir;
3.2.4.
“Əqdin nömrəsi” sütununda - broker və diler
tərəfindən əqdlərin uçotu jurnalında
əks olunmuş əməliyyatın nömrəsi qeyd edilir;
3.2.5.
“Əqdin növü” sütununda - əqd ilkin bazarda
bağlandıqda “PM”, təkrar bazarda bağlandıqda isə
“SM” hərf birləşmələri qeyd edilir;
3.2.6.
“Əqdin istiqaməti” sütununda - əqdin istiqaməti
alqı olduqda “B”, satqı olduqda isə “S” hərfi qeyd edilir;
3.2.7.
“Əqdin bağlanma yeri” sütununda - əqd fond birjasında
(ticarət təşkilatçısında)
bağlandıqda, həmin birjanın (ticarət
təşkilatçısının) tam adı,
birjadankənar bağlandıqda isə “XOFF” hərf
birləşməsi qeyd edilir;
3.2.8.
“Əqd üzrə peşəkar iştirakçının
vəzifəsi” sütununda - əqd peşəkar
iştirakçı tərəfindən öz hesabına
bağlandıqda “P” hərfi, müştərinin hesabına
bağlandıqda isə - “A” hərfi qeyd edilir;
3.2.9.
“Kontragent” sütununda - birjadankənar əqd üzrə
kontragent peşəkar iştirakçı olduqda, onun tam
adı, müştəri olduqda isə - “C” hərfi qeyd edilir;
3.2.10.
“Fərdin eyniləşdirmə nömrəsi” sütununda -
əqdin istiqamətinə müvafiq olaraq, əqdin predmeti olan
qiymətli kağızların sahibinin və ya
alıcının depozitarda olan “depo” hesabının
nömrəsi qeyd edilir;
3.2.11.
“Emitent” sütununda - əqdin predmeti olan qiymətli kağızların
emitentinin tam adı qeyd edilir;
3.2.12.
“Qiymətli kağızların növü” sütununda -
əqdin predmeti olan qiymətli kağızların növü
qeyd edilir;
3.2.13.
“İdentifikasiya kodu” sütununda - əqdin predmeti Azərbaycan
Respublikasının ərazisində buraxılmış qiymətli
kağızlar olduqda, onların buraxılışının
dövlət qeydiyyat nömrəsi, ölkə
hüdudlarından kənar buraxılan qiymətli
kağızlar olduqda isə İSO 6166 beynəlxalq
standartına uyğun olaraq, qiymətli kağızların
beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya
onların buraxıldığı ölkədə
qiymətli kağızların identifikasiya edilməsi
üçün müəyyən edilmiş digər kod qeyd
edilir;
3.2.14.
“Ödəmə tarixi” sütununda - əqdin predmeti olan borc
qiymətli kağızların emitent tərəfindən
ödənilməsi tarixi gün-ay-il (gg-aa-iiii) tarix
formatında qeyd edilir;
3.2.15.
“Nominal” sütununda - əqdin predmeti olan bir qiymətli
kağızın nominal dəyəri qeyd edilir;
3.2.16.
“Qiymət” sütununda - əqdin predmeti olan bir qiymətli
kağızın alqı-satqı qiyməti qeyd edilir;
3.2.17.
“Valyuta” sütununda - əqd üzrə ödəniş
vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq
standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;
3.2.18.
“Say” sütununda - əqdin predmeti olan qiymətli
kağızların sayı qeyd edilir;
3.2.19.
“Məbləğ” sütununda - əqdin predmeti olan qiymətli
kağızların sayının bir qiymətli
kağızın alqı-satqı qiyməti ilə hasili qeyd
edilir;
3.3.
“İnvestisiya qiymətli kağızları ilə fond
birjasında bağlanmış əqdlər
haqqında hesabat” (Əlavə ¹ 3)
fond birjası tərəfindən aşağıdakı
qaydada tərtib edilir;
3.3.1.
“Peşəkar iştirakçı” sətrində -
hesabatı təqdim edən fond birjasının tam adı qeyd
edilir;
3.3.2.
“Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma
tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;
3.3.3.
“Əqdin bağlanma vaxtı” sütununda - əqdin bağlanma
vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında
qeyd edilir;
3.3.4.
“Əqdin nömrəsi” sütununda - əqdlərin
reyestrində əks olunmuş əqdin nömrəsi qeyd
edilir;
3.3.5.
“Əqdin növü” sütununda - əqd ilkin bazarda
bağlandıqda “PM”, təkrar bazarda bağlandıqda isə
“SM” hərf birləşmələri qeyd edilir;
3.3.6.
“Alıcı” sütununun “Kontragent” bölməsində -
əqd üzrə alıcı qismində iştirak etmiş
peşəkar iştirakçının tam adı qeyd edilir;
3.3.7.
“Alıcı” sütununun “Fərdin eyniləşdirmə
nömrəsi” bölməsində - əqdin predmeti olan
qiymətli kağızlar üzrə depozitar xidmətlər
fond birjası tərəfindən həyata
keçirildikdə, qiymətli kağızların
alıcısının “depo” hesabının nömrəsi
qeyd edilir;
3.3.8.
“Alıcı” sütununun “Ölkə” bölməsində -
əqdin predmeti olan qiymətli kağızlar üzrə
depozitar xidmətlər fond birjası tərəfindən
həyata keçirildikdə və onların
alıcısı qeyri-rezident olduqda, rezidenti olduğu
ölkənin İSO 3166-1 beynəlxalq standartına uyğun
olaraq iki hərfli kodu qeyd edilir;
3.3.9.
“Satıcı” sütununun “Kontragent” bölməsində -
əqd üzrə satıcı qismində iştirak etmiş
peşəkar iştirakçının tam adı qeyd edilir;
3.3.10.
“Satıcı” sütununun “Fərdin eyniləşdirmə
nömrəsi” bölməsində - əqdin predmeti olan
qiymətli kağızlar üzrə depozitar xidmətlər
fond birjası tərəfindən həyata keçirildikdə,
qiymətli kağızların satıcısının “depo”
hesabının nömrəsi qeyd edilir;
3.3.11.
“Satıcı” sütununun “Ölkə” bölməsində -
əqdin predmeti olan qiymətli kağızlar üzrə
depozitar xidmətlər fond birjası tərəfindən
həyata keçirildikdə və onların
satıcısı qeyri-rezident olduqda, rezidenti olduğu
ölkənin İSO 3166-1 beynəlxalq standartına uyğun
olaraq iki hərfli kodu qeyd edilir.
3.3.12.
“Qiymətli kağızların növü” sütununda -
əqdin predmeti olan qiymətli kağızların növü
qeyd edilir;
3.3.13.
“İdentifikasiya kodu” sütununda - əqdin predmeti Azərbaycan
Respublikasının ərazisində buraxılmış
qiymətli kağızlar olduqda, onların
buraxılışının dövlət qeydiyyat nömrəsi,
ölkə hüdudlarından kənar buraxılan qiymətli
kağızlar olduqda isə İSO 6166 beynəlxalq
standartına uyğun olaraq, qiymətli kağızların
beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya
onların buraxıldığı ölkədə
qiymətli kağızların identifikasiya edilməsi
üçün müəyyən edilmiş digər kod qeyd
edilir;
3.3.14.
“Emitent” sütununda - əqdin predmeti olan qiymətli kağızların
emitentinin tam adı qeyd edilir;
3.3.15.
“Ödəmə tarixi” sütununda - əqdin predmeti olan borc
qiymətli kağızların emitent tərəfindən
ödənilməsi tarixi gün-ay-il (gg-aa-iiii) tarix
formatında qeyd edilir;
3.3.16.
“Nominal” sütununda - əqdin predmeti olan bir qiymətli
kağızın nominal dəyəri qeyd edilir;
3.3.17.
“Qiymət” sütununda - əqdin predmeti olan bir qiymətli
kağızın alqı-satqı qiyməti qeyd edilir;
3.3.18.
“Valyuta” sütununda - əqd üzrə ödəniş
vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına
uyğun olaraq, valyuta kodu qeyd edilir;
3.3.19.
“Say” sütununda - əqdin predmeti olan qiymətli
kağızların sayı qeyd edilir;
3.3.20.
“Məbləğ” sütununda - əqdin predmeti olan qiymətli
kağızların sayının bir qiymətli
kağızın alqı-satqı qiyməti ilə hasili qeyd
edilir;
3.4.
“Repo əməliyyatları üzrə hesabat” (Əlavə ¹
4) fond birjası tərəfindən aşağıdakı
qaydada tərtib edilir:
3.4.1.
“Peşəkar iştirakçı” sətrində -
hesabatı təqdim edən fond birjasının tam adı qeyd
edilir;
3.4.2.
“Reponun açılma tarixi” sütununda - Repo
satıcısı tərəfindən qiymətli
kağızların Repo alıcısına
satıldığı və Repo alıcısı
tərəfindən onların alındığı tarix
gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;
3.4.3.
“Əməliyyatın nömrəsi” sütununda - fond
birjası tərəfindən əqdlərin reyestrində
əks olunmuş əməliyyatın nömrəsi qeyd edilir;
3.4.4.
“Əməliyyatın növü” sütununda - Repo
əməliyyatı üçün “R” hərfi, Əks-Repo
əməliyyatı üçün “RR” hərf
birləşməsi qeyd edilir;
3.4.5.
“Alıcı” sütununda - Repo əməliyyatı
üzrə Repo açılış əqdi zamanı
qiymətli kağızların alıcısı qismində
çıxış edən peşəkar
iştirakçının tam adı qeyd edilir;
3.4.6.
“Satıcı” sütununda - Repo əməliyyatı
üzrə Repo açılış əqdi zamanı
qiymətli kağızların satıcısı qismində
çıxış edən peşəkar
iştirakçının tam adı qeyd edilir;
3.4.7.
“Emitent” sütununda - əqdin predmeti olan qiymətli
kağızların emitentinin tam adı qeyd edilir;
3.4.8.
“Qiymətli kağızların növü” sütununda - Repo
əməliyyatının predmeti olan qiymətli
kağızların növü qeyd edilir;
3.4.9.
“İdentifikasiya kodu” sütununda - Repo
əməliyyatının predmeti Azərbaycan
Respublikasının ərazisində buraxılmış
qiymətli kağızlar olduqda, onların
buraxılışının dövlət qeydiyyat
nömrəsi, ölkə hüdudlarından kənar
buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166
beynəlxalq standartına uyğun olaraq, qiymətli
kağızların beynəlxalq identifikasiya nömrəsi
(İSİN) və ya onların buraxıldığı
ölkədə qiymətli kağızların identifikasiya
edilməsi üçün müəyyən edilmiş
digər kod qeyd edilir;
3.4.10.
“Repo müddəti” sütununda - Repo açılış
əqdi ilə Repo bağlanış əqdi arasındakı
müddət qeyd edilir;
3.4.11.
“Nominal” sütununda - əqdin predmeti olan bir qiymətli
kağızın nominal dəyəri qeyd edilir;
3.4.12.
“Valyuta” sütununda - əqd üzrə ödəniş
vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq
standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;
3.4.13.
“Say” sütununda - əqdin predmeti olan qiymətli
kağızların sayı qeyd edilir;
3.4.14.
“Məbləğ” sütununun “Açılış
qiyməti üzrə” bölməsində - Repo əməliyyatının
predmeti olan qiymətli kağızların sayının bir
qiymətli kağızın açılış qiyməti
ilə hasili qeyd edilir;
3.4.15.
“Məbləğ” sütununun “Bağlanış qiyməti
üzrə” bölməsində - Repo
əməliyyatının predmeti olan qiymətli
kağızların sayının bir qiymətli
kağızın bağlanış qiyməti ilə hasili
qeyd edilir;
3.5.
“Qiymətli kağızlar üzrə
mülkiyyət hüquqlarının keçməsi
haqqında hesabat” (Əlavə ¹ 5)
depozitar və reyestrsaxlayıcı tərəfindən
aşağıdakı qaydada tərtib edilir:
3.5.1.
“Peşəkar iştirakçı” sətrində -
hesabatı təqdim edən depozitarın və ya
reyestrsaxlayıcının tam adı qeyd edilir;
3.5.2.
“Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma
tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;
3.5.3.
“Əqdin növü” sütununda - əqd ilkin bazarda
bağlandıqda “PM”, təkrar bazarda bağlandıqda isə
“SM” hərf birləşmələri qeyd edilir;
3.5.4.
“Əqdin bağlanma yeri” sütununda - əqd fond birjasında
(ticarət təşkilatçısında)
bağlandıqda, həmin birjanın (ticarət
təşkilatçısının) tam adı,
birjadankənar bağlandıqda isə “XOFF” hərf
birləşməsi qeyd edilir;
3.5.5.
“Alıcı” sütununun “Kontragent” bölməsində -
əqd üzrə alıcı qismində peşəkar
iştirakçı iştirak etdikdə onun tam adı,
müştəri olduqda isə “C” hərfi qeyd edilir;
3.5.6.
“Alıcı” sütununun “Fərdin eyniləşdirmə
nömrəsi” bölməsində - əqdin predmeti olan
qiymətli kağızların alıcısının
depozitarda olan “depo” hesabının nömrəsi depozitar
tərəfindən qeyd edilir;
3.5.7.
“Alıcı” sütununun “Ölkə” bölməsində -
əqdin predmeti olan qiymətli kağızların
alıcısı qeyri-rezident olduqda, rezidenti olduğu
ölkənin İSO 3166-1 beynəlxalq standartına uyğun
olaraq, iki hərfli kodu qeyd edilir;
3.5.8.
“Satıcı” sütununun “Kontragent” bölməsində -
əqd üzrə satıcı qismində peşəkar
iştirakçı iştirak etdikdə onun tam adı,
müştəri olduqda isə “C” hərfi qeyd edilir;
3.5.9.
“Satıcı” sütununun “Fərdin eyniləşdirmə
nömrəsi” bölməsində - əqdin predmeti olan
qiymətli kağızların satıcısının
depozitarda olan “depo” hesabının nömrəsi depozitar
tərəfindən qeyd edilir;
3.5.10.
“Satıcı” sütununun “Ölkə” bölməsində -
əqdin predmeti olan qiymətli kağızların
satıcısı qeyri-rezident olduqda, rezidenti olduğu
ölkənin İSO 3166-1 beynəlxalq standartına uyğun
olaraq, iki hərfli kodu qeyd edilir;
3.5.11.
“Qiymətli kağızların növü” sütununda -
əqdin predmeti olan qiymətli kağızların növü
qeyd edilir;
3.5.12.
“İdentifikasiya kodu” sütununda - əqdin predmeti Azərbaycan
Respublikasının ərazisində buraxılmış
qiymətli kağızlar olduqda, onların
buraxılışının dövlət qeydiyyat
nömrəsi, ölkə hüdudlarından kənar
buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166
beynəlxalq standartına uyğun olaraq, qiymətli
kağızların beynəlxalq identifikasiya nömrəsi
(İSİN) və ya onların buraxıldığı
ölkədə qiymətli kağızların identifikasiya
edilməsi üçün müəyyən edilmiş
digər kod qeyd edilir;
3.5.13.
“Emitent” sütununda - əqdin predmeti olan qiymətli
kağızların emitentinin tam adı qeyd edilir;
3.5.14.
“Nominal” sütununda - əqdin predmeti olan bir qiymətli
kağızın nominal dəyəri qeyd edilir;
3.5.15.
“Qiymət” sütununda - əqdin predmeti olan bir qiymətli
kağızın alqı-satqı qiyməti qeyd edilir;
3.5.16.
“Valyuta” sütununda - əqd üzrə ödəniş
vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq
standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;
3.5.17.
“Say” sütununda - əqdin predmeti olan qiymətli
kağızların sayı qeyd edilir;
3.5.18.
“Məbləğ” sütununda - əqdin predmeti olan qiymətli
kağızların sayının bir qiymətli
kağızın alqı-satqı qiyməti ilə hasili qeyd
edilir.
“Qiymətli
kağızlar ilə bağlanılan əqdlərə dair
hesabatların təqdim
edilməsi Qaydaları”na
Əlavə ¹ 1
Tapşırıqlar
haqqında hesabat
|
|||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Qiymətli
kağızlar ilə bağlanılan əqdlərə dair
hesabatların təqdim
edilməsi Qaydaları”na
Əlavə ¹ 2
İnvestisiya
qiymətli kağızları ilə bağlanmış
əqdlər haqqında təqdim edilən hesabat
|
|||||||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Qiymətli
kağızlar ilə bağlanılan əqdlərə dair
hesabatların təqdim
edilməsi Qaydaları”na
Əlavə ¹ 3
İnvestisiya
qiymətli kağızları ilə fond birjasında
bağlanmış əqdlər
haqqında hesabat
|
|||||||||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
||||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Qiymətli
kağızlar ilə bağlanılan əqdlərə dair
hesabatların təqdim
edilməsi Qaydaları”na
Əlavə ¹ 4
Repo əməliyyatları
üzrə hesabat
|
|||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Qiymətli
kağızlar ilə bağlanılan əqdlərə dair
hesabatların təqdim
edilməsi Qaydaları”na
Əlavə ¹ 5
Qiymətli
kağızlar üzrə mülkiyyət
hüquqlarının keçməsi haqqında hesabat
|
|||||||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Qiymətli
kağızlar ilə bağlanılan əqdlərə dair
hesabatların təqdim
edilməsi Qaydaları”na
Əlavə ¹6
İSO 3166-1 beynəlxalq
standartlarına uyğun olaraq ölkələrin kodları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Qiymətli
kağızlar ilə bağlanılan əqdlərə dair
hesabatların təqdim
edilməsi Qaydaları”na
Əlavə ¹ 7
İSO: 4217 beynəlxalq
standartlarına uyğun olaraq valyutaların kodları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 03 fevral 2016-cı il tarixli 17-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 03 fevral 2016-cı il tarixli 17-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il) ilə 1 hissəsi ləğv edilmişdir.